Azərbaycanda daha saatlar çəkilməyəcək
Sosial
Oxunub: 1 102
11 mar 2016 | 20:51
Azərbaycanda daha saatlar çəkilməyəcək











Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib

Azerinfo.az bildirir ki, AMEA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək, AMEA alimlərini bu məsələ haqqında elmi əsaslarla çıxış etməyə dəvət etdi.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirdi. Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırdı. Azərbaycan ərazisinin ölçü vahidinin "km"lə olmasının da bu məsələyə təsir etdiyini vurğuladı.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış etdi. O, 2010-cu ildə Azərbaycan ərazisində yay-qış vaxtına keçidlə əlaqədar apardığı araşdırmalardan söz açaraq, bununla bağlı iqtisadi, sosial-psixoloji və siyasi faktorlardan danışdı. Vaxt dəyişikliyi zamanı qonşu ölkələr arasında problemlərin yarandığını, yol qəzalarının artdığını, təyyarələrdə gecikmələrin müşahidə olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Avropanın əksər ölkələrində, o cümlədən Afrika, Cənub-Şərqi Asiya ölkələrində bu kimi keçidlər həyata keçirilmir.

Vaxt dəyişikliyi zamanı İKT sahəsində də müəyyən uyğunsuzluqların yarandığını bildirən alim Azərbaycan kimi kiçik ərazisi olan bir dövlətdə cari vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu dilə gətirdi.

Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov çıxış edərək yay-qış vaxtlarına keçidin bioloji baxımdan o qədər də əhəmiyyət daşımadığını dedi. Bu məsələ ilə əlaqədar astronomik vaxt faktorunun əsas götürüldüyünü vurğuladı.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan ərazisində yay-qış vaxtlarına keçid məsələsi ilə bağlı bir neçə dəfə müzakirələrin aparıldığını, lakin konkret nəticəyə gəlinmədiyini bildirdi. Azərbaycanın şimaldan-cənuba cəmi 4 dərəcə, qərbdən də şərqə 5 dərəcə dəyişdiyini qeyd edərək, bu faktın nəzərə alınmasının vacibliyini önə çəkdi.

Fizika İnstitutunun baş elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov da mövzu ilə əlaqədar fikirlərini bölüşərək, ölkədə cari vaxtın saxlanılmasının tərəfdarı olduğunu bildirdi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırkı vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söylədi.

Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək bildirdi ki, Azərbaycanda çox sayda monitorinq sistemləri vardır ki, bu sistemlər qrenviç vaxtı ilə işləyir. Onun sözlərinə görə, monitorinq sistemlərinin işində problemlərin yaranmaması üçün cari vaxtı saxlamaq lazımdır.

Sonda AMEA prezidenti A.Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın AR Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verdi.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü