Dənizin içində restoran tikdirən icra başçısı kimdir?

Zakir Fərəcovun Novxanıda dənizin mühafizə zolağını zəbt etdiyi və orada «Kalyon» adlı iaşə obyekti inşa etdirdiyi deyilir
Ötən gün xəbər vermişdik ki, Sumqayıt şəhərində A-dan Z-yə qədər bütün işlərin hamısı icra başçısı Zakir Fərəcov tərəfindən qudası Akif Zeynalova tapşırılıb. Redaksiyamıza verilən məlumatlarda qeyd olunurdu ki, Zeynalov Fərəcovun tapşırıqlarından başqa, digər işlərə də qol qoyur. Məsələn, onun bütün tenderlərin taleyini müəyyən etdiyi vurğulanırdı.
Redaksiyamıza daxil olan yeni məlumatlarda isə bununla yanaşı, digər maraqlı mətləblərdən bəhs olunub. Qeyd edilir ki, Akif Zeynalov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. Müavin işlədiyi dövrdə bir nəfəri belə razı salmadığı iddia olunur. «İndi isə Ərazi Maliyyə Müfəttişliyinin rəisidir. Bu adamın maliyyədən xəbəri yoxdur. Hətta Akif Zeynalovun bu vəzifəyə təyinatı çoxlarında təəccüb hissi yaratmışdı».
Məlumat verən mənbələr başqa bir mətləbdən də bəhs ediblər. Onların verdiyi xəbərə görə, Sumqayıtın icra başçısı Zakir Fərəcov vəzifəyə təyinat alar, almaz özünə restoranlar və gəlir yerləri düzəltməyə başlayıb. «Fərəcov Novxanıda «Kalyon» adlı restoran açıb. Həmin restoran isə düz dənizin içindədir. Görəsən, icra başçısına kim o ixtiyarı verib ki, dənizin mühafizə zolağını zəbt edib?»
Qeyd edək ki, Zakir Fərəcovla bağlı belə məlumatlar mütəmadi olaraq yayılır. Bu yaxınlarda isə onun Sumqayıtda 3 böyük villaya sahib olmasına dair bilgilər gündəmi zəbt etmişdi.
Bu əsnada, “Kalyon” restoranı ilə bağlı araşdırma aparmışıq. Həmin araşdırma zamanı məlum olub ki, Novxanı qəsəbəsində yerləşən «Kalyon» restoranının sahibi «Kalyon» MMC-nin direktoru Rövşən Məmmədovdur. Bu restoranda xüsusi qadağalar var və onların hamısı tətbiq olunur. Bir müddət əvvəl «şortik» qadağası tətbiq olunsa da, sonradan ləğv edilib. Bunu da restoran rəhbərliyi belə əsaslandırıb ki, xaricilər çox gəldiyi üçün həmin qadağanı ləğv ediblər. Amma buna baxmayaraq, indinin özündə də «Kalyon»a dizdən azca yuxarı «şortik»də giriş qadağandır.
Dənizin içinə qədər girmiş restoranın sahibi mətbuata verdiyi açıqlamasında deyib ki, onların çimərlikləri yoxdur. Elə bu səbəbdən də çimərlik paltarında restoranlarına gələnləri də içəri buraxmırlar.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü