Qüdrət Həsənquliyev Eldar İbrahimovun müdafiəsinə qalxdı
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə yol polisi haqqında "dana" ifadəsi işlədən deputat həmkarı Eldar İbrahimova qarşı son iki gündə mediada və sosial şəbəkələrdə səsləndirilən ittihamları təşkil olunmuş hesab edir.
Azerinfo.az Moderator.az-a istinadən xəbər verir ki, Eldar Ibrahimov Yeni Azərbaycan Partiyasının qurucularından biri olub və Heydər Əliyevin ən yaxın silahdaşlarından sayılır: "O, uzun illər Heydər Əliyevlə birgə çalışıb. Bu gün də həm YAP-a, həm parlamentə nüfuz qazandıran ağsaqqal deputatlardan biridir. Onun bir polis əməkdaşı haqqında fərdi qaydada söylədiklərini bütünlüklə polisə aid etmək olmaz. Çünki Eldar İbrahimov hər zaman polisi müdafiə edən, onu dəstəkləyən bir şəxs olub. Artıq gələn ay onun yubileyidir, 70 yaşı tamam olur. Belə bir ağsaqqal millət vəkilinə qarşı hansısa polis əməkdaşı çox hörmətsiz yanaşırsa, ona qarşı hörmətsiz davranırsa, əlbəttə, bu onu hiddələndirib və o da sərt formada buna öz etirazını bildirib. Mən hesab edirəm ki, Eldar müəllimə qarşı olan bu hücumlar təşkil olunmuş yersiz hücumlardır. Nəzərə alsaq ki, daxili işlər naziri hər il 100-lərlə polis əməkdaşını polisə yaraşmayan davranışlarına görə polis orqanlarından xaric edir. Bu faktın özü də təsdiq edir ki, polisdə belə insanlar var. Mən fürsətdən istifadə edərək Eldar İbrahimovu qarşıdan gələn yubileyi münsibətilə təbrik edirəm. Ona can sağlığı və uğurlar arzulayıram. Hər kəsi də çağırıram ki, Eldar müəllimə qarşı kampaniyaya qoşulub ağıllarına və ağızlarına gələni yazmaqdansa, qocaman siyasətçini təbrik etsinlər, ona yubileyi münasibətilə can sağlığı arzulasınlar."
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib