“3+3” formatı ABŞ və Qərbin planlarını pozur: Qafqaza kobud kənar müdaxilə bloklanacaq
Siyaset
Oxunub: 218
17 okt 2024 | 09:16
“3+3” formatı ABŞ və Qərbin planlarını pozur: Qafqaza kobud kənar müdaxilə bloklanacaq


Böyük ehtimalla Gürcüstan üçün taleyüklü xarakter daşıyan növbəti parlament seçkiləri ərəfəsində rəsmi Tiflis “3+3” regional platformasının toplantısına qatılmaqla, ABŞ və Qərbi daha da qəzəbləndirə biləcəyindən çəkinir... Ancaq seçkidən sonra ABŞ və Qərbin Gürcüstana təzyiqləri davam edərsə, Rusiya isə separatçıların arxasından çəkilərsə, rəsmi Tiflisin bu formata qatılması qaçılmaz olacaq və region ölkələri ümumi problemləri ortaq maraqlar çərçivəsində həll etmək şansı qazanacaq...

Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi hazırda bu regiona daxil olan ölkələrin qarşısında əsas geopolitik prioritet olaraq, dayanmaqdadır. İndi üç Cənubi Qafqaz dövləti – Azərbaycan, Gürcüstan və Ermənistan yalnız ortaq fəaliyyət sayəsində bu regionda təhlükəsizlik probleminin öhdəsindən birlikdə gələ bilərlər. Halbuki, hələlik region ölkələri arasında belə ortaqlıq qətiyyən müşahidə edilmir. Və bu baxımdan, Cənubi Qafqaz üçün təhlükəli geopolitik çağırışların ön planda olması qətiyyən gözlənilməz xarakter daşımır.

Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqaz üçün ən böyük təhlükə məhz bu regiona aidiyyatı olmayan kənar güclərdən gözlənilir. Xüsusilə də, ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqaz üçün real təhlükə mənbəyinə çevrilməyə başlayıb. Çünki ABŞ və Qərbin Cənubi Qafqazda uzaqgedən planları mövcuddur. Və bu təhlükəli planların reallaşdırılması regionda hərbi-siyasi gərginliyin mövcud olmasını tələb edir.

Bu səbəbdən də, ABŞ, Avropa Birliyi və Fransa regional hərbi-siyasi qarşıdurmanı silahlı toqquşma həddinə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. ABŞ və Qərb öz məkrli geopolitik planlarını reallaşdırmaq məqsədilə üç Cənubi Qafqaz ölkəsindən birini – Ermənistanı regional alətə çevirib. Qərbin siyasi müstəmləkəsi funksiyalarını yerinə yetirən Ermənistan ABŞ, Avropa Birliyi və Fransadan verilən bütün pozucu təlimatları dərhal yerinə yetirməyə çalışır. Və nəticədə bu regionda sabitliyin qorunması cəhdləri böyük risk altına atılır.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqaza aidiyyatı olmayan güclər, xüsuilə də, ABŞ, Avropa Birliyi və Fransa regional proseslərə kobud müdaxilə edir. Nəticədə regional sülh prosesinin gələcək taleyi hələ də böyük suallar doğurur, yeni savaş təhlükəsi öz aktuallığını qoruyub, saxlamaqda davam edir. Və bu baxımdan, Cənubi Qafqazın regiondan kənar güclərin kobud, həm də pozucu müdaxiləsindən qorunması hazırda olduqca vacibdir.

Əslində, Azərbaycan bu problemin həllini ikinci Qarabağ savaşının yekunlaşmasından dərhal sonra gündəmə gətirib. Rəsmi Bakı Cənubi Qafqaza aid olmayan kənar güclərin regional proseslərə müdaxilə imkanlarının bloklanmasının vacibliyini vurğulayıb. Üstəlik, Azərbaycan buna münbit şərait yarada biləcək önəmli regional tərəfdaşlıq variantını təklif edib. Və rəsmi Bakının gündəmə gətirdiyi “3+3” əməkdaşlıq platforması hazırda bütün region ölkələrinin milli maraqlarına tamamilə cavab verir.

Belə ki, rəsmi Bakı Cənubi Qafqazın mövcud problemlərinin birmənalı şəkildə üç region ölkəsinin (Azərbaycan, Gürcüstan və Ermənistan) və bu bölgə ətrafında yerləşən dövlətlərin (Türkiyə, Rusiya və İran) iştirakı ilə həll olunmasını vacib hesab edir. Türkiyə Azərbaycanın bu təklifini dərhal dəstəkləyib. Ardıncasa, Rusiya və İran da “3+3” formatında yeni Cənubi Qafqaz müzakirə platformasının qurulmasının vacibliyini qəbul edib. Və bu baxımdan, belə bir önəmli platformanın Qərbin Cənubi Qafqaza kobud müdaxiləsini bloklaya biləcəyinə hər halda, müəyyən ümidlər mövcuddur.

Ancaq onu da nəzərə almaq lazımdır ki, oktyabrın 18-də Türkiyədə artıq üçüncü toplantısı keçiriləcək “3+3” regional formatının qarşısında da müəyyən problemlər olmamış deyil. Belə ki, Ermənistan məhz ABŞ və Qərbin təlimatları ilə idarə olunur. Ona görə də Ermənistanın bu regional müzakirə platformada iştirakı da hazırda müəyyən mənada, formal xarakter daşıyır. Və Paşinyan hakimiyyətinin Qərbin maraqlarına cavab verməyən hər hansı regional qərara qoşulmağa cəsarət edəcəyinə inanmaq sadəlövhlük olardı.

Digər tərəfdən, Gürcüstanın da “3+3” formatından məsafə saxlamağa çalışması bu regional platformanın qarşısında ciddi problem olaraq, qalmaqdadır. Belə ki, rəsmi Tiflis Gürcüstan ərazisindəki separatçı qurumların – Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyinin” Rusiya tərəfindən tanındığını əsas gətirərək, bu formatda iştirakdan imtina edir. Və bundan əvvəlki iki toplantıda rəsmi Tiflis Rusiyanın öz mövqeyindən imtina etməsinə qədər bu regional platformaya qatılmayacağını vurğulamışdı.

Əslində, son günlər rəsmi Tiflisin “3+3” platformasının İstanbul toplantısına bu dəfə qatıla biləcəyinə müəyyən ümidlər olmamış deyildi. Çünki son vaxtlar Gürcüstan Cənubi Qafqazda məkrli pozuculuq fəaliyyəti göstərən ABŞ, Avropa Birliyi və Fransanın sərt təzyiqlərinə məruz qalmaqdaydı. Hətta Qərb siyasi dairələri Gürcüstanın Avropa Birliyi və NATO-ya inteqrasiya prosesini də dayandırıblar. Və bu baxımdan, rəsmi Tiflisin bu dəfə fərqli mövqe nümayiş etdirmə ehtimalı istisna olunçurdu.

Eyni zamanda, Kreml də Cənubi Osetiya və Abxaziya separatçılarına münasibətdə mövqeyinə yenidən baxa biləcəyinin mesajını vermişdi. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi üçün Abxaziya və Cənubi Osetiyanın rəsmi Tiflisin siyasi dialoquna vasitəçilik təklif etmişdi. Və bu, Rusiyanın hər iki separatçı quruma ənənəvi dəstəyini geri çəkə biləcəyinin əlaməti hesab olunurdu.

Ancaq bütün bunlara baxmayaraq, rəsmi Tiflis öz əvvəlki mövqeyini qorumağa daha çox üstünlük verdi və “3+3” platformasının toplantısına qatılmayacağını bəyan etdi. Böyük ehtimalla oktyabrın 26-da keçiriləcək və Gürcüstan üçün böyük önəm daşıyan parlament seçkiləri ərəfəsində rəsmi Tiflis bu toplantıya qatılmaqla, ABŞ və Qərbi daha da qəzəbləndirə biləcəyindən çəkindi. Yəni, rəsmi Tiflis seçki ərəfəsində öz mövqeyində sabit qalmağa məcbur oldu. Və bu baxımdan, seçkilərdən sonra Qərbin Gürcüstana təzyiqləri yenə də davam edərsə, eləcə də, Rusiya separatçıların arxasından tamamilə çəkilərsə, rəsmi Tiflisin “3+3” formatına qatılması reallaşa bilər.

Belə anlaşılır ki, yaxın gələcəkdə “3+3” formatının daha pozitiv regional platformaya çevrilmə ehtimalı hər halda, olmamış deyil. Əgər, bu, baş verərsə, onda ABŞ və Qərbin Cənubi Qafqaza kobud müdaxiləsinin bloklanması daha ümidverici prosesə çevrilə bilər. Və bu halda, Cənubi Qafqaz ölkələri bu regionun ümumi problemlərini kənar müdaxilə olmadan, ortaq maraqlar çərçivəsində həll etmək şansı qazanmış olarlar.(Yeni Müsavat)
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü