Azərbaycanda iki partiya sədri arasında qalmaqal baş verib
Siyaset
Oxunub: 1 313
6 fev 2015 | 15:38
Azərbaycanda iki partiya sədri arasında qalmaqal baş veribSərdar Cəlaloğlu: "Bu, ordakı bəzi adamların mənəvi cəhətdən deqradasiya olunduğunu göstərir"

Əhməd Oruc: "Sərdar Cəlaloğlu təkcə mənlə deyil, kiminlə gəldi mübahisə edir"
Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin (SPDİHM) sonuncu toplatısında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında qalmaqal baş verib.

"Report"un məlumatına görə, buna səbəb S.Cəlaloğlunun xalq şairi Səməd Vurğunla bağlı tənqidi fikirlər səsləndirməsi olub. ADP sədrinin fikirlərinə Ə.Oruc etiraz edib və iki siyasətçi arasında insident yaşanıb. Sonra isə S.Cəlaloğlu toplantını tərk edib.
ADP sədri Sərdar Cəlaloğlu "Report"a açıqlamasında deyib ki, Ə.Orucla mübahisə edib, amma bu, dava həddinə çatmayıb: "Demokratiya və İnsan Haqlarının Mərkəzinin toplantısında 10 partiya sədri iştirak edib, deməli, bu məlumatı onlardan biri yayıb. Başqa kim yaya bilər ki? Bu, ordakı bəzi adamların mənəvi cəhətdən deqradasiya olunduğunu göstərir. Mərkəzin toplatısında əlbəyaxa dava olmayıb, kiçik bir insident olub. Mən iclasa qatılmamışdan əvvəl televiziyaların birində Səməd Vurğunla bağlı dediklərim müzakirə olunub. İclasa qatıldıqdan sonra isə dedim ki, kim Səməd Vurğunu müdafiə etmək istəyirdisə, gəlib orada deyərdi. İclasda kiminsə arxasınca danışmaq nəyə lazımdır. Dediklərim Əhməd Orucda məsuliyyət yaratdı və kiçik mübahisə etdik. Sonra isə mətbuata ötürüblər ki, guya dava etmişik. Görün bu adamlarla seçkidə iştirak etsəydik, nələrlə üz-üzə qalardıq?! Belə insanlarla ciddi bloklarda fəaliyyət göstərmək olmaz. Dediklərim orada təmsil olunan partiyaların hamısına aid deyil. Görünür, biz Azadlıq-2015 Seçki Blokuna qoşulmamaqla doğru addım atmışıq".
Azadlıq Partiyasının sədri Əhməd Oruc da "Report"a açıqlamasında ADP sədri ilə mübahisə etdiyini təsdiq edib. O bildirib ki, buna səbəb S.Cəlaloğlunun Səməd Vurğun haqqında tənqidi fikirlər səsləndirməsi olub: "Əlbəyaxa dava olmayıb. Sərdar Cəlaloğlu Səməd Vurğunla bağlı fikirlər söylədi. Mən də onun fikirlərinə irad bildirdim. Bəzi məsələlərlə bağlı həmişə Sərdar bəylə mənim aramda polemika olub. O, təkcə mənlə deyil, kiminlə gəldi mübahisə edir. Onun ömrü-günü mübahisələrdə keçir. Sərdar Cəlaloğlu Səməd Vurğun haqqında danışa bilməz. Onun iclası tərk etməsi bu mübahisə ilə bağlı deyil. Biz blok yaratdıq, onlar da blokda təmsil olunmayacaqlarını bildirdilər və iclası tərk etdilər".
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib