"AXCP idarə heyətlərində ermənilər olan təşkilatların yerli nümayəndəsi rolunu oynayır" - Siyavuş Novruzov
Siyaset
Oxunub: 1 710
12 mar 2015 | 11:58
"AXCP idarə heyətlərində ermənilər olan təşkilatların yerli nümayəndəsi rolunu oynayır" - Siyavuş Novruzov


“İlk Avropa Oyunları kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi təbii ki, xarici və daxili düşmənlərimizi narahat edir və buna görə də belə çirkli kampaniyalar aparırlar”.

Azerinfo.az bildirir ki, bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov son zamanlar bir sıra beynəlxalq təşklatların ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı artan qara piar kampaniyasına münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, xaricdə bir neçə təşkilat var və bunların tərkibində, idarə heyətlərində ermənilər fəaliyyət göstərir: “Onların maliyyə dəstəkləri var və Azərbaycanda da AXCP, Milli Şura adlanan ölü bir qurum, onun ətrafında olan bir neçə qəzet və bir neçə QHT bu proseslərdə bunların yerli nümayəndəsi kimi rol oynayır. Müxtəlif bəyanatlar yayırlar, yalan məlumatlar ötürürlər”.

Onun sözlərinə görə, bu möhtəşəm tədbir Azərbaycanın böyük təqdimatı olacaq: “Təbii ki, Azərbaycan dövlətinin, xalqının bilavasitə burada təmsil olunması, Azərbaycan dövlətinin nə qədər gözəl təşkilatçı dövlət olması bəzi qüvvələri narahat edir və ona görə də bu tədbirin üstünə kölgə salmağa çalışırlar. Amma artıq bəllidir ki, bütün ölkələr öz bəyanatlarını bildiriblər, çünki onlar Azərbaycanın təşkilatçılıq qabiliyyətini bilirlər və buna görə də bu tədbir Azərbaycanda keçirilir”.

S.Novruzov xatırladıb ki, Azərbaycan “Eurovision” mahnı müsabiqəsi kimi böyük bir tədbirə də ev sahibliyi etdi və bütün dünya bunu alqışladı: “O zaman da Azərbaycana qarşı eyni kampaniya aparılırdı, ancaq bütün bunlar heç bir nəticə vermədi”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü