Amerikalı səfirin “907-ci düzəliş”ə məntiqsiz “izahı” - Görünəni odur ki...
Siyaset
Oxunub: 231
27 avq 2024 | 15:30
Amerikalı səfirin “907-ci düzəliş”ə məntiqsiz “izahı” - Görünəni odur ki...


“Amerika qoşunlarının Ermənistana gətirilməsi ilə bağlı Caliber.az-ın xəbəri cəfəngiyyatdır. ABŞ-ın İrəvandakı səfirliyi artıq bu məsələ ilə bağlı bəyanat verib”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi İctimai TV-yə müsahibəsində deyib. “Təəssüf ki, bəziləri, o cümlədən Caliber var ki, ancaq təxmin edə biləcəyim məqsədlər üçün alovu yandırmağa, Ermənistanla Azərbaycan arasında çətinliklər yaratmağa çalışırlar”, - deyə diplomat qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlığı üç ümumi məqsədə - bu ölkələrin suveren, demokratik olmasına və xarici təsirlərdən asılı olmamasına xidmət edir. “Mənə tamamilə aydındır ki, hazırda Azərbaycan və Ermənistan arasında ən böyük problem etimadsızlıqdır”, - deyə Libbi qeyd edib, baxmayaraq ki, hər iki ölkənin liderləri sülhə çox yaxın olduqlarını bəyan edib və bu, nikbinlik yaradır.

Libbi “Ermənistan Konstitusiyasının müddəalarının sülh sazişinə mane olub-olmaması” sualına cavab verərkən bunu dəyərləndirməyib. Onun sözlərinə görə, tərəflər özləri həll yolu tapmalıdırlar. ABŞ Konqresinin Azərbaycanla bağlı mənfi qiymətləndirilməsi ilə bağlı sualı cavablandıran səfir açıq şəkildə bildirib ki, Amerika demokratik ölkədir, konqresmenlərin bütün məsələlərdə öz fikirləri var və administrasiya onlara diktə edə bilməz. Bütövlükdə ABŞ-ın maraqlarına gəlincə, sülh sazişi lazımdır, korrupsiya olmamalıdır, qanunun aliliyi və müqavilələrin təminatları olmalıdır. “Əsrin müqaviləsinin bağlanması zamanı olduğu kimi, Azərbaycan xarici sərmayələri cəlb etmək istəyirsə, bu barədə düşünməlidir”, - səfir qeyd edib.

O, həmçinin qarşıdan gələn COP29 konfransının böyük əhəmiyyətini və Azərbaycanda yaşıl enerjinin yaradılması perspektivlərini qeyd edib. Səfir ABŞ-ın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirakına da toxunub və qeyd edib ki, son illər Amerika bu məqsədlər üçün külli miqdarda vəsait xərcləyib. “907 saylı düzəliş”in ikitərəfli münasibətlərdə ən böyük problem olduğu iddiasına isə səfir belə deyib: “Ən böyük problem insan haqları problemidir - jurnalistlərin, QHT-lərin və vətəndaş cəmiyyətinin həbsidir. Siz 907-ni ikitərəfli münasibətlərdə ən böyük problem kimi göstərə bilərsiniz, mən güman edərdim ki, bu, insan haqlarıdır”.

Amerikalı elçi həqiqətən məntiqsiz arqument gətirib. Bakı ABŞ-ın Azərbaycana hərbi yardımlarını qadağan edən bədnam “907-ci düzəliş”in ləğvindən, ölkəmizə 1992-ci ildən tətbiq edilmiş sanksiyadan danışır, jurnalist bu yöndə sual verir, Libbi isə məsələni ölkədə insan hüquqları, vətəndaş azadlıqları ilə müqayisə edərək ikincini ön plana çıxarır. Hərçənd bu sanksiya heç də insan haqları ilə bağlı tətbiq edilməyib. ABŞ Azərbaycan torpaqlarının işğalı prosesi getdiyi vaxtda Ermənistana yox, bizə hərbi yardımları qadağan edib və bunun insan haqlarının vəziyyəti ilə əlaqəsi yox idi. İkincisi, ABŞ insan haqlarının öz ölkəsində də ciddi problemlər olduğunu niyə unudur? Afroamerikalıların sıxışdırılması, işgəncə ilə öldürülməsi, hər halda, Azərbaycanda olmayıb. Ancaq Libbi “907-ci düzəliş”i Bakı-Vaşinqton arasında əsas problem kimi görmür...

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, “907-ci düzəliş” 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən qərardır: “Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmişdi, Baydenin də az rolu olmamışdı. Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq daha sonra naməlum səbəblərə görə qeri qaytarılmışdı. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Veyn Ovens tərəfindən Konqresdə irəli sürüldü. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxmışdı, buna baxmayaraq, düzəliş Konqres tərəfindən qəbul edildi. 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi. Amma indiyə qədər “907-ci akt” ləğv edilmir".

Q.Hüseynlinin fikrincə, ABŞ səfiri uğursuz müqayisə aparıb: “Azərbaycan işğal faktına son qoydu, həmsədr ölkələrdən biri olan Amerika da təsdiqləyir ki, Qarabağ azad olunub, Azərbaycanın suveren ərazisidir. Ancaq qərar dəyişmir. Çünki ermənipərəst Baydenin canfəşanlığı ilə qəbul olunan bu düzəliş indi onun sayılı günləri qalan prezidentliyi dövründə çətin ki, ləğv edilsin. Libbi də həmin qərarın həmmüəllifi Baydenin göndərdiyi səfirdir, ondan başqa nə gözləmək olardı? Ancaq səfir etiraf etməlidir ki, bu sanksiya Azərbaycanda insan hüquqlarının vəziyyətinə görə qəbul olunmayıb. Hətta ölkədə insan haqları ilə bağlı problemlər mövcuddursa, bunu "907-ci düzəliş"dən daha önəmli kimi təqdim etmək səfirin diplomatik manipulyasiyasıdır. ABŞ-la Azərbaycan o qərarın ləğvini müzakirə etməlidirlər, insan hüquqları, həbslər mövzusunda tövsiyə xarakterli danışıqlar ola bilər, başqa heç nə. Sadəcə, səfir məlum düzəlişin əhəmiyyətini kiçiltməyə çalışıb".
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü