Azərbaycan yeni güc mərkəzində - 3 trilyon dollar, 331 milyon əhali...
Siyaset
Oxunub: 202
6 dek 2024 | 14:22
Azərbaycan yeni güc mərkəzində - 3 trilyon dollar, 331 milyon əhali...


Rusiya “altılıq” platformasını hərtərəfli struktura çevirmək üzərində işləyir; 3+3 formatında olan ölkələrin ümumi iqtisadiyyatı dünyanın 5-ci ən böyük ekonomik gücü deməkdir - Tiflis ”daşı ətəyindən tökəcəkmi”?

İkinci Qarabağ savaşından sonra regionda sülh və əməkdaşlığın möhkəmlənməsi, bölgədə stabilliyin təmin edilməsi üçün müxtəlif variantlar təklif edildi. Bunlardan ən praqmatiki və bölgə üçün uzunmüddətli sülhü, əməkdaşlığı, təhlükəsizliyi təmin edəcək 3+3 formatı idi.

Azərbaycanın dövlət başçısının irəli sürdüyü ideya qardaş Türkiyənin rəhbərliyi tərəfindən də dəstəkləndi, eyni zamanda Rusiyanın da müsbət münasibəti oldu. Bu mənada ideyanın gerçəkləşməsi istiqamətində 2022-2023-cü illərdə müxtəlif görüşlər keçirildi, lakin nəticə olmadı. Prosesi tormozlayan əsas səbəblərdən biri də Gürcüstan-Rusiya münasibətləri ilə bağlı oldu. Gürcüstan həmin dönəmdə Qərbin təsiri ilə Rusiyanın olduğu formatda yer almaqdan imtina edirdi. Lakin indi şərtlər dəyişib, Gürcüstan Qərbin boyunduruğundan çıxıb, müstəqil siyasət yürütməyə, bu kontekstdə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

Sergey Lavrov Səudiyyə Ərəbistanına səfər edib

Rusiyanın birinci diplomatı Sergey Lavrov isə yaxın keçmişdə bildirib ki, bu platformanın qapıları Gürcüstan üçün də açıqdır və Tiflisin iştirak etməsi zəruri hesab olunur. Gürcüstanın bu formatda iştirak etməsinə dair çağırışlar təkcə Rusiyadan deyil, həm də Türkiyədən də dəfələrlə səsləndirilib. Ancaq Gürcüstan hökuməti Rusiyanın bölgədəki hərbi varlığı və işğalına görə bu əməkdaşlıqdan imtinanı davam etdirir. Bu formatda indiyədək xarici işlər nazirlərinin Moskva, Tehran və İstanbulda üç görüşü keçirilib. Lakin Azərbaycan və Türkiyə istisna olmaqla 3+3 formatının iştirakçıları heç də hamısı eyni mövqeyi təmsil etmirlər. Halbuki beynəlxalq arenada olan mövcud vəziyyət tərəflərin müzakirələr aparmasını daha zəruri edir.

Mixail Qaluzin: “Aİ-nin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-Rusiya xarakteri alır” - Oxu.az

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bugünlərdə deyib ki, Rusiya Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirmək məqsədi daşıyan 3+3 formatını hərtərəfli struktura çevirmək üzərində işləyir. Qaluzin vurğulayıb ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına sadiq qalır. O, artıq öz effektivliyini sübut edən 3+3 platformasının əhəmiyyətini vurğulayıb. “Rusiya Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün ölkələr arasında əməkdaşlığın koordinasiyası üçün 3-3 formatını effektiv bir mexanizm olaraq nəzərdən keçirir". Bunu da Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. Zaxarovanın bildirdiyinə görə, bu platforma regionda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün bir fürsətdir. Xüsusilə ticarət-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlıq potensialının böyük olduğu vurğulanır. Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirən bu platforma bölgədəki münaqişələrin həlli və sabitliyin təmin edilməsi üçün zəruri addım kimi qiymətləndirilir.

Yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə, 3+3 formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bəs sanksiyalar altında olan Rusiya üçün böyük iqtisadi əhəmiyyət kəsb edən bu planı baş tuta bilərmi? Gürcüstan "daşı ətəyindən töküb" bu layihəyə qoşulacaqmı? Ermənistan necə, Rusiyanın olduğu regional platformada iştirakla bağlı hansı mövqe sərgiləyəcək? Onsuz da İrəvan Avrasiya İqtisadi Birliyində də var...

Qabil Hüseynli

Professor Qabil Hüseynli bu layihənin reallaşmasını Zəngəzur dəhlizinin açılması aspektindən də perspektivli sayır. Onun sözlərinə görə, “altılıq” platforması region üçün dayanıqlı sülh və sabitlik anlamına gəlir. “Bu bölgənin öz "şengen zonası" olmaq fürsətləri yarana bilər. Çünki ölkələrin mədəni-tarixi, coğrafi bağlılıqları var. Türkiyə və Azərbaycan bu ideyanın gerçəkləşməsinin əsas həmmüəllifləridir. Rusiya və İran da əməkdaşlıqda maraqlıdır. Sadəcə, Gürcüstanı hansısa formada razı salmaq lazımdır. Əgər Moskva “Gürcü Arzusu” ilə anlaşaraq Abxaziyanın qaytarılmasına şərait yaratsa, tezliklə Tiflisi də 3+3 formatında görə bilərik”, - deyə Q.Hüseynli belə proqnozlaşdırır. Onun fikrincə, Ermənistan da gec-tez bu platformaya gələcək və reallıqları dərk etməkdədir: “Paşinyan Türkiyə və Azərbaycansız iqtisadi açılımın mümkün olmadığını anlayır. Madam ki, bu həqiqəti qəbul edir, deməli, həm 3+3 formatında iştirak etməli, nəqliyyat kommunikasiyalarının blokadadan çıxması və Zəngəzur dəhlizinin açılması üçün addımlar atmalıdırlar. Yerdə qalan ölkələrlə bağlı problem yoxdur. Əksinə, Rusiya və İran kimi sanksiya altında olan qonşularımızın bu platformaya daha çox ehtiyacı var. Çünki sanksiyaların yaxın illərdə aradan qaldırılması gözlənilmir. Hətta Ukrayna böhranı atəşkəslə başa çatsa belə, yenə Rusiyaya iqtisadi təzyiqlərin davamı gələcək".

Q.Hüseynliyə görə, bu formatın bir təşkilat kimi fəaliyyəti də gələcəkdə mümkündür: “Azərbaycan çoxşaxəli iqtisadi əməkdaşlıq siyasəti həyata keçirir. Biz hamı ilə bərabərhüquqlu əməkdaşlıq tərəfdarıyıq. Bu gün müxtəlif platformalarda iştirak edirik və regional layihələrin də genişlənməsini istəyirik. Sadəcə, bu prosesə problem yaradan tərəflər var. Misal üçün, Qərb Ermənistanı Rusiyanın olduğu yerlərdən uzaqlaşmağa çağırır. Hərgah Rusiyasız Ermənistan iqtisadiyyatı məhv olar. Avropa Birliyinin, ABŞ-ın verdiyi qəpik-quruşla Ermənistan saxlamaq olmaz. Baxın, ermənilər ruslara sanksiyalardan yayınmağa kömək edir, ticarət dövriyyəsi 10 milyardı keçir. O baxımdan, Ermənistan, eləcə də Gürcüstan 3+3 formatına gəlməlidir. Bundan özlərini izolyasiya etsələr, itirən tərəf olacaqlar, biz 2+2 formatı da qura bilərik”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü