“AMİP-in seçkilərdə iştirak formatı iki ay ərzində bəlli olacaq”

Yusif Bağırzadə: “Seçki öncəsi hər bir siyasi partiya ilə əməkdaşlığa hazırdır
“AMİP qarşıdan gələn parlament seçkilərində iştirak edəcək və bu birmənalıdır. Hələ 2013-cü il prezident seçkiləri ərəfəsində mən bəyanat vermişdim ki, partiyamız prezident seçkilərində deyil, bələdiyyə və parlament seçkisində iştirak edəcək. Artıq biz bələdiyyə seçkilərində iştirak etdik. İndi isə qarşıdan parlament seçkiləri gəlir. Biz də bu prosesdə aktiv şəkildə iştirak etmək niyyətindəyik”. Azerinfo.az Teleqraf.com-a istinadən bildirir ki, bunu AMİP sədri Yusif Bağırzadə bildirib. O, həmçinin deyib ki, hazırda siyasi partiyaların seçki öncəsi atdığı addımları müşahidə edirlər: “İlk dəfə AMİP təklif irəli sürüb ki, Seçki Məcəlləsində dəyişikliklərə gedilsin və proporsional seçki sistemi bərpa olunsun. Siyasi partiyaların maliyyələşməsi ilə bağlı baş verən dəyişikliklər birbaşa proporsional seçki sistemi ilə əlaqəlidir. Bir müddət əvvəl hakimiyyət nümayəndəsi ilə siyasi partiya rəhbərləri arasında baş tutan görüş zamanı da mən bu fikrimi səsləndirdim. Partiyaların da çoxu mənim təklifimə dəstək verdi. Hörmətli Əli Həsənovda bunu pozitiv qarşıladı. Mən hesab edirəm ki, proporsional seçki sisteminin tətbiqi bərpa olunsa, ölkəmizdəki siyasi partiyalar aktivləşəcək. Bildiyiniz 2010-cu illə indiki dövrü müqayisə edəndə açıq görünür ki, siyasi partiyalarda açıq-aydın passivlik mövcuddur”.
Yusif Bağırzadə əlavə edib ki, əslində onlar 2015-ci il parlament seçkilərinə seçki bloku formatında getməyi də məqbul hesab edirlər. Onun sözlərinə görə, AMİP bəyan edir ki, seçki öncəsi hər bir siyasi partiya ilə əməkdaşlığa hazırdır: “Hansı dairələrdə başqa siyasi təşkilatların güclü namizədi, namizədin seçici arasında nüfuzu varsa, həmin şəxslərlə də əməkdaşlığa hazırdırlar. Biz bu məsələdə problem görümürük. İkincisi, biz çox istərdik ki, ciddi əsaslı seçki bloku yaradılsın. Konkret olaraq AMİP-in seçkilərə təkbaşına və ya blok formasında gedəcəyi daha çox seçkili orqanların verəcəyi qərardan asılı olacaq. Biz vəziyyəti qiymətləndirib qərarımızı verəcəyik. Əslində biz seçkilərə təkdə gedə bilərik.
2010-cu ildə AMİP təkbaşına seçkiyə gedib və kifayət qədər namizədlə çıxış etdik. Mən özüm Gəncədə kifayət qədər səs toplaya bildim. İndilikdə deyə bilərik ki, AMİP 2015-ci ilə seçkilərində iştirak edəcək. Amma seçkidə iştirakın formatı yaxın iki ay ərzində müəyyən olunacaq. Biz AMİP olaraq digər siyasi qüvvələrlə təmaslar saxlayarıq, fikir mübadiləmiz olur. Seçkilərlə bağlı hər hansı bir hərəkətlik olsa, bunu da cəmiyyətə açıqlayacağıq”.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib