Paşinyana “50%-lik baryer” təhlükəsi ciddiləşir
Ermənistan hakimiyyət üçün kritik ssenari formalaşır
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində siyasi vəziyyət getdikcə daha da gərginləşir. Musavat.com-un erməni mediasını təhlilinə əsasən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas risk 50 faizdən çox səs toplaya bilməməkdir. Bu isə təkcə seçki nəticəsi deyil, bütövlükdə hakimiyyətin taleyini müəyyən edə biləcək kritik hədd hesab olunur.
Mövcud rəy sorğuları tam dəqiq olmasa da, ümumi tendensiya aydındır: hakimiyyətə ictimai dəstək zəifləyib. Rusiyaya yaxın erməni mediasının iddiasına görə, hər ikinci Ermənistan vətəndaşı “Vətəndaş Müqaviləsi”nin hakimiyyətdə qalmasına qarşıdır.
O da bildirilir ki, mövcud vəziyyətdə hakim partiyanın əsas problemi yalnız reytinq itkisi ilə məhdudlaşmır. Daha böyük çətinlik potensial koalisiya tərəfdaşlarının zəifliyidir. Hakimiyyətin arxalana biləcəyi “satellit” partiyalar da olduqca zəif vəziyyətdədir və onların birlikdə belə 50%-lik baryeri keçməsi real görünmür. Bu isə o deməkdir ki, Paşinyan komandası parlamentdə çoxluğu itirə bilər.
Digər mühüm məqam seçici fəallığı ilə bağlıdır. “Gallup International”ın Ermənistan ofisi seçkilərdə təxminən 60% iştirak proqnozlaşdırsa da, ekspertlər bu rəqəmi real hesab etmir. Onların fikrincə, yüksək fəallıq hakimiyyət üçün əlavə risk yarada bilər. Çünki narazı elektoratın səfərbər olması nəticələri hakim partiyanın əleyhinə dəyişə bilər.
Müxalifət seçkilərdə vahid blok kimi deyil, ayrı-ayrı iştirak etmək qərarı həm risk, həm də imkan yaradır. Bir tərəfdən səslərin parçalanması ehtimalı var. Digər tərəfdən isə müxtəlif elektorat qruplarını cəlb etmək baxımından bu taktika daha effektiv ola bilər. Ən vacib məqam isə seçkidən sonrakı mərhələdir. Ekspertlər hesab edir ki, müxalifət parlamentə düşdükdən sonra birləşərək hakimiyyətə qarşı vahid cəbhə yarada bilər. Bu ssenari artıq yerli səviyyədə – bələdiyyə seçkilərində özünü göstərib. Hakim partiya səslərin yarısından çoxunu toplaya bilmədikdə, müxalif qüvvələrin birləşməsi nəticəsində hakimiyyət dəyişiklikləri baş verib. Eyni modelin bu dəfə parlament seçkilərində təkrarlanması istisna edilmir.
Son rəy sorğuları da vəziyyətin hakimiyyət üçün əlverişli olmadığını göstərir. “Gallup”un məlumatına görə, hazırda “Vətəndaş Müqaviləsi”nin dəstəyi 24,3% səviyyəsindədir. Digər əsas siyasi qüvvələr – “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” və digər bloklar isə ayrı-ayrılıqda daha aşağı nəticələr göstərsə də, ümumi mənzərədə ciddi alternativ formalaşdırırlar.
Bütün bu amillər fonunda Ermənistan siyasətində yeni mərhələnin başlanması ehtimalı artır. Əgər Paşinyan komandası 50%-lik baryeri aşa bilməsə, ölkədə koalisiya danışıqları qaçılmaz olacaq. Bu isə həm hakimiyyət daxilində, həm də müxalifət düşərgəsində yeni ittifaqların formalaşmasına gətirib çıxara bilər.
Beləliklə, qarşıdakı seçkilər sadəcə növbəti siyasi kampaniya deyil, Ermənistanın siyasi gələcəyini müəyyən edəcək dönüş nöqtəsi kimi qiymətləndirilir. Paşinyan üçün isə əsas sual açıq qalır: 50%-lik baryer keçiləcək, yoxsa hakimiyyət yeni siyasi reallıqla üzləşəcək?
Bu gün, 16:00
"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Bu gün, 15:30
ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
Bu gün, 14:25
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
Bu gün, 14:22
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
Bu gün, 14:22
Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
Bu gün, 13:31
Sabah 31° isti olacaq
Bu gün, 13:27
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Bu gün, 13:11
Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
Bu gün, 12:34
İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
Bu gün, 12:22
Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Bu gün, 12:19
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır - Fərman
Bu gün, 12:15
AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bu gün, 11:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
Bu gün, 11:00
İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
Bu gün, 10:56
Bakıda maşın atla toqquşdu
Bu gün, 10:48
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Bu gün, 10:45
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Bu gün, 09:54
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı
Bu gün, 09:51
Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:43
Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
Bu gün, 09:38
Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
Bu gün, 09:33
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Bu gün, 09:30
Türkmənistan Prezidenti də Bakıdadır - Foto
Bu gün, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
Dünən, 16:00
Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
Dünən, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Dünən, 14:22
Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"