Qərb Qafqazda “hibrid müharibə”yə başlayıb: Gürcüstan “qaranlıq ssenarilər”in güdazına gedir
Siyaset
Oxunub: 252
25 in 2024 | 10:21
Qərb Qafqazda “hibrid müharibə”yə başlayıb: Gürcüstan “qaranlıq ssenarilər”in güdazına gedir


ABŞ və Avropa Birliyinin geopolitik maraqları Cənubi Qafqaz ölkələrinin hərbi-siyasi qarşıdurmalara çəkilməsini tələb edir... Ona görə də, Qərbin maraqları çərçivəsində davranmaqdan imtina edən Azərbaycan və Gürcüstana qarşı qeyri-rəsmi savaş elan olunub...
ABŞ və Avropa Birliyi Cənubi Qafqazı savaş məkanına çevirməyə çalışır. Hələlik buna tam nail ola bilməsələr də, hər halda, bu regionu qarışdırmaq üçün mümkün olan hər şeyi edirlər. Üstəlik, Qərb siyasi dairələrinin Cənubi Qafqaz dövlətlərinə münasibətdə fərqli ssenariləri mövcuddur. Və son vaxtlar məhz həmin ssenarilər üzərindən hərəkət olunduğu açıq-aşkar müşahidə olunur.

Onu da qeyd edək ki, region dövlətləri sırasında hazırda yalnız Azərbaycan ABŞ və Qərbin “qaranlıq planlar”ına müqavimət göstərmək imkanlarına sahibdir. Belə ki, rəsmi Bakı ABŞ və Avropa Birliyinin Azərbaycana qarşı qərəzli davranışlarına ya əhəmiyyət vermir, ya yeri gəldikcə, çox sərt reaksiya ilə müqavimət göstərir. Və bu baxımdan, Qərb siyasi dairələrinin Azərbaycana təzyiq mexanizmləri qətiyyən effektiv xarakter daşımır.

Ermənistan Cənubi Qafqazda ümumiyyətlə, “zəif bənd” hesab olunur. Belə ki, rəsmi İrəvanın Rusiya və Azərbaycanla münasibətləri həm Ağ Ev, həm də Brüssel tərəfindən istiqamətləndirilir. Bu istiqamətləndirmə isə əsasən, ABŞ və Qərbin geopolitik maraqları çərçivəsində hərbi-siyasi manipulyasiyalardan uzağa getmir. Qərb Ermənistanın Rusiya ilə münasibətlərinin korlanmasında açıq-aşkar maraqlıdır. Ona görə də, rəsmi İrəvanı hər imkanda Rusiyanı ittiham etmək məcburiyyətində buraxır. Və eyni zamanda, Ermənistana Azərbaycanla yekun sülh sazişinin imzalanmasına icazə verilmir.

Müstəqillik prinsiplərini ABŞ və Qərbə təslim etmiş Ermənistandan fərqli olaraq, Gürcüstan Qərb siyasi dairələrinin “qaranlıq ssenarilər”inə mümkün qədər müqavimət göstərməyə cəhd göstərir. Ona görə də, Gürcüstan hazırda ABŞ və Qərbin əsas siyasi hədəfinə çevrilməyə başlayıb. Rəsmi Tiflis davamlı olaraq, Qərbin ittihamları və təzyiqləri ilə üzləşir. Və bu baxımdan, Gürcüstanın Qərblə münasibətləri gərginləşmə istiqamətində inkişaf edir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Tiflisin ABŞ və Avropa Birliyi ilə ziddiyyətləri Gürcüstan parlamentinin qəbul etdiyi “xarici agentlər” barədə yeni qanundan qaynaqlanır. Belə ki, rəsmi Tiflis bu qanunla Gürcüstan ərazisində xarici ölkələrə casusluq fəaliyyətini məhdudlaşdırmaq niyyəti güdür. Xüsusilə də, Qərb ölkələrindən maliyyələşən Qeyri-Hökumət Təşkilatlarının davranışlarının nəzarət altına alınması rəsmi Tiflisin əsas hədəfi hesab olunur. Və bu, Qərbdə olduqca ciddi narahatlıq doğurub.

Məsələ ondadır ki, Gürcüstan ərazisində fəaliyyət göstərən “agentura şəbəkəsi” indi daha çox Qərb siyasi dairələrinin geopolitik maraqlarını təmsil edir. Yəni, Qərb maliyyə qurumlarının dəstəyi ilə fəaliyyət göstərən Gürcüstan QHT-ləri məhz onlardan siyasi təlimatlar alırlar. Və rəsmi Tiflis bu fəaliyyəti Gürcüstan dövlətçiliyi üçün olduqca ciddi təhlükə hesab edir.

Təbii ki, Gürcüstan parlamentinin qəbul etdiyi “xarici agentlər” barədə qanun da elə ABŞ və Avropa Birliyinin nəzarətində olan “casus şəbəkəsi”ni hədəfə alıb. ABŞ və Avropa Birliyi isə Gürcüstanda fəaliyyət göstərən “qrant agenturası”nın sıradan çıxarılmasına imkan vermək istəmir. Və rəsmi Tiflisi Qərbin agentlərinə toxunulmazlıq statusu verilməsinə çağırır.

Maraqlıdır ki, “xarici agentlər” barədə qanun hüquqi qüvvəyə minsə də, ABŞ və Avropa Birliyinin ümidləri hələ tam tükənməyib. Qərb siyasi dairələri rəsmi Tiflisi Gürcüstana sanksiyalar tətbiq olunacağı barədə təhdidlərlə şantaj etməyə çalışırlar. Həm ABŞ, həm də Avropa Birliyi Gürcüstan rəsmilərinə Qərb ölkələrinə səfər qadağası qoymaq niyyətində olduqlarını vurğulayırlar. Və eyni zamanda qarşılıqlı münasibətlərin tamamilə kəsilə biləcəyini qabardırlar.

Digər tərəfdən, Qərb siyasi dairələri “xarici agentlər” barədə qanun ləğv edilməyəcəyi təqdirdə, Gürcüstanın Avropa Birliyinə üzvlüyü məsələsinin mümkün olmayacağı barədə də rəsmi Tiflisə sərt xəbərdarlıq mesajı verirlər. Halbuki, Gürcüstanın Avropa Birliyinə üzv qəbul edilməsinin onsuz da mümkün olmadığını rəsmi Tiflis anlamamış deyil. Çünki Gürcüstan Avropa Birliyinə ümumiyyətlə, lazım deyil. Və Qərb siyasi dairələri Avropa Birliyinə üzvlük mövzusunu sadəcə, Gürcüstanı təzyiq altında asılı vəziyyətdə saxlamaq məqsədilə gündəmdə saxlayırlar.

Məsələ ondadır ki, Gürcüstana, Ukraynaya və Moldovaya Avropa Birliyinə üzvlük onilliklə öncədən vəd olunub. Ancaq indiyə qədər bu istiqamətinə heç bir məsafə qət edilməyib. Çünki ərazisinin bir hissəsi Rusiya tərəfindən işğal olunmuş və iqtisadi inkişaf səviyyəsi Qərb standartlarından çox-çox geri qalan Gürcüstan Avropa Birliyi üçün yalnız “arzuolunmaz yük” rolunu oynaya bilər. Və bu səbəbdən də, rəsmi Tiflis sadəcə, vədlərlə Qərbdən gələcək təlimatların icrasına məcbur buraxılmaq üçün Avropa Birliyi üzvlüyü ilə şantaj olunur.

Eyni yanaşma tərzi Ukrayna və Moldovaya da aiddir. Belə ki, Moldovada ərazi və inkişaf problemləri olan ölkədir. İndiki vəziyyətdə müstəqil Moldova da Avropa Birliyinə qətiyyən lazım deyil. Yəni Moldova yalnız Rumıniyanın tərkibinə daxil olmaqla, Avropa Birliyinin sıralarına yerləşə bilər. Əks halda, bu ölkə həmişə Avropa Birliyinə üzvlük vədləri ilə yaşamağa məhkumdur. Ukrayna isə Qərbə sadəcə, Rusiya və Avropa Birliyi arasında “təhlükəsizlik divarı” rolunu oynamaq üçün lazımdır. Və bu ölkə üçün də Avropa Birliyinin qapıları həmişə qapalı qalacaq.

Göründüyü kimi, ABŞ və Avropa Birliyi yalnız öz geopolitik maraqlarını düşünür. İndiki vəziyyətdəsə, həmin geopolitik maraqlar Cənubi Qafqaz ölkələrinin hərbi-siyasi qarşıdurmalara çəkilməsini tələb edir. Ona görə də, ABŞ və Avropa Birliyi Qərbin maraqları çərçivəsində davranmaqdan imtina edən Azərbaycan və Gürcüstana qarşı qeyri-rəsmi savaş açıb. Və bu baxından, Qərbin bütövlükdə Cənubi Qafqazda “hibrid müharibə” apardığını da düşünmək olar.(Yeni Müsavat)
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü