AZƏRBAYCAN KOMMUNİST PARTİYASI LƏNKƏRAN RAYON KOMİTƏSİNİN BƏYANATI
Siyaset
Oxunub: 1 767
26 apr 2015 | 23:09
AZƏRBAYCAN KOMMUNİST PARTİYASI LƏNKƏRAN RAYON KOMİTƏSİNİN BƏYANATI
AZƏRBAYCAN KOMMUNİST PARTİYASI LƏNKƏRAN RAYON KOMİTƏSİNİN

BƏYANATI

Minillik dövlətçilik tarixi olan, ərazisində Azərbaycan türklərindən başqa, azsaylı xalqların da yaşadığı Azərbaycan Respublikası vaxtaşırı separatçı qüvvələrlə üz-üzə gəlmişdir və belə qüvvələr bu gün də mövcuddur. Belələrindən biri də Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü parçalamaq məqsədilə separatçı qüvvələrin başında duran və buna görə də Azərbaycan Respublikasının vətəndaşlıq aktlarına əsasən vətəndaşlığına xitam verilmiş, ölkədən qovulmuş Əlikram Hümbətovdur ki, öz separatçı siyasətini xaricdə davam etdirir. O öz məkrli niyyətlərini reallaşdırmaq üçün Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş xain siyasət yürütməkdən çəkinmir, hətta düşmən ölkəsi Ermənistanda guya talış xalqının hüquqlarını müdafiə etmək məqsədilə görüşlər də keçirir.
Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkədən qovulan bir şəxsin işğal olunmuş Dağlıq Qarabağa səfər etməsini Azərbaycan sərhədlərinin pozulması kimi qiymətləndiririk. İki separatçı rejimin birləşərək dövlətimizə qarşı yönəlmiş bu addımı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına da xələl gətirə bilər. Talış xalqının yüzlərlə, bəlkə minlərlə oğlu Qarabağda şəhid olmuşdur. Onların müqəddəs ruhu Əlikram Hümbətov kimi vətənsiz xaini heç vaxt bağışlamaz.
Bütün bunlarla kifayətlənməyən bədnam Əlikram Hümbətov özünü həm də "Talış ağsaqqallar Şurasının lideri" elan edib. Tam məsuliyyətlə bildiririk ki, nə Lənkəran rayonunda, nə də ətraf rayonlarda "Talış ağsaqqallar Şurası" adlı qurum yoxdur və belə bir təşkilat tanımırıq.
Düşmənlərin əli ilə 1993-cü ildə qondarma Talış-Muğan respublikasını yaratdığını elan etməklə Azərbaycanın ərazi bütövlüyünü parçalamış avanturist Əlikram Hümbətovun indi də ermənilərin guya türklər tərəfindən soyqırımına məruz qalması və bu yalançı "faciənin" talışlar tərəfindən tanınması cəfəngiyyatı Lənkəran kommunistlərinin böyük hiddətinə səbəb olmuşdur. Vətən xaini olan Ə.Hümbətov özünün bu cür bədnam hərəkətləri ilə nəinki kommunistlərin, bütün cənub bölgəsi əhalisinin nifrətini qazanmışdır.
Ermənilərin köləsi, dönük Əlikram Hümbətovun bu iyrənc əməli qədim tarixə və ənənəyə malik olan talışlara qarşı inamsızlığın, idraksızlığın, mənəviyyatsızlığın, iradəsizliyin, amalsızlığın nəticəsidir. Ortaya qoyduğu çürük mövqe, həm də onun ləyaqətsizliyinin bariz nümunəsidir. Millətinə qarşı daxilində yırtıcılıq, xudpəsəndlik, hərislik, küdurət gəzdirən bu quldurun talışların ünvanına söylədiyi növbəti həqarətini Lənkəranın hər bir kommunisti nifrətlə rədd edir.

RZA CƏFƏROV,
Azərbaycan Kommunist Partiyası Lənkəran
Rayon Komitəsinin birinci katibi

25 aprel 2015-ci il
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib