AZƏRBAYCAN KOMMUNİST PARTİYASININ 95-ci İLDÖNÜMÜ QEYD OLUNACAQ
2015-ci il fevralın 12-də Azərbaycan Kommunist Partiyasının yaradılmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Bu barədə mətbuata Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov məlumat vermişdir. Onun sözlərinə görə, 1920-ci il fevralın 11-12-də Bakıda Fəhlə Klubu binasında Azərbaycan Kommunist təşkilatlarının I qurultayı olmuşdu. Qurultayda 120-yə yaxın nümayəndə iştirak edib. Qurultay 43 nəfərdən ibarət Mərkəzi Komitə seçib. Mərkəzi Komitənin birinci plenumunda Mirzə Davud Hüseynov Mərkəzi Komitə Rəyasət Heyətinin sədri seçilib. Qurultay fevralın 12-də təşkilati məsələni müzakirə etdi və bütün kommunist təşkilatlarını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası adı ilə birləşdirmək haqqında qərar qəbul etdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası XIX qurultaydan (1952, sentyabr) sonra Azərbaycan Kommunist Partiyası adı altında fəaliyyət göstərmişdir.
Ədalət Abdinov qeyd etdi ki, Azərbaycan Kommunist Partiyası SSRİ-yə rəhbərlik etmiş M.Qorbaçovun satqınlığı və xəyanəti sayəsində 1991-ci ildə süquta uğramasına baxmayaraq, 1994-cü ildə rəsmi dövlət qeydiyyatından keçmiş və bu gün yeni qüvvə ilə fəaliyyət göstərir. Kommunist Partiyasının hakimiyyəti dövründə sovet Azərbaycanı misilsiz nailiyyətlər qazanmış, dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdi.
Azərbaycan Kommunist Partiyasının 95 illiyi münasibəti ilə rayon partiya komitələrində elmi konfranslar, seminarlar keçirilmiş, gənclər üçün xüsusi məşğələlər təşkil edilmişdir, - deyə Ədalət Abdinov bildirdi. Arxiv materialları öyrənilərək Azərbaycan Kommunist Partiyasının tarixinə dair dəyərli məqalələr nəşr edilmişdir. Ucar, Göyçay, Tərtər və Yevlax rayonlarında keçirilən tədbirlərdə Azərbaycan Kommunist Partiyasının fəaliyyəti, sovet dövlətçilik tariximizdə müstəsna rolunu, onun gördüyü işlər əhali arasında açıqlanmış və təbliğ olunmuşdur. Görkəmli partiya və sovet dövlət xadimlərin xatirəsi yad edilmiş, onların şərəfli ömür yolu yeni nəslə nümunə göstərilmişdir.
Ədalət Abdinov onu da bildirdi ki, bu gün fəaliyyət göstərən partiyamız 95 il öncə yaradılmış Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının varisidir. Varislik həmişə eyni zamanda böyük məsuliyyət demək olubdur. Hesab edirəm ki, Sov.İKP MK-nın katibi Telman Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası varislik adını şərəflə daşıyır, eyni zamanda ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın sosializmə doğru yolunda çox işlər görübdür.
Günel Məmmədova,
"Azərbaycan kommunisti" qəzetinin xüsusi müxbiri
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib