Erməni nazir Bakıya gəlir: Sülh mətni 90 faiz razılaşdırıldı – Kritik gəlişmə
Siyaset
Oxunub: 347
23 iy 2024 | 16:00
Erməni nazir Bakıya gəlir: Sülh mətni 90 faiz razılaşdırıldı – Kritik gəlişmə


Politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Londonda görüşdən imtinanın Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlara təsiri olacaqmı? Bir çox mülahizələrdə bu kimi davranışların sülh prosesini sıfırlayacağı ehtimal edilir...

- Əslində Ermənistan baş naziri Nikol Paşinyan sülhdə maraqlı olsa idi, o, Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməməli idi. Daha sonra erməni tərəfi yalan xəbər yaydı ki, guya Azərbaycan bu görüşdən imtina edib. Bu sözsüz ki, erməni tərəfinin növbəti böhtanı, təxribatı idi. Paşinyan və onun ətrafını bu görüşdən imtina və narazı salan amillər isə fərqlidir. Baş tutacaq bu görüşdə ev sahibi kimi Böyük Britaniyanın baş naziri də iştirak etməli idi. Bu isə diplomatik bir ənənədir. Görüşü təşkil edən ev yiyəsi tərəflərlə şəkil şəkdirir, qısa bir nitq söyləyir, daha sonra isə oradan ayrılır. Fevral ayında da məhz bu cür olmuşdu. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşdə də eyni ssenari ilə hərəkət edilmişdi. O vaxt Almaniya kansleri Olaf Şolz Azərbaycan və Ermənistan liderləri ilə bir araya gəldikdən sonra şəkil çəkdirib çıxıb getmişdi. Bundan sonra iki ölkə liderləri öz aralarında müzakirələrini aparmışdılar.

- Ermənistanın Böyük Britaniyanın vasitəçiliyinə qısqanc yanaşması nə ilə bağlıdır?

- Böyük Britaniyadan erməni tərəfi ona görə şübhələnir ki, guya London Bakının tərəfdaşıdır. İddia edirlər ki, bunu erməni ictimaiyyəti düzgün qəbul etməz. Amma qəribəsi odur ki, son bir ildə İrəvan özü də Londonla yaxınlaşmağa başlayıb. Qarşılıqlı səfərlər bunu təsdiq edir.

- Sözsüz ki, bu amillər yeganə bəhanə deyildi...

- Fakt odur ki, Paşinyan Prezident İlham Əliyevin tələblərini müzakirə etməkdən yayındı. Bakının bu məsələdə iki konkret tələbi var. Ermənistan konstitusiyasında Azərbaycan ərazisinə iddia edilən bəndlər çıxarılmalıdır. Eyni zamanda ATƏT-in Minsk Qrupundan imtina olunmalıdır. Ermənistanın baş naziri isə bu məsələləri müzakirə etməkdən qorxur, çəkinir. Ona görə də, görüşlərdən yayınmağa çalışır.

- Qarşı tərəfin Bakının bu iki tələbini yerinə yetirməməsi fonunda hansı mənzərə yarana bilər?

- Nə olur-olsun Bakının bu iki tələbi yerinə yetirilməlidir. Bu iki tələb yerinə yetirilmədən sülh sazişinin imzalanması mümkün deyil. Prezident İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumunda da qeyd etdi ki, sülh sazişinin mətninin artıq 90 faizi razılaşdırılıb. Ola bilsin ki, Azərbaycanın əsas iki tələbi yerdə qalan 10 faizin içərisindədir. Ona görə də, sülhə doğru bircə addım qalıb. Bircə addım da atılsa sülh və yaxud çərçivə sazişi imzalana bilər.

- Prosesin yubanması tərəflər üçün nə vəd edir?

- Paşinyan prosesi yubatsa da gec-tez bunu etmək məcburiyyətindədir. Əgər o sülh və əməkdaşlıq istəyirsə, bunu etməlidir. Azərbaycan isə öz mövqeyini Londona, Berlinə, Vaşinqtona çatdırıb. Heç kəs bunun əleyhinə çıxış etmir. Sadəcə olaraq Paşinyan vaxt istəyir. Təbbi ki, o parlament seçkilərindən sonra konstitusiya dəyişikliyinə gedəcəyini iddia edir. Amma onun şifahi vədinə inanmaq olmaz. Onun 10 noyabr 2020-ci ildə imza atdığı bəyanatı icra etməyən şəxs kimi şifahi vədini heç kəs ciddi qəbul etməyəcək.

- Sülh danışıqlarının pozulması necə nəticələnəcək? Demək ki, sülh yoxdursa, müharibə riski qalır...

- Tərəflər arasında yenidən müharibənin olması ehtimalı azdır. Azərbaycan özünə qarşı təxribat olmasa, heç bir addım atmayacaq. Bakı öz hədəflərinə çatıb. Ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyimiz təmin edilib. Sərhəddə strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır. Azərbaycana bundan artığı lazım deyil. Əgər Ermənistan ordusunda hakimiyyətin belə nəzarət edə bilmədiyi “5-ci kolon”un təsmilçiləri Azərbaycana qarşı atəş atacaqsa, bunun cavabı veriləcək. Bu ardıcıl şəkil alarsa, lokal toqquşmaların olması da istisna edilmir.

- Azərbaycan tərəfindən Ermənistan noyabrda keçiriləcək COP29 beynəlxalq tədbirə dəvət edilib. Bakının bu jestini necə dəyərləndirirsiniz?

- Bu, rəsmi Bakı tərəfindən atılan müsbət bir addımıdır. Çünki iqlim dəyişikliyi qlobal problemdir. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasa, tərəflər arasında dərin fikir ayrılığı olsa da iqlim dəyişikliyi ümumbəşəri mövzu olduğuna görə, Ermənistan bu məsələləri müzakirə etməyə gəlməlidir. Çünki bu ölkənin ekoloji siyasəti ilə bağlı Bakının ciddi sualları var. Ermənistandakı atom elektirk stansiyası faktiki olaraq ətraf mühiti çirkləndirir. Bunun Azərbaycan və Türkiyəyə də mənfi təsirləri var. Ona görə də, Ermənistana tərəfi COP29-da iştirak etməlidir. Paşinyanın Bakıya gəlib-gəlməməsi onun qərarıdır. Amma məntiqləri çatırsa, hansısa bir nümayəndə heyəti göndərəcəkləri ehtimal edilir. Ola bilsin Ermənistanın xarici işlər naziri Azərbaycana gəlsin.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü