Müsavatda sədrlik uğrunda mübarizə istefalara səbəb oldu
Müsavatda sədrlik uğrunda mübarizə istefalara səbəb olduGülağa Aslanlı: "Demokratik şəraitdə keçirilən seçki mübarizəsində uduzmağı da bacarmaq lazımdır"
Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvləri Elməddin Qəmbər, Vidadi Həsənov, Nizami Əliyev, Ehtiram Məmmədov, Asif Yusifov, Rövşən Əliyev, Musa Əsgərov və Rövşən Həsənli partiya sıralarından istefa veriblər. Bu barədə "Report"a partiyanın üzvü, hüquq müdafiəçisi Elşən Həsənov məlumat verib.
O bildirib ki, istefalara səbəb partiyanın Sabunçu təşkilatında sədrliyə keçirilən seçki olub: "Təşkilatdakı hörmətimə, fəaliyyətimə baxmayaraq, partiya rəhbərliyi mənə Sabunçu təşkilatında sədr seçilməyə imkan vermədi. Çünki mən partiya rəhbərliyini tənqid edirəm. Ona görə də keçmiş sədrə tapşırıq veriblər ki, Elşən Həsənov sədr olmasın. Hazırda on nəfərə yaxın üzv Sabunçu təşkilatında baş verənlərə görə partiyadan istefa verib".
E.Həsənov təşkilat sədrliyinə keçirilən seçkilərə partiya rəhbərliyinin müdaxilə etdiyini qeyd edib: Təşkilatda iki dəfə seçki keçirilib, birinci dəfə kvota olmadığına görə seçki baş tutmadı. Onda açıq-aşkar təşkilat departamentinin rəhbəri Zöhrab Məhərrəmli təşkilat üzvlərinə zəng edərək İsa Qəmbər Arif Hacılının adından tapşırıb ki, Elşən Həsənov sədr seçilə bilməz" deyib. Partiya rəhbərliyi seçkiyə müdaxilə edib. Rəqibim pis adam deyil, amma bunun adını kəndlərdə eşitməyiblər".
Hüquq müdafiəçisi əlavə edib ki, ona həm də başqanlığa sabiq namizəd Tural Abbaslını dəstəklədiyinə görə əngəllər yaradılır: "Tural Abbaslı ilə dostam. Hesab edirəm ki, o, partiyada vicdanlı müsavatçılardandır. Onu dəstəklədiyimə görə mənə düşmən mövqeyi tutdular. Hamısı Arif Hacılının tapşırığı ilə həll olunur".
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, iddiaların içində həqiqəti əks etdirən heç nə yoxdur: "Çünki nə başqan Arif Hacılı, nə də partiyanın rəhbərliyinə daxil olan adamlar hər hansı rayon təşkilatına sədr seçkisinə müdaxilə eləmirlər. Bizim əsas marağımız seçkilərin Müsavat Partiyasının Nizamnaməsinə əsasən, gizli səsverməyə xələl gətirmədən keçirilməsini təmin eləməkdir. Sabunçu rayon təşkilatında da seçkilər nizamnaməyə uyğun və gizli səsvermə təmin edilməklə keçirilib. Bu barədə elə həmin gün də məlumat verilib və həmin gün Elşən Həsənov yeni seçilən Elnur Əsgərovu qələbə münasibətilə təbrik edib. Sonra nə baş verdiyini artıq bilmirəm. Sadəcə olaraq, müsavatçılar qəbul eləməlidirlər ki, Müsavat Partiyasında keçirilən seçkilərin nəticələrini hər hansı şəkildə şübhə altına almaq üçün əllərində faktlar olmalıdır. Söz və şayiə əsasında iddialar irəli sürmək fakt deyil. Fakt seçkilərin keçirilməsi ilə bağlı sənədlərdir.
Demokratik şəraitdə keçirilən seçki mübarizəsində uduzmağı da bacarmaq lazımdır. İnsanın özünün daxilində seçkidə məğlubiyyəti də etiraf edib qəbul etmək gücü olmalıdır. Mən yaranmış həmin vəziyyətə sadəcə təəssüf edirəm. Hesab edirəm ki, o insanların bir çoxu məsələnin nə yerdə olduğunu bilmədən istefa veriblər".
Qeyd edək ki, seçkidə Müsavat Partiyasının Sabunçu təşkilatına Elnur Əsgərov sədr seçilib.
http://xalqxeber.az
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü