Robert Sekuta: "ABŞ Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşıdır"
Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın şərəfinə qəbul təşkil edib.ABŞ-ın ölkəmizdəki səfirliyindən APA-ya verilən məlumata görə, R. Sekuta ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu və qonaqları salamlayan ABŞ-Azərbaycan Ticarət Palatası icraçı direktoru Süzan Sadığova diplomatlara iki dövlət arasında qarşılıqlı ticarət və biznes əlaqələrinin genişlənməsi missiyasına göstərdikləri sadiqliyə görə təşəkkür edib.
Sonra söz ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, Konqres üzvü Bill Delahanta verilib.
B. Delahant R. Sekutanın iqtisadiyyat və ticarət sahəsində olan təcrübəsini, habelə onun ABŞ Dövlət Departamentində işlədiyi zaman göstərdiyi səyləri önə çəkib: "Səfir Sekuta dövlətə yaxşı xidmət edən şəxsi təcəssüm edir. Mən ona təşəkkür etmək istəyirəm".
B. Delahant R. Sekutanın ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əminliyini ifadə edib.
Səfir E. Süleymanov isə təşkilatçılara və qonaqlara təşəkkür edərək R. Sekutanın Azərbaycana təyin olunmasından məmnunluğunu dilə gətirib. O, iki dövlət arasında olan münasibətlərin vacibliyini və strateji əhəmiyyət kəsb etdiyini, daha çox insanların bu münasibətlərə nəzər yetirməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində R. Sekuta çıxışı zamanı qeyd edib ki, onun əsas məqsədlərindən biri ABŞ-Azərbaycan münasibətlərinin qüclü və müsbət məcrada inkişafını təmin etməkdir. O, Azərbaycanla ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensialın mövcud olduğunu vurğulayıb. Səfir qonaqlara 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən I dərəcənin verilməsini və nəticədə Nyu-Yorkla Bakı arasında aviareysin açıldığını xatırladıb. R. Sekuta uğurlu əməkdaşlığın davam etməsi üçün iki dövlət arasında Open Skies Agreement (Açıq Səma Sazişi) üzərində danışıqların aparıldığını da söyləyib.
R. Sekuta Birləşmiş Ştatların Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olduğunu qeyd edib: Cənub Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq və belə vacib anda Xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə, habelə regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə, turistləri cəlb edən lider dövlət olmaqda yardım göstərməkdir.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü