Azərbaycanda qurbanlıq kəsimi necə təşkil olunacaq?
Sosial
Oxunub: 45
26 may 2026 | 09:00
Azərbaycanda qurbanlıq kəsimi necə təşkil olunacaq?


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib.

Oxu.Az xəbər verir ki, infoturun məqsədi bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaq olub.

"Azmeat" müəssisəsində keçirilən infotur zamanı jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib.

Bildirilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması həm müəssisədə çalışan işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, işçi heyəti xüsusi təmiz geyimlə təmin edilməli, istifadə olunan alətlər mütəmadi olaraq dezinfeksiya olunmalı, tullantılar isə sanitariya-gigiyena tələblərinə uyğun şəkildə toplanaraq vaxtında ərazidən uzaqlaşdırılmalıdır.

İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına da baxış keçirilib.

Vurğulanıb ki, bu laboratoriyalar çadır tipli kəsim məntəqələrində fəaliyyət göstərəcək. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda, bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Dünən, 13:58
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
Dünən, 13:16
Prezident Şuşadadır
Dünən, 10:24
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
Dünən, 09:13
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
Dünən, 09:00
Bu gün 28 May – Müstəqillik Günüdür
27-05-2026, 10:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
27-05-2026, 09:54
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27-05-2026, 09:50
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
27-05-2026, 09:46
Azərbaycanda Qurban bayramı qeyd edilir
27-05-2026, 09:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib
26-05-2026, 19:01
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
26-05-2026, 16:00
Bu əsgərlər həftəsonları evə buraxılacaq? - MÜHÜM AÇIQLAMA
26-05-2026, 15:30
DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?
26-05-2026, 14:00
Milli Məclisdən Prezidentə və Birinci Vitse-prezidentə təbrik məktubu
26-05-2026, 13:37
Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu
26-05-2026, 13:32
Deputatdan təklif: Qanunvericilikdən "arvad" sözünü çıxaraq
26-05-2026, 13:29
Sabah 30 dərəcə isti olacaq
26-05-2026, 12:23
Deputatdan təklif: Qadınların pensiya məbləğləri artırılsın
26-05-2026, 12:20
Sercio Mattarella İlham Əliyevə təbrik məktubu göndərdi
26-05-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
26-05-2026, 11:20
İlham Əliyev Mixeil Kavelaşvilini Gürcüstanın milli bayramı münasibətilə təbrik edib
26-05-2026, 11:10
Ömürlük pensiya alanların nəzərinə
26-05-2026, 10:55
Netanyahu xəstəxanaya yerləşdirildi
26-05-2026, 10:08
Rubio Ermənistanda bu sənədi imzalayacaq
26-05-2026, 10:04
Rəisi işdən çıxarılan qurumda - Korrupsiya araşdırması başladı
26-05-2026, 10:00
Bu gün işdən 1 saat tez çıxacağıq
26-05-2026, 09:39
Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb