Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri tərəfindən
ƏRİZƏ
Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışan [b]Emin Hüseyn,[/b] əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə Astara RMX-də korrupsiya, özbaşınalıq və səriştəsizlik halları baş vermişdir. 2 milyon manat vəsaiti mənimsədiyinə görə və Astara sakinlərinin çoxsaylı şikayətləri nəticəsində, 2015-ci ildə vəzifəsindən azad edilərək Qobustan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat almışdır.
Məlum olmuşdur ki, Emin Hüseyn, 22.08.1979-cu ildə Bakı şəhərində anadan olub, əslən Gürcüstan Respublikasındandır. Bakı şəhərində 132 saylı orta məktəbdə, Azərbaycan Tibb Universitetinin Oftalmologiya fakültəsində və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təhsil almışdır.
Emin Hüseyn, 2001-ci ildə Müsavat Gənclər Təşkilatının sədrliyinə keçirilmiş seçkilərdə namizəd olmuş, 117 nəfər konfrans nümayəndələrindən 34 səs toplayaraq seçkidə məğlub olmuş, təşkilatın o zamankı sədri - Emin Əlisoyla koalisiyaya girərək təşkilat sədrinin birinci müavini postuna təyinat almış və yalnız 2015-ci ildə Müsavat Partiyasının Səbail Rayon Təşkilatının üzvlüyündən imtina etmişdir.
Mütəmadi olaraq siyasi əqidəsini dəyişən Emin Hüseyn sosial şəbəkələr vasitəsilə erməni mənşəli qadınlarla yazışaraq sevgi macərası yaşayır, ölkə xaricinə səfərləri zamanı isə onlarla görüşərək eyş-işrət məclislərində iştirak edir.
[b]Emin Hüseynin hazırda Qobustan RMX-də Kadrlar şöbəsinə təyin etdiyi işçi - Elnarə Məmmədovanın ali təhsili və tibbi ixtisası yoxdur. Emin Hüseyn digər qadınla ailəli olsa da, Elnarə Məmmədova ilə Bakı şəhərində xəlvəti yerdə aldığı ünvanda vətəndaş nikahı ilə yaşayırlar. Elnarə Məmmədova ilə Emin Hüseynin tanışlığı Astara RMX-də işləyərkən yaranıb. Elnarə Məmmədova, Qobustan RMX-də işçilərlə kobud davranır, onların maaş kartlarını məcburi formada əllərindən alaraq maaşlarını özünə götürür, bəzi işçilərdən isə aylıq 20 manat məbləğində rüşvət tələb edərək baş həkimə təqdim edir. Həmçinin, Elnarə Məmmədovanın eks həyat yoldaşı – Mehman Məmmədov, onların övladları, valideynləri və rəfiqələrinin adları RMX-də işçi kimi qeyd edilsə də, iş yerinə gəlmədən aylıq maaşlarını alırlar.[/b]
Qobustan RMX-də Emin Hüseyn tərəfindən həyata keçirilən müxtəlif saxtakarlıq halları nəticəsində müxtəlif işçilərin xəbərləri olmadan onların guya hansısa tibb müəssisələrinə kurslara ezam edilməsi üçün hər ay 50
manat pul silinir. Səhiyyəyə aid xəstəlik bülletenləri və sürücülük vəsiqələri üçün tibbi arayışlar müvafiq reyestr qeydiyyatı aparılmadan 50 - 100 manat rüşvət müqabilində vətəndaşlara təqdim edilir, xəstəxana üçün ayrılan cari xərclər və yanacaq təminatı saxta sənədlər əsasında mənimsənilir.
Guya xəstəxanada hər ay 50 nəfərə yaxın xəstənin ambulator müalicə aldığını göstərən saxta sənədlər tərtib edilərək onlar üçün ayrılmış dərman vəsaitləri, yemək və istilik xərcləri, uşaq fondu üçün ayrılan pul və dərman vəsaitləri hər ay ərzində Emin Hüseyn tərəfindən şəxsi məqsədləri üçün istifadə edilir. Bundan əlavə, Emin Hüseynin göstərişi ilə, Qobustan rayon sakinlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Qobustan Şöbəsindən pensiya almaları üçün əlillik dərəcələrinin təyinatı zamanı hər şəxsdən 200 manat rüşvət tələb edilir.
Dini ibadətlə məşğul olmağına baxmayaraq, baş həkim Emin Hüseyn xəstəxanada çalışan tibb işçilərindən hər ay rüşvət tələb etməklə onların şəxsiyyətini alçaldır, buna qarşı çıxanları isə təhqir edərək hədələyir. Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaş kartları da baş həkimin şəxsi cibinə xeyir gətirir.
Baş həkim, xəstəxananın Təklə, Sündü, Ərəbşalbaş, Cəyirli, Cəmcəmli, Qurbançı, Nabur, Şıxzahırlı, Xilmilli, Bədəlli, Yekəxana, Poladlı, Çalov, Ərəbqədim, Dərəkənd və Cəngi kəndlərində yerləşən məntəqələrinə ayrılan dərman və pul vəsaitlərini də gündəlik xərclərini ödəməsi üçün əlavə gəlir mənbəyi kimi istifadə edir, mühasibatlıq vasitəsilə pul ayırmalarını özünə sərf edən istiqamətlərə yönəldir. Bununla yanaşı, RMX-nin nəzdindəki Konsultativ Poliklinikanın şöbə müdiri - Qurban Kərimovla əlbir olaraq, Poliklinikaya ayrılan pul vəsaitlərini də şəxsi məqsədləri üçün istifadə edir. Bu işdə Qurban Kərimov ona yaxından köməkliyini göstərir.
Xəstəxananın İdarəetmə aparatı, Mühasibatlıq, Konsultativ Poliklinika, Psixonevroloji, Vərəm və Stomotoloji Kabinetləri, Təsərrüfat, Ümumi xəstəxana, Qeydiyyat, Fizioterapiya və tibbi bərpa, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Şüa-diaqnostika, Stasionar, Cərrahiyyə, Terapiya, Pediatriya, Mama-ginekologiya, Anesteziologiya və Reanimasiya, Yoluxucu xəstəliklər və Əczaçılıq şöbələrində özbaşınalıq, süründürməçilik, rüşvətxorluq halları rayon sakinlərinin haqlı hiddətinə səbəb olmuşdur.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri olaraq, biz, Prezidentimiz cənab İlham Əliyev və Səhiyyə nazirimiz cənab Oqtay Şirəliyevdən yuxarıda qeyd etdiyimiz qanunsuzluğun və korrupsiya faktlarının qarşısının alınmasını, Emin Hüseynin barəsində qanuni tədbir görülməsini xahiş edirik.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü