Rusiyalı hərbi ekspert: "Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir"
Siyaset
Oxunub: 1 391
5 fev 2015 | 23:13
Rusiyalı hərbi ekspert: "Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməlidir"General-leytenant Yevgeni Bujinski: "Qərb regionda "status-kvo"nun saxlanmasında maraqlıdır"

"Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində gərginlik müvəqqəti xarakter daşıyır".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Təhqiqatlar Mərkəzinin Şurasının sədri, tanınmış hərbi ekspert, ehtiyatda olanda general-leytenant Yevgeni Bujinski deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında müharibə olmayacaq: "20 ildən artıqdır ki, iki qonşu ölkə arasında münaqişə davam edir. Fikrimcə, Dağlıq Qarabağ konflikti artıq həll olunmalıdır. Lakin bu həll yolu müharibə deyil. Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməldir".
Hərbi ekspert Rusiyanın Dağlıq Qarabağ konfliktinin həllində çıxılmaz vəziyyətdə qaldığını söyləyib: "Rusiyanın bu məsələdə açıq-aydın mövqe bildirməsi çox çətindir. Ermənistan Rusiyanın müttəfiqidir. Azərbaycan isə Rusiya üçün olduqca strateji əhəmiyyətli tərəfdaş ölkədir. Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan öz aralarında hansısa razılığa gəlsin".
Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə maraqlı olduğunu şərh edən Y. Bujinski bildirib ki, Qərb üçün əsas məsələ Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmamasıdır: "Qərb Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanmasını istəmir. ABŞ regiondakı "status-kvo"nun saxlanmasının tərəfdarıdır. ABŞ-da və Avropada güclü olan erməni lobbisinin bu işdə rolu böyükdür. Erməni lobbisi qərbdə hakimiyyətə siyasi təzyiq göstərə bilir. Nəzərə alaq ki, Azərbaycanın da enerji resursları Qərb üçün olduqca əhəmiyyətlidir. ABŞ Azərbaycana və ümumiyyətlə Cənubi Qafqaz regionuna Avropanı enerji resursları ilə təmin edəcək alternativ ərazi kimi baxır. Ona görə də, Qərb regionda "status-kvo" nun saxlanmasında maraqlıdır. Bir sözlə, ABŞ da Dağlıq Qarabağ konfliktinin güc yolu ilə həll olunmasına qarşıdır".
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib