Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
Tramp Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini tələsdirməyəcək; bu isə İrəvan üçün vaxt qazanmaq deməkdir; Rusiya isə “qarşılıqlı kompromisləri çətin və vaxt aparan proses” kimi qiymətləndirir
Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə erkən seçkilər, ardınca konstitusiya dəyişikliyinə dair referenduma getməyə hazırlaşır. “Hraparak” qəzetinin məlumatında qeyd olunur ki, Bakı və İrəvan sülh müqaviləsinin bütün bəndləri üzrə şifahi razılığa gəlsə də, Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyi olmadan sənədi imzalamaq istəmir.
“Yeni Müsavat” da xatırladır ki, Bakının əsas tələbi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılmasıdır. Bu ərəfədə sülh danışıqlarında əsas moderatorluğa iddialı ABŞ və Rusiyanın mövqeləri də maraq doğurur. Belə ki, ABŞ-da Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun İrəvana əvvəlki dəstəyi verməyəcəyi barədə proqnozlar var. Beynəlxalq müşahidəçilər hesab edirlər ki, hakimiyyətə gələn Respublikaçılar Partiyasının gəlişi ilə Ermənistanla bağlı ABŞ siyasətində də dəyişikliklər müşahidə ediləcək. Məlumdur ki, Demokratlar Partiyasında ermənipərəstlərin sayı daha çoxdur və onların hakimiyyəti zamanı İrəvana münasibət dəstək xarakteri daşıyır. Erməni ekspertlər də o fikirdədir ki, Tramp Bayden administrasiyasının məcbur etməyə çalışdığı Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini tələsdirməyəcək. Bu isə İrəvan üçün vaxt qazanmaq və “Ermənistanın maraqlarına uyğun gəlməyən şərtlərlə saziş imzalamaqdan yayınmaq” imkanı deməkdir.
“Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır”. Bunu isə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “İzvestiya”ya müsahibəsində deyib. “Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün "acı dad" vermədən bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, SSRİ-nin dağılmasından sonrakı hadisələri nəzərə alsaq, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq çətin və vaxt aparan prosesdir. Rəsmi Moskva hər zaman Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun ruhuna uyğun olaraq ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımıza yardım göstərməyə hazırdır. Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidir. Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar baş tutub. Bu, münasibətlərin normallaşdırılması üzrə dialoqa faydalı təkan verməyə imkan verib", - deyə səfir bildirib. Rusiya səfirinin “İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq çətin və vaxt aparan prosesdir” mövqeyi sülh sazişinin uzana biləcəyi ehtimalını artırır.
Ekspertlər iddia edirlər ki, ABŞ prezidentinin yanvarda andiçmə mərasiminədək sülh müqaviləsinin imzalanacağına ümid etmək olmaz. Çünki Trampın rəsmi iş başına keçdikdən sonra regionda, ümumiyyətlə, dünyada nələr baş verəcəyi müəmmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcəyini bildirib. Lakin pafoslu sülh bəyanatları səsləndiyi vaxtda Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb. “Hraparak” məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyindən isə nəşrə hərbi-texniki əməkdaşlıqla bağlı qeyri-rəsmi məlumatlar yaymamaq xahiş edilib.
Elşad Musayev
Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, ötən il də qısa müddətdə sülh müqaviləsi imzalanacağı deyilirdi, amma olmadı: “Mən keçən il demişdim ki, sülh sənədi olmayacaq. Bu il də oxşar proqnozlar səslənir və yenə fikrimdə qalıram ki, saziş imzalanmayacaq. Çünki Ermənistan revanş əhval-ruhiyyəsindədir, sürətlə silahlandırılır, bu halda sülh müqaviləsinin olması real görünmür. Ona görə büdcə müzakirələrimizdə müdafiə, təhlükəsizlik xərclərinə 20.3 faiz yer ayrılır. Bu da yaranmış zərurətdən irəli gəlir və Ermənistanın silahlanması ilə bağlıdır”. E.Musayev dedi ki, Paşinyan özünü sülhpərvər kimi göstərməyə çalışır, lakin Ermənistan öz qanunvericiliyinə düzəliş etmək niyyətində görünmür: “İrəvan ərazi iddialarını konstitusiyasından çıxarmamaq üçün hər cür bəhanə gətirir. Gah sülh sənəsinin daha ali olduğunu bildirirlər, gah konstitusiya məhkəməsinin qərarını gözləmək lazım gəldiyini deyirlər, gah sonraya saxlanmasını, 2026-cı ildə referenduma gediləcəyini söyləyirlər. Bu manevrlərlə Ermənistan vaxt udmağa çalışır. Ona görə də sülh müqaviləsinin tezliklə imzalanacağını gözləmirəm. Ümumiyyətlə, öz müstəqillik aktında və anayasasında Qarabağın Ermənistana birləşdirilməsi ideyasını saxlayan bir dövlət sülh prosesində səmimi ola bilməz. Bu tələblərimizi yerinə yetirsinlər, sonra sülh sənədinə imza ata bilərik”.
Arzuxan Əlizadə
Deputat Arzuxan Əlizadə də qeyd etdi ki, Azərbaycan yekun sülh müqaviləsinin bağlanmasını istəsə belə, tezliklə reallaşacağını gözləmir. Onun fikrincə, Ermənistan konstitutsion müstəvidə ərazi iddialarından imtina etməlidir: “Təbii ki, digər şərtlər də var, amma ilk növbədə ərazi iddialarından vaz keçməlidir. Və bunu sözdə yox, qanunvericilikdə etməlidirlər. Əks halda, sülh müqaviləsi tərəflər arasında imzalana bilməz”. A.Əlizadə açıqladı ki, Trampın Azərbaycana münasibəti yaxşıdır: “Liderlər arasında telefon danışığından sonra erməni cəmiyyətində narahatlıq daha da artıb. Ermənistanda hesab edirlər ki, ABŞ-dan Azərbaycana dəstək artacaq. Ona görə müəyyən gözləntilərimiz var və xatırladım ki, Trampın əvvəlki prezidentliyi dövründə 44 günlük müharibəyə yanaşması loyal olmuşdu. Ümid edirik ki, ikinci pezidentliyi dövründə də sülh prosesinə müsbət təsiri olacaq. Ermənilər də bilməlidirlər ki, ərazi iddiasından əl çəkməsələr, nəqliyyat kommunikasiyalarının açılması üçün addım atmasalar, delimitasiya və demarkasiya prosesində irəliyə doğru gedilməsə, Ermənistanın inkişafı sual altında qalacaq”.
Dünən, 11:37
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
Dünən, 11:33
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
Dünən, 10:23
ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO-nun taleyini həll edir
Dünən, 10:19
Müəllimlərə ŞAD XƏBƏR - Yeni qanun
Dünən, 10:15
BDYPİ-dən gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
16-01-2026, 22:49
Rauf Vəliyev vəzifəsindən azad edildi: yerinə təyinat - SƏRƏNCAM
16-01-2026, 16:00
İranla ticarətdə çətinliklər: qiymət artımı gözlənilirmi?- İqtisadçılardan VACİB açıqlamalar
16-01-2026, 16:00
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər
16-01-2026, 14:22
6 min metr dərinlikdə inqilab: Okeanın dibindən sərvət çıxaracaqlar
16-01-2026, 14:05
İrəvanda türk-rus qarşıdurması
16-01-2026, 13:56
Təhsilini bitirməyənlərin NƏZƏRİNƏ - İmtahan olacaq
16-01-2026, 13:50
Azərbaycanda keçən il sürücülük vəsiqəsi alanların sayı 2 dəfədən çox azalıb
16-01-2026, 11:50
Kremldən Londona - Cavabımız dəhşətli olacaq
16-01-2026, 11:43
Ankaradan İrəvana açıq mesaj: Paşinyanı dəstəkləyirik
16-01-2026, 11:32
"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib
16-01-2026, 10:42
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
16-01-2026, 10:13
Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib
16-01-2026, 10:10
Bu şəxslər metroda əlavə pul ödəyəcək
16-01-2026, 10:04
İran küçələrində qan - Hadisə şahidindən sarsıdıcı açıqlama
16-01-2026, 09:52
Azərbaycan benzini İrəvanda hər şeyi "alt-üst" etdi: benzin və maye qaz bazarı çalxalanır
16-01-2026, 09:44
Qəzza üzrə Sülh Şurası yaradıldı
16-01-2026, 09:30
İran 800 etirazçının edamını ləğv edib - Ağ Evdən AÇIQLAMA
16-01-2026, 09:30
İran 800 etirazçının edamını ləğv edib - Ağ Evdən AÇIQLAMA
16-01-2026, 09:25
Maduronun mühafizəçilərinin tabutları niyə kiçikdir? - Şok iddia
16-01-2026, 09:25
Maduronun mühafizəçilərinin tabutları niyə kiçikdir? - Şok iddia
16-01-2026, 09:22
Bakıya niyə qar yağmadı? – Yanlış olan proqnozun SƏBƏBLƏRİ
16-01-2026, 09:11
“Evlər bu il də bahalaşacaq...” – Ekspert səbəblərdən danışdı
