Sürücülər manevr etmədən "Şamaxinka"ya daxil ola biləcəklər
Bakı-Sumqayıt yolu boyunca salınan süni təpələr yığışdırılır
Magistral yoldakı çökmə-sürüşmələrin əsas səbəbkarının həmin təpələr olduğu müəyyənləşib. Biz də iş icraçılarından məsələnin mahiyyətini öyrənməyə çalışdıq. Burada çalışan fəhlələr deyir ki, təpələrin dağıdılmasında məqsəd körpünü genişləndirməkdir: "Gördüyünüz bu yol dar, maşınlar isə çoxdur. Buranı genişləndiririk ki, hərəkət daha rahat olsun. Təxminən 3-4 günə işləri yekunlaşdırıb təhvil verəcəyik. Təxminən iki gündür başlamışıq. Bir təpəcik tam olaraq sökülməyəcək. Əsas onun ətrafı genişləndirilir"
Söküntü işləri "Azəravtoyol" ASC tərəfindən aparılır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA TV-yə açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun beynəlxalq avtovağzalın yaxınlığından keçən hissəsində sürücülər kiçik bir manevr edərək yan yola daxil ola bilirdilər, çünki həmin ərazidə yaşıl örtülü torpaq təpəcik var. Bu isə nəqliyyat sıxlığı yaradır, sürücülərin sərbəst hərəkətinə mane olur. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün həmin təpəciyin 10-15 metr uzunluğunda , 5-6 metr enində hissəsi "Azəravtoyol" tərəfindən sökülür. Təmir bərpa işlərindən sonra həmin hissə asfaltlanacaq. Sürücülər manevr etmədən "Şamaxinka"ya daxil ola biləcəklər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında ötən ilin oktyabrından sürüşmə-çökmə başlayıb. Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib. Ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb. Artıq bu istiqamətdə işlərin 80 faizə qədəri icra olunub. Həmin işlər yekunlaşandan sonra sürüşmə nəticəsində yolda yaranmış çatların, yolun bərpası istiqamətində işlər aparılacaq. Hazırda təmir işləri aparılan Bakı-Quba yolunda dəmir arakəsmələrin yığışdırılmasına gəlincə, Anar Nəcəfli qeyd edib ki, buna səbəb sürücülərin yol hərəkəti qaydalarını ciddi şəkildə pozması və yaranan qəzalar zamanı dəmir arakəsmələrin sıradan çıxmasıdır.
Anar Nəcəfli Bakı-Quba yolunda dəmir sədlərin beton pillələrlə əvəz olunduğunu bildirib. Beton pillələrin qoyulması həm iqtisadi səmərəlilik baxımından, həm də təhlükəsizlik baxımından daha əlverişlidir. Qəzaların belə faciəli olmasının səbəbi sürücülərin məsuliyyətsizliyidir. Dünyanın bir çox ölkələrində bu dəmir arakəsmələrdən istifadə olunur. Bizdə istifadə olunan arakəsmələr də beynəlxalq standartlara cavab verir. Lakin sürücülərin maşını həddən artıq sürətli idarə etməsi, məsuliyyətsizliyi belə faciələrə səbəb olur.
Sumqayıtda baş verən qəzanın da belə faciə ilə nəticələnməsinin səbəbi yüksək sürət olub.
Anar Nəcəflinin sözlərinə görə, bu dəmir sədlərin bir metri təxminən 60-80 manata başa gəlir.
Son bir ildə ölkə üzrə 100 kilometrə qədər dəmir sədlərin baş verən qəzalar səbəbindən sıradan çıxdığını deyən Anar Nəcəfli, bununla da dövlətə külli miqdarda ziyan dəydiyini bildirib.
Onu da qeyd edək ki, paytaxtın bəzi yollarında dəmir sədlər məhz tıxacın qarşısının alınması məqsədi ilə quraşdırılıb. Çünki arakəsmələr olmayan yollarda sürücülər tıxac zamanı əks yoldan gələn sürücülərin qarşısına çıxaraq daha böyük tıxacların yaranmasına səbəb olurlar/apa/.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü