MM-də təklif: Bu əmələ görə cərimə 1000-dək qaldırılsın
Sosial
Oxunub: 71
10 apr 2026 | 13:26
MM-də təklif: Bu əmələ görə cərimə 1000-dək qaldırılsın


"İnzibati Xətalar Məcəlləsinə təklif olunan 388-3-cü maddədinə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi hallarda, internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə 80 manatdan 150 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Hesab edirəm ki, bu dəyişiklik olduqca vacib dəyişiklikdir, çünki bu maddə qəbul edildikdən sonra vətəndaşlar onlara təqdim olunan məzmunun real hadisəni əks etdirmədiyini, süni intellektdən istifadə edilməklə hazırlandığını əvvəlcədən biləcəklər".

Bunu deputat Azay Quliyev parlamentdə çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, bu dəyişiklik heç bir halda söz və ifadə azadlığını məhdudlaşdırmır, hətta deyərdim ki, maddənin dispozisiyası və nəzərdə tutulan cərimə sanksiyası bir çox inkişaf etmiş ölkələrin təcrübəsi ilə müqayisədə daha yumşaqdır.
"Bundan başqa, Cinayət Məcəlləsinə təklif edilən 148-2-ci maddədən fərqli olaraq nişanlanma tələbi xüsusi proqram təminatları vasitəsilə hazırlanan materiallara şamil olunmur.
Görünən odur ki, bu maddənin əsas məqsədi cəzalandırmaqdan daha çox insanları bu tip materialları yayarkən daha diqqətli olmağa, manipulyasiyalara yol verməməyə və nişanlanma qaydalarına riayət etməyə sövq etməkdir.

Yəni, bu maddə daha çox maarifləndirici və çəkindirici xarakter daşıyır. Ən azından hər kəs biləcək ki, bundan sonra bu cür məzmunların nişanlanma olmadan yayılması inzibati məsuliyyət yaradır",-o vurğulayıb.

Deputat təklif edib ki, bu maddənin əhatə dairəsi genişləndirilsin və süni intellekt texnologiyasından istifadə etməklə material hazırlayan və yayılmasına şərait yaradan fiziki və hüquqi şəxslər üçün də nişanlanma öhdəliyi qanunvericilikdə təsbit edilsin:
"Başqa sözlə desək, biri var ki, kimsə başqası tərəfindən hazırlanan və sosial şəbəkədə qarşısına çıxan nişanlanmamış materialı bilə-bilə yayır və buna görə inzibati məsuliyyət daşıyır.
Digəri isə həmin materialı nişanlanmadan həm hazırlayır, həm də yayır.
Biz isə yalnız üçüncü tərəfin hazırladığı materialı yaymağa görə inzibati məsuliyyət müəyyən edirik, lakin bunu hazırlayanın və yayılmasına şərait yaradanın üzərinə hər hansı bir öhdəlik qoymuruq.

Hesab edirəm ki, bu məsələdə tarazlığın yaradılmasına ehtiyac var. Yəni, əgər material onu hazırlayan tərəfindən yayılırsa, o zaman həmin şəxsin hər iki əməlinə, həm nişanlama olmadan materialı hazırladığına, həm də onu yaydığına görə inzibati məsuliyyət müəyyən edilməlidir.
Məlum olduğu kimi, bu gün dünyada yüzlərlə süni intellekt texnologiyası mövcuddur ki, onların vasitəsilə minlərlə bu cür məhsullar hazırlanır. Bu tendensiyanı nəzərə alan bir çox ölkələr nişanlanma öhdəliyini bu məhsulları hazırlayanlara da tətbiq ediblər.
Misal üçün, Avropa İttifaqının 2024-cü ildə qəbul etdiyi “Süni İntellekt Aktı”nın 50-ci maddəsinin 2-ci və 4-cü yarımbəndlərində süni intellekt vasitələri ilə məhsul hazırlayanların üzərinə bu məhsulların müvafiq qaydada nişanlanması hüquqi öhdəlik kimi qoyulub və bu öhdəliyi pozanlara qarşı yüksək məbləğdə cərimə sanksiyaları müəyyən edilib.
Bütün bunları əsas götürərək təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsinə 388-3-cü maddənin mətninə aşağıdakı məzmunda yeni cümlə əlavə edilsin:
Bu cür materialları müvafiq nişanlanma olmadan hazırlayan və yayan fiziki şəxslərə 150 manatdan 300 manatadək, hüquqi şəxslərə 500 manatdan 1000 manatadək cərimə sanksiyası nəzərdə tutulur.

Belə bir müddəanın qanunvericliyə gətirilməsi həm etik qaydalara, həm də şəffaflıq prinsiplərinə əməl edilməsinə, eləcə də nişanlanma mədəniyyətinin formalaşmasına əlavə töhvə olardı.
Əgər hər hansı obyektiv səbəbdən bu təklifin nəzərə alınması indiki mərhələdə mümkün olmasa, düşünürəm ki, gələcəkdə bu məsələyə təkrar qayıtmaq olar".
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
Dünən, 13:50
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
Dünən, 13:47
Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
Dünən, 12:38
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə mayın pensiyaları ödənilib
Dünən, 12:33
“Qorxusunu taleyinə çevirmədi” - Lalə Azərtaşdan təsirli paylaşım
Dünən, 11:41
Ağ Ev: NATO-nun mövcudluğunu şübhə altındadır
Dünən, 11:21
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dünən, 11:01
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? — AÇIQLAMA (VİDEO)
Dünən, 10:22
"Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
Dünən, 09:53
Minimum əməkhaqqı nə vaxt artırılacaq?
Dünən, 09:48
Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş
Dünən, 09:44
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
Dünən, 09:39
Çində tarixi görüş başa çatdı - Fotolar - Yenilənib
Dünən, 09:31
KİV: İran raket qurğularının əksəriyyətinə girişi bərpa edib
Dünən, 09:30
KİV: İran raket qurğularının əksəriyyətinə girişi bərpa edib
Dünən, 09:25
Vens: ABŞ İranla bağlı hərbi variantları nəzərdən keçirir
Dünən, 09:25
Vens: ABŞ İranla bağlı hərbi variantları nəzərdən keçirir
Dünən, 09:22
Həyat yoldaşı Makronu aktrisa ilə yazışmalarına görə şillələyibmiş
Dünən, 09:22
Həyat yoldaşı Makronu aktrisa ilə yazışmalarına görə şillələyibmiş
Dünən, 09:17
Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb - VİDEO