Razi Nurullayev: "Müxalifətin acınacaqlı duruma düşməsində Əli Kərimlinin rolu danılmazdır"
Siyaset
Oxunub: 1 611
23 fev 2015 | 20:19
Razi Nurullayev: "Müxalifətin acınacaqlı duruma düşməsində Əli Kərimlinin rolu danılmazdır""AXCP-də Əli Kərimli onu tərifləməyənlərə, ondan fərqli fikir səsləndirənlərə şantaj və təzyiq göstərir. Məndən əvvəlki AXCP funksionerləri də məhz bu cür şantaj və təzyiqlərə boyun əyməyərək, partiyadan istefa veriblər".
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, partiyadan istefa vermiş Razi Nurullayev deyib.
R. Nurullayev bildirib ki, hazırda partiya sədri Əli Kərimlinin iştirakı və göstərişi ilə tənqid etmək, söymək, ən ağır ifadələr işlətmək müxalifət olmağın meyarına çevrilib: "Bu isə müxalifəti irəli apara bilməyib, insanların həyatını məşəqqətə çevirib. Eyni zamanda aparılan bu siyasət də heç kimin yox, məhz Əli Kərimlinin maraqlarına xidmət edib. Digər tərəfdən, bu adamlarda belə bir düşüncə var ki, əgər Əli Kərimli kimə pasport verirsə, o müxalifət sayıla bilər, digərləri müxalifət ola bilməz. Bəs, Əli Kərimlinin Azərbaycan xalqına, Azərbaycan müxalifətinə xidməti nə olub? Bu gün müxalifətin acınacaqlı duruma düşməsində onun danılmaz rolu var. Ona görə də mənim mübarizədə üzərinə gedəcəyim şəxs məhz partiyanın sədridir".
R. Nurullayevin sözlərinə görə, Ə. Kərimli hədəfi özündən yayındırmaq üçün partiyanın digər funksionerlərini ortaya atıb: "Digər şəxslərin nə dediyi məni maraqlandırmır, onlara cavab vermək fikrim yoxdur. Çünki Əli Kərimlinin məqsədi odur ki, diqqəti həmin insanlara yönəltsin, hədəfi özündən uzaqlaşdırsın. Amma mənim hədəfim partiyadan getməklə, bütün bu işlərin arxasında dayanan Əli Kərimlinin siyasətini ifşa etmək, onun üzərinə getmək olub ki, bu cür yanlış siyasətlə heç kimi məhvə aparmasın. Müxalifətdə yox, ölkədə birincilik uğrunda mübarizə aparmaq lazımdır".
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü