Azərbaycan prezidenti: "Mənim Ermənistana mesajım budur: İşğala son qoyun!" - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr" mövzusundakı paneldə iştirak ediblər.
APA-nın xəbərinə görə, prezident İlham Əliyev paneldə çıxış edib, daha sonra sualları cavablandırıb.
"Vestnik Kavkaza" agentliyinin məlumatına görə, tədbirdə iştirak edən Ermənistan nümayəndəsi Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, Azərbaycan Ordusunu ermənilərin mövqelərini atəşə məruz qoymaqda və cəbhə bölgəsində gərginliyin artırılmasında ittiham edib.
Azərbaycan prezidenti isə bildirib ki, günahı həmişə bizim üstümüzə atmaq erməni tərəfinin taktikasıdır: Onlar bizim əraziləri işğal ediblər, beynəlxalq hüququ pozublar, Xocalıda soyqırım törədiblər, bizim tarixi və dini abidələrimizi məhv ediblər və bundan sonra günahı bizim üstümüzə atırlar. Lakin məsələ ondan ibarətdir ki, erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin. Qoy İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin ölkənizdə özünüz üçün yer kifayət qədərdir, orada onsuzda elə də çox adam qalmayıb. Bəs siz Ağdamda, Füzulidə nə edirsiniz?"
Dövlət başçısı Ermənistanın vəziyyəti gərginləşdirilməsi ilə bağlı konkret misal da çəkib. Prezident ötən ilin vasitəçilərin danışıqlarda aktivliyi baxımından çox diqqətəlayiq olduğunu vurğulayıb və Vladimir Putinin avqust ayında Sarkisyanla onun görüşünü təşkil etməsini xatırladıb: "Sentyabrda isə Kerri Ermənistana prezidenti və mənim aramda danışıqlar raundu təşkil edib . Nəhayət, oktyabrın sonunda prezident Olland bizi Parisə dəvət etdi. Burada mən deyərdim ki, əla, çox konstruktiv görüş oldu. Hər iki tərəf, o zaman bu görüşün uğurlu olduğunu bəyan edərək, qoşunların təmas xəttində gərginliyin azalmasına səy göstərəcəklərini vəd etdilər. Bəs sonra nə baş verdi? On gün keçməmiş Ermənistan Ağdam da daxil olmaqla işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlərə başladı. Ermənistan tərəfinin məlumatına görə təlimlərə 47 min hərbçi cəlb olunmuşdu. Onlar işğal olunmuş ərazilərdə hərbi texnika, aviasiya, helikopterlərdən istifadə etməklə manevrlər həyata keçirirdilər. Üç gün bizim ordu səbr nümayiş etdirərək, heç bir reaksiya vermədi, lakin sonradan ermənilər Mİ-24 döyüş helikopterləri vasitəsilə Azərbaycan Ordusunun mövqelərinə hücuma keçdilər. Bizim ordumuz cavab verməli oldu, helikopterlərdən biri vuruldu və bu Azərbaycanı ittiham etməkdən ötrü Ermənistan üçün əsas oldu. Yəni, onlar təxribat törədərək gərginliyin azaldılmasına bu qədər səy göstərmiş Fransa, Rusiya və ABŞ liderlərinə hörmətsizlik nümayiş etdirdilər. Onlar düşünürlər ki, onlara nə sərf edirsə, onu edə bilərlər və heç kim onları cəzalandırmayacaq. Bu onların davranışının əsas səbəbidir. İndi də eynilə günahı Azərbaycanın üstünə atırlar və "atəş açmayın" deyirlər. Beləliklə, mənim Ermənistana mesajım budur: İşğala son qoyun, siz işğala son qoyduğunuz andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Və bunun baş verməməsinin səbəbi erməni əsgərinin Ağdam və Fizulidə olmasıdır".
Qeyd edək ki, panel Sloveniyanın prezidenti Borut Pahorun sədrliyi ilə keçirilib. Müzakirələrdə Serbiyanın baş naziri Aleksandr Vuçiç, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Xorvatiya baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə nazir Vesna Pusiç də iştirak ediblər.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib