Bakının «QUMAR KRALLARI»-4: SUMQAYIT KİMİN ƏLİNDƏDİR?
Sosial
Oxunub: 992
15 mar 2016 | 11:06
Bakının «QUMAR KRALLARI»-4: SUMQAYIT KİMİN ƏLİNDƏDİR?











Və ya bir gecədə 15 min manat uduzan, 40-dan çox obyekti şərikləriylə işlədən şəxslər kimlərdi?

Ötən günlərdə Bakıda qumarxanaların artdığı və bu işlərin arxasında xeyli sayda adamların dayandığı barədə məlumat vermişdik. Redaksiyamızın bununla bağlı apardığı araşdırması zamanı üzə çıxan əsas adlar Arzuman Muradlı, «Yeraz» ləqəbli Mehman, habelə Sənan, Süleyman və digərləri olub. Amma qumar biznesində olanlar arasında yeni -yeni adlar da var və onlar bütün rayonları öz aralarında bölüşdürüblər.

Redaksiyamız xəbər verir ki, Bakıdan sonra qumarxanaların ən çox yayıldığı şəhər Sumqayıtdır. Bu şəhərdə 40-dan çox lotoxana və kazino fəaliyyət göstərir. Bu qədər çox olmasına baxmayaraq, onların yalnız bir idarə edəni var. Düzdür, həmin idarə edənin özü də kimlərsə şərikdir.

Qeyd edək ki, Sumqayıtdakı qumarxanalırın rəhbəri Ordubadlı Vüqar adlı şəxsdir. Bu işlərdən yetrəli qədər xəbəri olan və bacarıqlı biri kimi təqdim edilən Vüqar, yenə də həmin işləri təkbaşına həyata keçirmir. Redaksiyamızın əldə etdiyi məlumata görə, şəhərdəki qumarxanaların maliyyə və təşkilatçılıq işlərinə şərik olanlardan biri Arzuman Muradlı, digəri isə «Yeraz» Mehmandır.

Bu məşhur şəxslər Ordubadlı Vüqarla anlaşma əldə ediblər. Həmin anlaşmaya əsasən polis və digər problemləri Muradlı və Mehman həll etməli, digər işlərə isə Vüqar baxmalıdır. Amma ortada başqa bir razılaşma da var. Həmin razılaşmaya əsasən Vüqar Bakıya gəlib, buradakı qumarxanaları yoxlaya bilməz. Eyniylə, Arzuman və Mehman da həmin addımı atmaq səlahiyyətinə malik deyillər. Yəni, onlar da Sumqayıtda yoxlama apara bilməzlər.

Ordubadlı Vüqarın gündəlik dövriyyəsi xalis gəlir olaraq, 20-30 min manat arasında dəyişir. Sumqayıtın Bakı qədər rentabelli olmaması səbəbindən belə kiçik rəqəmlər ortaya çıxır. Halbuki Bakıda bir gecədə təkcə 28 Maydakı kazinoda 30-40 minlik bir dövriyyə mövcuddur.

Amma qumar biznesində başqa bir Vüqar daha var. O, Ordubadlıdan fərqli olaraq, bütün işlərini Bakıda qurub. Mehman və Arzumandan heç də zəif fiqur olaraq tanınmır. Yaxşı əlaqələri və imkanları var. Üstəlik, Ağdamlı olan Vüqar, həm də qazandığını qumara qoyan biridir.

Redaksiyamızın araşdırması zamanı məlum olub ki, Ağdamlı Vüqar Bakıdakı kazino və lotoxanalarında əldə etdiyi pulları özünün obyektində qətiyyən oynayaraq, uduzmur. Əksinə, o, öz obyektlərindən əldə etdiyi pulları Arzuman və ya Mehmanın qumarxanalarında oynayaraq, sərf edir. Bəzi məlumatlara görə, Ağdamlı Vüqar həftədə bir dəfə qumar oynayır və o zaman 15 min manata qədər pul uduza bilər. Həmin məbləğdən çox uduzmaq risqi yaranan kimi, onun oyundan çıxdığı vurğulanır.

Xatırladaq ki, ötən günlərdə Bakıdakı qumarxanaların himayəçiləri arasında polisdə işləyənlərin də adı çəkilmişdi. Redaksiyamızın əldə etdiyi məlumatlarda iddia olunurdu ki, həmin şəxs Dəmir Yolu Polisində cinayət-axtarış şöbəsinin rəisi Fərid Mirələmov Arzuman Muradlı və Mehmana himayədarlıq edir. Deputat Hüseynbala Mirələmovun oğlu olan bu şəxsin adımının belə çirkin işlərə qatılması inandırıcı görünməsə də, gələn məlumatların çoxluğundan şübhələnmək üçün əsaslar yaranır.

Araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü