MDB ölkələrinin nümayəndələri Naxçıvanda toplandı
Siyaset
Oxunub: 1 673
16 sen 2014 | 17:32
MDB ölkələrinin nümayəndələri Naxçıvanda toplandıMDB-nin Sənayedə Təhlükəsizlik Şurasına sədrlik Belarusdan Azərbaycana keçib

Bu gün Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası öz işinə başlayıb.
ANS PRESS-in FHN-in saytına istinadən məlumatına görə, tədbir iştirakçıları olan Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova və Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək buradakı çoxsaylı eksponatlarla, ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş qiymətli rəsm əsərləri, stendlərlə tanış olublar.
Duzdağ hotelində öz işinə başlayan MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclasını giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamil Abdullayev qonaqları salamladıqdan sonra Naxçıvan Muxtar Respublikasının ərazisi, əhalisi, təbii sərvətləri, muxtariyyətin yaranma tarixi, Naxçıvanın muxtariyyət statusu barədə ətraflı məlumat verib.

Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev ulu öndər Heydər Əliyevin Fövqalədə hadisələrin qarşısının alınması, onun nəticələrinin aradan qaldırılmasından daha asandır kəlamını xatırladaraq bildirib ki, müasir şəraitdə ehtimal olunan texnogen qəzaların peşəkar proqnozlaşdırılması və qarşısının alınması böyük əhəmiyyət kəsb edir. Buna görə də MDB ölkələri arasında bu məsələlərlə bağlı sıx əməkdaşlığın davam etdirilməsi, təcrübə mübadiləsinin aparılması bir sıra məsələlərin həllində mühüm rol oynayacaq.

O.Hacıyev qeyd edib ki, Naxçıvanda keçirilən MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclasının əsas məqsədi üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmaq perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdır.

Tədbirdə Azərbaycanda sənayedə təhlükəsizliyin təmin edilməsi barədə hazırlanmış videoçarx nümayiş olunub.

MDB İcraiyyə Komitəsinin təhlükəsizlik sahəsində əməkdaşlıq, yeni çağırış və təhdidlərə müqavimət departamentinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq şöbəsinin müşaviri Serqey Mixnoveç MDB-nin icraçı katibi Sergey Lebedevin iclas iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.

Sonra MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik Şurasına sədrliyin Belarusdan Azərbaycana keçdiyi elan edilib.

Sentyabrın 16-da baş tutan iclasda tərəflər iştirakçı dövlətlərin qanunvericiliyindəki dəyişikliklərin və son bir ildə bu istiqamətdə göstərilən fəaliyyətin nəticələrini, neft qaz sahəsinin mürəkkəb və təhlükəli istehsalat obyektlərində nəzarət-profilaktika yoxlamaları aparılması təcrübəsi barədə müzakirələr aparıblar.

Həmin gün qonaqlar Naxçıvan şəhərinin tarixi-memarlıq abidələri, Naxçıvan Dövlət Xalça Muzeyi, Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi, Naxçıvanqala Dövlət Tarix-Memarlıq Kompleksi və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası ilə tanış olublar.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü