Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR
Siyaset
Oxunub: 131
10 okt 2024 | 12:54
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR

Yevlax rayonunun Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları qanunsuz olaraq aparan yük maşını tutulub.
Redaksiyamıza Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə bağlı yazı daxil olub. Yazıda idarədə yaşanan qanunazidd əməllərdən: dövlət əmlakının mənimsənilməsindən və idarənin rəisi Teymur Muradxanovun "özfəaliyyəti"ndən bəhs edilir.

Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri də dinləmək istədik. Təəssüf ki bu istiqamətdəki cəhdlərimiz nəticəsia oldu...

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə yazını dərc edirik:

Şahidi olduğumuz hadisə 07 oktyabr 2024-cü il tarixdə saat 11:00 radələrində baş verib. Belə ki, uzun müddətdir ki, istifadə olunmayan və Qarabağ kanalının yaxınlığında qalan böyük diametrli boruları elə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan idarənin əməkdaşları 66-AC-012 dövlət nömrə nişanlı özüboşaldan yük maşınına yığaraq idarəyə yox, naməlum istiqamətə, əslində isə məlum istiqamətə-Tanrıqulular kəndinin ərazisində yerləşən metaltoplama məntəqəsinə (“metllaom”a) aparıblar (Bir hissəsi isə “Xaqan” MMC adlanan fermer təsərrüfatına daşınıb). Ancaq onlar ərazidə xidmət aparan Yevlax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Bu zaman sürücü və onun yanında olan şəxslər polislərə tabe olmaq istəməyiblər və bildiriblər ki, bunlar istismar müddətini başa vurmuş borulardır, özləri də rəhbərliyin tapşırığını icra edirlər. Onların etirazları və ora- bura telefon zəngləri nəticə verməyib. Boru yüklü avtomobil içərisindəki şəxslərlə birgə saat 12:00 radələrində polis şöbəsinə aparılıb.

Araşdırmamız zamanı məlum olub ki, ərazidən çıxarılan xeyli sayda borudan cəmi 3 ədədi idarəyə gətirilib. Bu isə təbii ki, gözdən pərdə asmaq və iz azdırmaq məqsədi daşıyıb. Bütün bu hadisələrin fonunda gün kimi aydın olan bir məqam ortaya çıxıb. Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Teymur Muradxanovun xəbəri olmadan heç bir işçi belə addım ata bilməz. Deməli, cənab Muradxanov gənc kadr olsa da, qaz vurub, qazan doldurmaqda heç də digər bürokrtalardan geri qalmaq istəmir. Bütün texnikalarda CPRS-in olduğunu nəzərə alsaq,müvafiq qurumlar bu qanun pozuntsunun araşıdırılmasında maraqlı olsa, hansı maşının hansı fermalara, hansı “metallom”a getdiyini asanlıqla müəyyənləşdirmək olar.

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin yeni rəisi Teymur Muradxanov barəsində kiçik araşdımamız isə ortaya bir neçə diqqətçəkən məqam çıxardı. Bəlli oldu ki, gənc rəis vəzifəyə keçər-keçməz şəxsi avtomobilini yeniləyib və özünə son model-2024-cü ilin buraxılışı olan bahalı “Toyota-Gamry” markalı maşın alıb. Hətta dövlət nömrə nişanını da adına öz adının baş hərflərinə uyğunlaşdırıb-99-TE-200.
Hələ bu azmış kimi yeni rəis Teymur Muradxanovun həyat yoldaşının dayısı Raufu ixtisas uyğunluğu olmadığı halda baş mühəndis təyin edib. Xoşları gələn, adamı olan işçiləri saxlayır, onların “tələbləri”nə cavab verməyən xeyli sayda əməkdaşı isə işdən çıxarırlar. İdarənin otaqlarının qapılarına isə yalnız içəridən açılan kilidlər qoyublar. Əcaba niyəəə??? Məsələ burasındadır ki, bu şəxs atdığı bütün addımların (qanuni və qanunsuz) hamısını Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun adı ilə edir. Görəsən, Zaur Mikayılovun bunlardan xəbəri varmı?
Maraqlıdır ki, Teymur Muradxanov ətrafına deyib ki, mənim ən böyük dəstəkçim “Meliorasiya və Su Təsərrüfati” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin bacı oğlu, Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun müavini, peşəkar su təsərrüfatı mütəxəssisi Elçin Məmmədovdur.

Teymur Muradxanovun dostu, sabiq iş yoldaşı, hazırda Qarabağ Suvarma Kanalının İstismarı İdarəsinin rəisi Ariz Mikayılovun “fəaliyyəti” isə başqa bir araşdırma mövzusudur. Rəhbərlik etdiyi idarənin fəaliyyətini əmisi Asif Mikayılovun öndəriliyi və göstərişləri yönləndirir. Qeyd edək ki, Asif Mikayılov Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Elçin Məmmədovun kirvəsidir.

Bu baradə növbəti araşdırmamızda...

Yenixeber.org

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü