Cəbrayıl rayonunun infrastrukturu
Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Bu müharibədə Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarını azad etdi, ölkəmizin suveren ərazi bütövlüyü bərpa olundu.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.
Cəbrayıl rayonu işğaldan azad edildikdən sonra ölkə başçısı cənab İlham Əliyev Cəbrayıl rayonuna səfərlər edərək rayonun inkişafı ilə bağlı təməlqoyma mərasimlərində, yeni tikilmiş obyektlərin açılışında iştirak etmiş və ermənilərin işğal etmiş Azərbaycanın tarixi torpağlarında törətdiyi terrordan, işğal olunmuş ərazilərdə tarixi və mədəni abidələrimizə vurduğu ziyandan danışmışdır.
Cənab Prezident İlham Əliyev 16 noyabr 2020-ci ildə Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılmasında, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirmişdir.
14 fevral 2021-ci ildə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq olmuş, 26 aprel 2021-ci il tarixində Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirmiş və Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüşmüşdür.
04-05 oktyabr 2021-ci il tarixində “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etmiş və Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
20 oktyabr 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma və ağac əkmə mərasimində birgə iştirak etmiş və mətbuat konfransında çıxış etmişdir.
05 may 2023-cü ildə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoymuşmuşdur.
28 sentyabr 2023-cü ildə inzibati binanın təməlqoyma mərasimi və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işlərlə tanış olmuş, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir.
18 may 2024-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin təməlqoyma mərasimində iştirak etmişdir.
19 may 2024-cü ildə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışında iştirak etmişdir.
Bu gün “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb.
Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Baş plana əsasən Böyük Mərcanlı kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.
Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub. 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur. Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.
Cəbrayıl rayonunun Sarıcallı kəndi şimaldan yeni salınan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, şimal-şərqdən Şükürbəyli kəndi, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti, cənub-qərbdən və qərbdən Soltanlı kəndi ilə əhatə olunub. Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur. Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.
Cəbrayıl rayonunun Maşanlı kəndinin 2040-cı ilədək layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Baş plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50 hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev tikiləcək;
44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

Dünən, 12:06
Dərslər bu tarixdə başlayacaq: dəyişiklik olundu
Dünən, 11:36
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
Dünən, 11:00
Yunan əsgərlərindən Türkiyəyə qarşı TƏXRİBAT: Ankara HƏRƏKƏTƏ KEÇDİ
Dünən, 10:41
Qəzza yenə bombalandı, ölənlər var
Dünən, 10:36
Argentina Braziliyanı darmadağın etdi - Video
Dünən, 10:31
Bu gün sonuncu Qədr gecəsidir
Dünən, 10:10
Hakan Fidan və Marko Rubio görüşündə Azərbaycan söhbəti: Tramp administrasiyası Türkiyədən nə istədiyini açıqladı
Dünən, 09:57
Fələstin rəhbərliyi HƏMAS-ı Qəzzadan çəkilməyə ÇAĞIRDI
Dünən, 09:46
İrəvanın mərkəzindən "yerazlara salam": Türk gəncin yeni videosu Ermənistanı dəli etdi
Dünən, 09:40
Paşinyan Fidanı qabaqlamaq istədi – Türkiyə-Ermənistan sərhədi açıq qalacaqmı?
Dünən, 09:35
CHP İmamoğlunun yerinə onu GƏTİRİR
Dünən, 09:28
“Karyeramda bu qədər uduzmamışdım” - Fernandu Santuş
Dünən, 09:23
Almaniya hökuməti rəsmən istefa verdi
Dünən, 09:17
“Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
Dünən, 09:00
Ərdoğan: Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik
25-03-2025, 14:16
Vaşinqton-Moskva danışıqları ilə bağlı ilk açıqlama: Çətin, amma faydalı
25-03-2025, 12:02
Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…
25-03-2025, 11:22
Azərbaycan Belarusa qarşı
25-03-2025, 11:16
İlham Əliyevi təbrik etdilər
25-03-2025, 11:02
XİN Yunanıstanı Milli Günü münasibətilə təbrik edib
25-03-2025, 10:29
İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı yaralandı
25-03-2025, 10:21
Moskva məhkəməsindən təyyarə qəzası ilə bağlı - Qərar
25-03-2025, 10:08
İrandan İmamoğlunun həbsinə rəsmi reaksiya
25-03-2025, 09:55
ABŞ və Rusiya bəyanatla ÇIXIŞ EDƏCƏK - YENİ GƏLİŞMƏ
25-03-2025, 09:33
Ukrayna bu ərazini də ƏLƏ KEÇİRDİ
25-03-2025, 09:24
İdmançının ölümündə şübhəli idi, şikayət olunmadı, qətlə yetirildi - Azərbaycanda
25-03-2025, 09:00
Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik