Bakının axirət problemi: ölüyə yer tapılmır, dirilərin isə qəbri hazırdı - Fotolar
Sosial
Oxunub: 1 090
13 mar 2016 | 17:17
Əhalisi son illərdə sürətlə artan paytaxt Bakıda qəbiristanlıqlarda boş yer tapmaq artıq müşkül məsələdir. Bu hal əsasən paytaxtın ən böyük qəbiristanlıqları olan Yasamal və Keşlədə müşahidə olunur. Qəbiristanlıqlarda yer qıtlığının yaranmasının bir neçə əsas səbəbi var. Bu səbəblər dəfn olunanların sayının artması və imkanlı şəxslərin ailə üzvlərinə və qohumlarına onlar dünyasını dəyişmədən məzar yerləri almasıdır.

Bakıdakı müxtəlif qəbiristanlıqlarda hasara alınan boş əraziləri, üzərində doğum tarixi, adı və soyadı yazılan baş daşlarını, büstləri görmək mümkündür. Cəmiyyətimizdə imkanlı şəxslər qəbiristanlıqlarda da seçilir. Onların baş daşları dəbdəbəli olmaqla yanaşı, məzarın ərazisi də geniş olur. Onlarla qəbirin ola biləcəyi ərazilər bir nəfərlik məzarlıq kimi hazırlanır. Bu da öz növbəsində qəbiristanlıqlarda yer sıxlığının yaranmasına səbəb olur.

İndi Bakıdakı qəbiristanlıqlarda boş yer tapmaq çətin olduğu kimi həddən artıq da bahadır. Bakıdakı qəbiristanlıqlarda yer almaq ən ucuz halda 600 manata başa gəlir. Bakının kəndlərinə doğru uzaqlaşdıqda məzar yerlərinin qiyməti ucuzlaşır. Ancaq Bakıdakı qəbiristanlıqlarda 5 min manatdan baha satılan yerlər də var.

Məlum olduğu kimi, dəbdəbəli baş daşlarından, qəbristanlıqlarda yaranan sıxlıqdan və qəbir yerlərinin baha satılmasından xilas olmaq, öləndən sonra belə varlı-kasıb seçiminin olmaması üçün yeni qanun layihəsi hazırlanır. Artıq uzun zamandır müzakirəsi davam edən “Qəbiristanlıqların yaradılması və idarə olunması haqqında” qanun layihəsi hazırlanıb. Yeni layihə bizə məlum olan şərtləri ilə qəbul olunsa və icra edilsə, illərdir müzakirə mövzusu olan böyük bir problem öz həllini tapacaq.

Yeni qanun layihəsinə əsasən qəbir yerlərinin standart qiymətləri və qəbir daşlarının standart forması müəyyənləşdiriləcək. Bununla da aztəminatlı ailələrin dəfn mərasimlərində qarşılaşdıqları əsas problemin öz həllini tapması gözlənilir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni qanun layihəsində Bakı şəhərində qəbir yerlərinin standart qiymətlərinin müəyyənləşdirildiyini, paytaxt ərazisində qəbir yerlərinin qiymətinin minimum əmək haqqının iki misli miqdarında olacağını qeyd edib.
Bakının axirət problemi: ölüyə yer tapılmır, dirilərin isə qəbri hazırdı - Fotolar
Bakının axirət problemi: ölüyə yer tapılmır, dirilərin isə qəbri hazırdı - Fotolar
Bakının axirət problemi: ölüyə yer tapılmır, dirilərin isə qəbri hazırdı - Fotolar
Yeni layihədə aztəminatlı ailələrin qəbir yerləri ilə yerli bələdiyyələr hesabına təmin edilməsi, şəhidlərin, milli qəhrəmanların, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının ailələrinə isə qəbir yerlərinin pulsuz verilməsi də nəzərdə tutulub. Maraqla gözlənilən qanun layihəsinə əsasən Nazirlər Kabineti tərəfindən yeni qəbiristanlıqlar üçün ərazilərin ayrılması nəzərdə tutulur.
Hazırda ən dəbdəbəli qəbir daşlarının, ən çox geniş və hasara alınmış boş məzarlıq ərazilərinin olduğu yer Yasamal qəbiristanlığıdır. Bu qəbiristanlığın ərazisi artıq demək olar ki, tam şəkildə dolub. Qəbiristanlığın 3-cü Fəxri Xiyaban adlanan ərazisində də artıq yerlər tamamilə dolub. Lakin qəbiristanlığın yamacları qazılaraq yeni məzar yerlərinin salınmasına da başlanılıb. Bu qəbiristanlığın ərazisi geniş olsa da qəbirlərin sayı azdır. Çünki qəbiristanlığın ərazisinin böyük bir hissəsi qəbirlər olmadan hasara alınıb.
Qəbiristanlıqda qəbirlərə nəzarət edən şəxslər musavat.com-un əməkdaşına bildiriblər ki, yeni qanun layihəsinin hazırlanmasından xəbərdardırlar. Amma qanun layihəsi qəbul olunsa və icrasına başlanılsa, bu, burada görülən işlərə heç bir təsir göstərməyəcək: “Burada elə yerlər var ki, 10-15 ildən artıqdır ki, alınıb. İmkanı olan, istəyən qəbrin ətrafını geniş alıb. Elə adam var ki, Azərbaycanda yaşamır, ancaq özünə və ailə üzvlərinə qəbir yerlərini indidən ayırıb. Bu məsələ indi gündəmə çıxarılıb və müzakirə olunur. Belə bir istəyi olan, ailə üzvləri və özü üçün məzarlıq ayırtdıran hansısa bir şəxsə kimsə etiraz edə bilməz. Çünki bu, onun öz istəyidir. Yəqin ki, yeni layihə bundan sonra salınacaq qəbiristanlıqlara nəzarət olunmasına aid ediləcək. İndi kiminsə aldığı qəbir yerlərini əlindən almaq və ya dəbdəbəlidir deyə baş daşının dəyişdirilməsini istəmək olmaz. Bunu jurnalistlər tez-tez gəlib soruşur. Ancaq özünüz fikirləşin, axı kimə deyə bilərsən ki, sənin qohumunun baş daşı dəbdəbəlidir və bunu sökməlisən. Təbii ki, bunu heç kim qəbul etməz. Ancaq yeni yaradılacaq qəbiristanlıqlarda bu qadağaların və standart məzarların olması yaxşı olar”.

Musavat.com
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü