Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!

Mövsümündən əvvəl satışa çıxarılan ərik, gilas, qarpız kimi məhsulların keyfiyyəti və sağlamlıq baxımından nə qədər təhlükəsiz olduğu məsələsi tez-tez müzakirə edilir.
Bəs ilin bu vaxtında satılan bu meyvə və giləmeyvələri istehlak etmək nə qədər məqsədəuyğundur?
Qida mütəxəssisi Asim Vəli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Marketlərdə, bazarlarda qarpız, gilas və ərik kimi yay meyvə və giləmeyvələrinin may ayında satışa çıxarılması müasir aqrotexnoloji üsullar və idxal imkanları sayəsində mümkündür. Lakin bu məhsulların hamısı eyni dərəcədə təhlükəli deyil. Gilas və ərik adətən yerli istixanalardan, cənub ölkələrindən idxal edilir. Elə də ciddi təhlükə yaratmır. Mövsümündən çox tez satışa çıxarılan qarpız isə tərkibindəki süni böyümə stimullaşdırıcıları və azotlu gübrələrin normadan artıq olması riski baxımından potensial təhlükə mənbəyidir.
Qida təhlükəsizliyi standartlarına görə erkən yetişən meyvə-tərəvəzlərdə əsas risk kimyəvi çirklənmə ilə bağlıdır. Qarpız may ayında təbii günəş işığı və temperatur şəraitində yetişə bilmir. Onun tezləşdirilmiş böyüməsi üçün torpağa normadan artıq azotlu gübrələr verilir. Bitki bu maddələri tam sintez edə bilmədikdə, məhsulun daxilində nitratlar şəklində yığılır. Nitratlar insan orqanizmində daha toksiki maddələrə nitritlərə çevrilir.
Nitritlər qandakı hemoqlobinlə birləşərək methemoqlobin yaradır. Bu maddə oksigen daşıya bilmədiyi üçün toxuma acılığına və kəskin qida zəhərlənməsinə səbəb olur”.
Ekspert əlavə edib ki, gilas, ərik kimi meyvələr çoxillik ağaclarda yetişir. Onların may ayında satışda olması ya erkən yetişən sortların istixana şəraitində becərilməsi, ya da daha isti iqlimi olan ölkələrdən idxal edilməsi ilə bağlıdır. Ağac meyvələrində nitrat toplanması riski qarpıza nisbətən kəskin dərəcədə aşağıdır. Buradakı yeganə risk məhsulun uzaq məsafədən gətirilməsi üçün istifadə olunan səth qoruyucu pestisid qalıqları ola bilər.
Alış-veriş edərkən istehlakçı olaraq hüququmuzdan istifadə etməliyik. Satıcıdan məhsulun Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş laboratoriya analizlərinin nəticələrini tələb edə bilərik. Qarpızı kəsdikdə daxilindəki damarlar ağ deyil, tünd sarı rəngdədirsə, içi həddindən artıq parlaq qırmızı, amma lifsizdirsə kimyəvi stimullaşdırıcıların göstəricisidir”.
Asim Vəli qeyd edir ki, gilas və ərik alarkən saplaqlarının yaşıl və təravətli olmasına, qabıqlarının üzərində şübhəli ağ təbəqənin olmamasına baxmalıyıq: “Meyvələri kəsməzdən əvvəl axar isti su altında təmiz yumalıyıq. Qarpızın qabığındakı bakteriyaların bıçaq vasitəsilə daxili hissəyə keçərək çarpaz çirklənməyə səbəb olmaması üçün təmiz olmalıdır. Kəsilmiş qarpızı otaq temperaturunda 2 saatdan artıq saxlamasaq riski minimuma endirərik. Bakteriyaların sürətlə çoxalmaması üçün dərhal soyuducuya yerləşdirməliyik..
May ayında satılan erkən qarpızlar uşaqlar, hamilə qadınlar, süd verən analar və immun sistemi zəif olan şəxslər üçün yüksək risk daşıyır. Körpələrdə ferment sistemi tam formalaşmadığı üçün nitrat zəhərlənmələri onlarda ölümcül nəticələrə səbəb ola bilər. Bu qrupa aid olanların tam mövsümü iyul ayının sonu, avqust ayıdır. Həmçinin gilas və ərik çəyirdəkli meyvələr qrupuna aid olduğundan allergiyaya meylli şəxslərdə qaşıntı və boğazda qıcıqlanma verə bilər”.
Bu gün, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Bu gün, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Bu gün, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Bu gün, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Bu gün, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Bu gün, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Bu gün, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Bu gün, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Bu gün, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Bu gün, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Bu gün, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Bu gün, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Bu gün, 10:45
Millimiz San Marinoya qarşı
Bu gün, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Bu gün, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Bu gün, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Bu gün, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Bu gün, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Bu gün, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Bu gün, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Bu gün, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Dünən, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
Dünən, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
Dünən, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
Dünən, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
Dünən, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Dünən, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR