Zəngəzur dəhlizi düyünü çözülür
Siyaset
Oxunub: 231
5 avq 2024 | 09:30
Zəngəzur dəhlizi düyünü çözülür


Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında müşahidə edilən dinamika yenidən diqqəti iki ölkə arasında kommunikasiya əlaqələrinin bərpasına yönəldib. Beynəlxalq aləmdə yaşanan kataklizmlərin dünya ticarət yollarını ciddi şəkildə təhdid etməsinin fonunda Zəngəzur dəhlizinin əhəmiyyəti getdikcə artmaqdadır. Bu dəhlizin açılması bir-biriləri ilə ciddi fikir ayrılıqlarına baxmayaraq, hazırda əks qütbdə qərarlaşan güc mərkəzlərinin də maraqlarına cavab verir. Bu məsələdə İrəvan və Bakının baxışları fərqli olsa da, ümumi məqsədin hər kəsin xeyrinə olacağı şəksizdir. Lakin ümumi məqsədə aparan yolların uzlaşdırılması ciddi fikir ayrılıqları ilə müşahidə olunur. Təbii ki, bu amil bölgədə maraqlı olan qüvvələrin geosiyasi planlarının toqquşması fonunda vəziyyəti daha da qəlizləşdirir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Bakının dəqiq və aydın mövqeyi

Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyi aydın və dəqiqdir. Azərbaycan dəfələrlə bu məsələ ilə bağlı gözləntilərini ən ali səviyyədə açıqlayıb. Əgər İrəvan kommunikasiyaların bərpasını istəyirsə, o zaman Naxçıvan Muxtar Respublikası ilə dəmiryolu və avtomobil yolunun bərpasına Azərbaycanın müəyyənləşdirdiyi ən qısa məsafədə razılaşmalıdır. Bu yola nəzarət isə təhlükəsizlik baxımından üçüncü tərəfə həvalə edilməlidir. Ermənistan bunu "suveren hüquqlarının pozulması" kimi təqdim etməyə çalışsa da, dünyada Azərbaycanın təklif etdiyi modelin analoqları artıq uzun illərdir ki, uğurla fəaliyyət göstərir.

Maraqların toqquşduğu məqam

Böyük güclərin maraqlarının toqquşduğu əsas məqam da Zəngəzur dəhlizinin Ermənistan üzərindən keçəcək hissəsinə nəzarətin kimin əlində olacağı ilə bağlıdır.

Təbii ki, əvvəlki planda dəhlizə nəzarətin Rusiyanın müvafiq qurumlarının əlində olacağı razılaşdırılmışdı. Lakin Ukrayna ilə müharibənin başlaması Qərbin Cənubi Qafqazda da Moskvanın mövqelərini zəiflətmək planlarını işə saldı. Nəticədə Ermənistan kuratorlarının tapşırığına əsasən, bu razılaşmaları gözardı edərək hər zaman olduğu kimi yenidən ikili oyun quraraq prosesi dalana dirədi. İndi isə ikitərəfli danışıqlarda əldə edilən irəliləyişlər fonunda biz Qərb diplomatlarının yenidən Zəngəzur dəhlizinə dair açıqlamalarını müşahidə etməkdəyik.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Brayn Senatın Xarici əlaqələr komitəsində çıxışı zamanı bildirib ki, Vaşinqton Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın apardıqları sülh prosesini güclü şəkildə dəstəkləyir. O bildirib ki, tərəflərin sülh istəyi sülh sazişi ilə nəticələnə bilər. "Bu, niyə vacibdir? Xəritəyə baxanda görürük ki, Mərkəzi Asiya inanılmaz dərəcədə zəngindir, lakin onların qlobal bazara çıxışı yalnız Rusiya və Çin vasitəsilə mümkündür. Əgər biz Azərbaycan və Ermənistandan keçən yolun açılmasına nail olsaq, onların qlobal bazara çıxışı olar, Rusiya və Çindən asılılıqları azalar", - deyə Ceyms O"Brayn əlavə edib.

Göründüyü kimi, Vaşinqtonun marağı Cənubi Qafqaz və Mərkəzi Asiyada ənənəvi rəqibləri Çin və Rusiyaya qarşıdır. Vaşinqton hər vasitə ilə Zəngəzur dəhlizinə nəzarətin bu iki ölkənin əlində olmamasına çalışır.

İranın "qırmızı xətti"

Vaxtilə prosesi dalana dirəyən və Ermənistanı əvvəlki razılaşmalardan imtinaya sövq edən ölkələrdən biri də İrandır. Maraqlıdır ki, bu məsələ ilə bağlı Qərb tərəfindən səsləndirilən bəyanatların fonunda İran da ən yüksək səviyyədə Zəngəzur dəhlizinə qarşı olduğunu bir daha bəyan edib. Belə ki, İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei iyunun 30-da Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, "İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir" deyib. Xameneinin bu fikrini Nikol Paşinyan da dəstəkləyib. Bir daha Ermənistan ərazisindən hansısa dəhlizin yaradılmasına imkan verməyəcəklərini bildirib.

Sülh sazişini tamamlayacaq yekun addım

Bu məsələdə Azərbaycanın ən böyük dəstəkçisinin Türkiyə olduğu şəksizdir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi bəyanat proseslərin dinamik hal aldığı indiki məqamda diqqət çəkir. Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib və bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır. "Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq", - deyə o bildirib.

Göründüyü kimi, okeanın o tayından başlayaraq Pekinə qədər hər kəsin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin düyünü, deyəsən, artıq çözülmək üzrədir. Bu düyünün açılması üçün isə əsas olan Ermənistan rəhbərliyinin siyasi iradə və qətiyyət nümayiş etdirməsidir. Bölgədə sülhə, iqtisadi inkişafa və inteqrasiyaya xidmət edəcək Zəngəzur dəhlizi təşəbbüsü maraqların toqquşduğu yox, uzlaşdığı və hər kəsin faydalana biləcəyi bir layihədir.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü