Zəngəzur dəhlizinə TƏHLÜKƏ var? - ABŞ-dan KRİTİK reaksiya
“İranla müharibə səbəbindən TRIPP layihəsinin bir hissəsi olaraq ərazini araşdırmaq üçün Amerika şirkətinin nümayəndələrinin Ermənistana səfəri təxirə salınıb. ABŞ Prezidenti Donald Trampın İrana qarşı siyasəti Ermənistan və Azərbaycan arasında yeganə uğurlu sülh razılaşmasını poza bilər”. Bunu "Foreign Policy"nin məlumatına görə, İrəvandakı mənbələr bildirib.
“Keçən il Tramp uzun müddətdir düşmən olan ölkələr arasında sülh prosesinə təkan verməyə və əhəmiyyətli diplomatik irəliləyiş əldə etməyə müvəffəq oldu. Trampın həddindən artıq şişirdilmiş qlobal sülh səyləri fonunda bu, əsl qələbə idi. Lakin indi Trampın İrandakı müharibəsinin nəticələri onun Qafqazdakı nailiyyətlərini puç edə bilər. Həm Ermənistan, həm də Azərbaycan rəsmiləri Trampın dar xarici siyasət etibarlılarının diqqətini regiondan yayındırdığından narahatlıqlarını bildirirlər. Hətta elan edilmiş atəşkəslə belə, Ağ Ev bir müddət İrana diqqətini yönəldəcək. Nəticədə Qafqazda sülh üçün təkan itirilə bilər”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, fevralın əvvəlində vitse-prezident Vensin Ermənistana və Azərbaycana səfər edərək ABŞ-nin TRIPP layihəsini tamamlamaq əzmini nümayiş etdirib.
Bu arada, ABŞ Dövlət Departamentinin nümayəndəsi açıqlama yayıb. Bildirilib ki, TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu") nəqliyyat dəhlizi proqramı ABŞ üçün prioritetlərdən biri olaraq qalır.
"ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlki kimi TRIPP proqramının həyata keçirilməsinə sadiqdir. Bu layihə Vaşinqton üçün əsas prioritetlərdən biri olaraq qalır, çünki Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh və rifaha kömək etmək potensialına malikdir", - o qeyd edib.
ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsinin sözlərinə görə, TRIPP nəqliyyat dəhlizi iqtisadi artım imkanlarını genişləndirərək regionda fasiləsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək.
"TRIPP proqramının son məqsədləri Ermənistan və Azərbaycanın rifahı və təhlükəsizliyini möhkəmləndirmək, regional ticarət və əlaqələrin inkişafı hesabına ABŞ-nin ticarət imkanlarını genişləndirmək, həmçinin Mərkəzi Asiya və Xəzər regionundan Avropaya yeni tranzit əlaqələri yaratmaqdan ibarətdir", - Dövlət Departamentinin nümayəndəsi deyib.
Bəs layihənin gecikməsi, yaxud uzun müddət təxirə düşməsi riski varmı?
Professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında TRİPP marşrutunun reallaşmasında ləngiməni istisna etmir, lakin işə düşməsini qaçılmaz sayır. Onun fikrincə, İranla müharibənin nəticələri bəzilərində çaşqınlıq yaradıb və dəhlizin açılmayacağı təəssüratı formalaşdırıb: "Halbuki kökündən səhv qənaətdir. Bu yol Orta dəhlizin tərkib hissəsidir, İran və Rusiyanın o gücü qalmayıb ki, əngəl olsunlar. Sadəcə, bəyanatlar verməklə psixoloji təsir göstərilir. O ki qaldı səfərin təxirə düşməsinə, hazırkı gərgin proseslər dövründə bunun baş verməsi təəccüblü deyil. Yaxın Şərqdə vəziyyət sakitləşəndən sonra ABŞ layihənin icrası üçün addımlarını sürətləndirəcək. Məncə, bədbin ovqata qapılmağa dəyməz".
Professorun sözlərinə görə, İran ağır zərbələr alıb, hakimiyyət zəifləyib və əvvəlki gücü yoxdur: "Ona görə də Zəngəzur dəhlizinin açılmasına mane olacağını gözləmirəm. Tehran daha çox Ermənistana təzyiq göstərməyə çalışacaq, fəqət ABŞ əsla imkan verməz ki, Trampın adını daşıyan logistikanı İran təhdid etsin. İran elə vəziyyətdədir ki, öz itkilərini bərpa etməli, sanksiyalar yumşalmalı, özünə gəlməlidir. İranın proksi gücləri də o səviyyədə deyil ki, bölgəni qarışdıra bilsinlər".
Q. Hüseynli "Tramp yolu"nun açılmasında Rusiyanın və İranın da iqtisadi dividendləri olacağını düşünür:" Sadəcə, yola nəzarətin ABŞ şirkətinə verilməsi Moskvanın ürəyincə deyil. Onlar üçtərəfli razılaşmaya və 9-cu bəndə istinad edirlər. Rusiya deyir ki, yol onların kontrolunda olmalıdır. Overçukun açıqlaması da açıq mesaj idi. Bu səbəbdən indi Kreml Tehrandan jandarma kimi istifadə edərək layihəyə əngəl olacağını hesablayır. Amma biz tezliklə fərqli gedişatın şahidi olacağıq. Yəni səfərin təxirə düşməsi o demək deyil ki, tədbir ləğv olunub. Dövlət Departamentinin mövqeyi də göstərir ki, ABŞ bu məsələdə israrlıdır".
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalanıb. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların blokdan çıxarılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu" - dəhlizin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) işə salınmasına aiddir.
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
Dünən, 13:50
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
Dünən, 13:47
Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
Dünən, 12:38
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə mayın pensiyaları ödənilib
Dünən, 12:33
“Qorxusunu taleyinə çevirmədi” - Lalə Azərtaşdan təsirli paylaşım
Dünən, 11:41
Ağ Ev: NATO-nun mövcudluğunu şübhə altındadır
Dünən, 11:21
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Dünən, 11:01
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? — AÇIQLAMA (VİDEO)
Dünən, 10:22
"Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
Dünən, 09:53
Minimum əməkhaqqı nə vaxt artırılacaq?
Dünən, 09:48
Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş
Dünən, 09:44
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
Dünən, 09:39
Çində tarixi görüş başa çatdı - Fotolar - Yenilənib
Dünən, 09:31
KİV: İran raket qurğularının əksəriyyətinə girişi bərpa edib
Dünən, 09:30
KİV: İran raket qurğularının əksəriyyətinə girişi bərpa edib
Dünən, 09:25
Vens: ABŞ İranla bağlı hərbi variantları nəzərdən keçirir
Dünən, 09:25
Vens: ABŞ İranla bağlı hərbi variantları nəzərdən keçirir
Dünən, 09:22
Həyat yoldaşı Makronu aktrisa ilə yazışmalarına görə şillələyibmiş
Dünən, 09:22
Həyat yoldaşı Makronu aktrisa ilə yazışmalarına görə şillələyibmiş
Dünən, 09:17
Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb - VİDEO
Dünən, 09:17
Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb - VİDEO
Dünən, 09:00
Daha 4 kəndimiz qaytarılır
13-05-2026, 16:00
Ermənistana turist kimi gedən azərbaycanlıların sayı AÇIQLANDI
13-05-2026, 15:30
Banklar kredit verməyə müştəri tapmır?
13-05-2026, 13:17
Həccə gedənlərin NƏZƏRİNƏ