Müsavat Divanı Qubad İbadoğlunun məsələsinə görə növbədənkənar toplantı keçirəcək
"Məlum olub ki, yeni rəhbərlik Müsavatın tarixində ilk dəfə olaraq mənə həsr etdikləri bir məsələyə görə Divanın iclasının vaxtını dəyişib. Adətən həftənin bazar ertəsi saat 14-də keçirilən iclasın vaxtı bu dəfə cümə günü axşam saat 18-ə dəyişdirilib".APA-nın məlumatına görə, bunu fəaliyyəti ilə əlaqədar Müsavat Divanına dəvət edilən partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlu özünün "Facebook" səhifəsində yazıb.
Q. İbadoğlu bildirib ki, Müsavat rəhbərliyi onu fevralın 9-da Divanın iclasına dəvət etsə də, ölkədə olmayacağını səbəb göstərərək iştirak edə bilməyəcəyini söyləyib. Buna baxmayaraq, dünən onu fevralın 5-də Divanın iclasına dəvət ediblər. Q. İbadoğlu hər bir partiyadaxili məsələnin bağlı qapılar arxasında deyil, açıq müzakirəsinin tərəfdarı kimi dəvəti məmnuniyyətlə qəbul etdiyini və Divanın iclasının açıq keçiriləcəyi, maraqlanan partiya üzvlərinin iclasda müşahidəçi kimi iştirakının təmin olunacağı, qeyd və çəkiliş üçün imkan yaradılacağı təqdirdə, iclasa qatılmağa razı olduğunu bəyan edib: "Mənim nə partiya yoldaşlarımdan, nə də xalqımdan gizli sirrim, sözüm, davranışım yoxdur. Qoy, hər kəs kimdənsə, haradansa eşitdiyinə görə yox, gördüyünə qiymət versin və bir daha əmin olsun ki, uzun illər fədakar və mübariz müsavatçılarla birgə getdiyimiz yolumuzu davam etdiririk və bu mübarizədə amalımız Azərbaycandır".
Müsavat başqanının müavini Elman Fəttah isə APA-ya açıqlamasında iclasın mətbuat üçün qapalı keçiriləcəyini bildirsə də, Müsavat Partiyasının üzvü olan müşahidəçilərin Divana qatılmaq hüququnun olduğunu vurğulayıb.
Xatırladaq ki, Q. İbadoğlu fevralın 2-də Divana dəvət olunsa da, toplantıya qatılmayıb və ona rəsmi xəbərdarlıq edilib.
Bu gün, 16:00
"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Bu gün, 15:30
ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
Bu gün, 14:25
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
Bu gün, 14:22
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
Bu gün, 14:22
Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
Bu gün, 13:31
Sabah 31° isti olacaq
Bu gün, 13:27
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Bu gün, 13:11
Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
Bu gün, 12:34
İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
Bu gün, 12:22
Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Bu gün, 12:19
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır - Fərman
Bu gün, 12:15
AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bu gün, 11:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
Bu gün, 11:00
İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
Bu gün, 10:56
Bakıda maşın atla toqquşdu
Bu gün, 10:48
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Bu gün, 10:45
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Bu gün, 09:54
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı
Bu gün, 09:51
Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:43
Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
Bu gün, 09:38
Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
Bu gün, 09:33
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Bu gün, 09:30
Türkmənistan Prezidenti də Bakıdadır - Foto
Bu gün, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
Dünən, 16:00
Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
Dünən, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Dünən, 14:22
Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"