Artıq bu da oldu
Sosial
Oxunub: 2 225
8 mar 2016 | 00:54
Artıq bu da oldu










“Azərbaycanda “Xeyir və Şər adətləri” adlı qanun layihəsi hazırlanır. Həmin layihədə yas mərasimləri zamanı VİP çadırların qurulması qadağan ediləcək”

Bu barədə ANS PRESS-ə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov danışıb. Onun sözlərinə görə, belə bir qanun layihəsinin hazırlanmasına səbəb əhalinin yas mərasimlərini bərabər şəkildə keçirə bilməsi ilə bağlıdır: “Bəzən vətəndaşlar digərlərindən geri qalmamaq üçün borca düşür, kredit götürürlər. Daha sonra isə uzun illər həmin borcu ödəyə bilmirlər. Bütün bu narahatlıqların qarşısını almaq üçün qanunda belə tənzimləmə aparılması labüd idi. Buna görə də belə bir layihə hazırlandı. Burada ziyalılar və Qafqaz Müsəlmanları İdarəsinin bəzi işbazlara tövsiyyələrinin heç bir nəticə verməsinin də rolu var. Çünki həmin işbazlar yenə də öz bazarlarını qoruyub saxlayırlar. Hazırda VİP çadırlar var ki, bir yerin qiyməti 28-30 manatdır. Toplamda isə bəzi mərasimlər vətəndaşlara 20-25 min manata başa gəlir. Yeni hazırlanan layihə bütün bu problemlərin aradan qaldırılması məqsədini də daşıyır”.

Siyavuş Novruzov deyir ki, bununla bağlı hazırda müxtəlif dövlətlərin təcrübəsi öyrənilir. Ancaq Azərbaycanda da bir neçə yerlər var ki, həmin yerlərdə də bir sıra qadağalar var: “Məsələn Dövlət Neft Şirkəti tərəfindən xeyir-şər evləri tikilib və həmin evlərdə mərasim zamanı limon, qənd və çayın verilməsi nəzərdə tutulub. Həmin xeyir-şər evlərində yemək yemək istəyən şəxslər üçün ayırca bir otaq ayrılıb ki, həmin otaqda ehsan yeyə bilərlər. Ancaq kütləvi şəkildə tətbiq etmək olmaz. Rayonlarda israfçılığın qarşısının alınmasına nəzarət etmək mümkündür. Lakin Bakıda qanunla tənzimlənməsinə ehtiyac var. Buna görə də bununla bağlı işlər aparılır. Bəzi hallarda yolların ortasında qurulan çadırlar nəqliyyatın hərəkətini də iflic edir. bütün bu proseslər hazırda üzərində işlənən qanunda öz əksini tapacaq”.

ANS PRESS fevral ayının 24-də bunu təfsilatlı formada araşdırıb. Araşdırmaya görə, Azərbaycanda dəbdəbəli yas mərasimlərinin keçirilməsi və israfçılıq hallarının qarşısının alınması məqsədi ilə bir müddət əvvəl bir sıra qadağalar təklif olunsa da insanlar buna əməl etmək istəmirlər. Çünki əhali sadə yas mərasimləri təşkil etməkdə maraqlı deyil.

Araşdırmalar zamanı məlum olub ki, bu gün Bakıda yas mərasimlərinin qiymətlərinin toy və digər mərasimlərin qiymətlərindən heç də geri qalmır və yas çadırları da kateqoriyalara bölünür: sadə və VİP. Çadırların qiyməti isə təklif olunan xidmətlərin səviyyəsindən asılı olaraq dəyişir. Məsələn, məscidlərdə 200 nəfər üçün nəzərdə tutulan sadə çadırın qiyməti 600 AZN, VİP çadırların qiyməti isə 900-1200 AZN arasında dəyişir. Həmin çadırlara pərdə, qapı və kondisioner daxildir.

Mərasim zallarında yas keçirmək istəyənlər 200 nəfər üçün adambaşına 8-12 manat (icarə haqqı, yemək və s. bütün xidmətlər daxildir) xərcləməlidir. Məscidlərin mərasim zallarında isə bu qiymət 12-15 manat arasında dəyişir. Təkcə kirayə çadır götürən şəxslər, bu zaman yalnız çadır üçün 300 manat, yemək üçün adam başına 10 manat, mollaya isə 80-100 manat pul verməlidirlər. Amma məscidlərin təklif etdiyi çadır üçün 600-1200 (sadə, VİP), yemək üçün adam başına 10 manat, molla üçün isə 80-100 manat ödəməlidirlər.

İslamdan əvvəl türklər ölülərinə aş yedirdilər və bunun üçün də tədbir təşkil edirdilər. Lakin islam dini yayıldıqdan sonra isə həmin aşın savabını ölüyə bağışlamaq üçün yeməyi kasıblara paylayırdılar. Daha sonrakı dövrlərdə isə qonşu dövlətlərdə bu adətlər də sıradan çıxmağa başladı.

Məsələn, Türkiyə, İran və Pakistanda qəbir daşları, yer pulu ödənişli olsa da orada təmtəraqlı mərasim verilmir, süfrədə isə yemək olmur. Buna yalnız yəhudilərdə rast gəlmək olar. Ruslar isə yas mərasimində masaya müxtəlif spirtli içki qoyurlar.

Ümumiyyətlə, mütəxəssilərin fikirlərinə və hazırkı VİP çadırların qiymətlərinə nəzər saldıqda görmək olar ki, ailə üzvü dünyasını dəyişən şəxs digərlərindən geri qalmamaq üçün ciddi şəkildə borca girir və nəticədə də illər boyu borc ödəmək məcburiyyətində qalır. Bunun üçün VİP yas çadırları icarəyə verən şəxslərə və bu mərasimləri təşkil edənlərə qarşı qanuni şəkildə nəzarət edilməsinə ehtiyac var. Yalnız bu yolla israfçılığın qarşısını almaq mümkündür.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü