Müsavatın Divan üzvü Nemət Kərimli: "Ellada Məmmədli Qadınlar Birliyinin sədri seçiləndən təşkilat iflic vəziyyətdədir"
"Qubad İbadoğlunun tərəfdarlarının Müsavatda xüsusi bir fəaliyyəti olmayıb ki, partiyadan çıxanda da yerləri görünsün". Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Nemət Kərimli deyib. N. Kərimli bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının gələcəkdə partiyaya çevrilməsi Müsavatın elektoratına təsir göstərə bilməz: "Çünki ADR təxminən 18-19 rayon təşkilatının yarandığını elan edib. Orta hesabla həmin rayon təşkilatlarında da Müsavatdan ən çoxu 5-6 nəfər, bəzilərində isə 1-2 nəfər iştirak edir. Həmin göstəricilər isə Müsavatın rayon təşkilatının ümumi sayının 1 faizindən də aşağıdır. Belə olan halda ADR Hərəkatı partiyaya çevriləcəksə, Müsavat Partiyasından 0-a yaxın faizin ehtiva etdiyi rəqəmdə üzv ADR-ə qoşulacaq ki, onlar da hər hansı təsirə malik deyil. Digər tərəfdən, Qubad İbadoğlunun yanında olan şəxslərin Müsavatda xüsusi bir fəaliyyəti olmayıb ki, partiyadan çıxanda da yerləri görünsün. Qubad İbadoğluna Müsavat Partiyası öz qiymətini verdi. Bir zamanlar ona səs vermiş insanlar da sonralar ona dəstək olmadılar. Faktiki olaraq, Qubad İbadoğlu qurultayda 40 faiz səs almışdısa, ADR Hərəkatı yarananda müsavatçıların heç 2 faizi onun yanında deyildi. Bu da Müsavatın ona qarşı mövqeyini göstərir".
N. Kərimli Müsavat Partiyası Qadınlar Birliyinin fəaliyyətinin araşdırılacağını söyləyib: "Ellada Məmmədli Qadınlar Təşkilatının sədri seçiləndən bəri təşkilat iflic vəziyyətdədir. Hər hansı fəaliyyətləri yoxdur. Belə davam edərsə, yəqin ki, Qadınlar Birliyinin fəaliyyəti partiya rəhbərliyində müzakirə olunacaq.
N. Kərimli Müsavat Məclisinin üzvü, ADR Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılacağını açıqlayıb: Vurğun Əyyub dəfələrlə bəyan edib ki, özünü Məclis üzvü hesab etmir. Buna görə də onun adı növbəti iclasların birində Məclis üzvlüyü siyahısından çıxarılacaq".
E. Məmmədli isə APA-ya açıqlamasında N. Kərimlinin fikirlərinə etiraz edib: "Təşkilatımızın fəaliyyəti barədə bizimlə birlikdə olan xanımlar danışa bilərlər. Nemət Kərimlinin fikirləri məni o qədər də maraqlandırmır. Çünki bir adam başqası haqqında danışmazdan əvvəl öz fəaliyyətinə nəzər yetirməlidir. Onların Qadın Birliyi haqqında danışmağa sözləri yoxdur. Sadəcə olaraq, o qrupdan olmadığım üçün mənə qarşı qərəzlərini ifadə edirlər".
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü