Qubad İbadoğlu Arif Hacılı və İsa Qəmbərə Müsavatda yaranmış vəziyyətin birgə müzakirəsini təklif edib
Siyaset
Oxunub: 1 466
26 yan 2015 | 13:51
Qubad İbadoğlu Arif Hacılı və İsa Qəmbərə Müsavatda yaranmış vəziyyətin birgə müzakirəsini təklif edib "Qərarlar verilir ki, partiyanın ideoloji-siyasi xəttinə zidd mövqe tutduğuna görə üzvlər partiyadan kənarlaşdırılsın. Bu kimi qərarlar vaxtilə Kommunist Partiyası tərəfindən verilirdi. Hesab edirəm ki, bu cür yanaşma düzgün deyil və bunu dayandırmaq lazımdır. Bunun üçün ilk növbədə birgə müzakirələr aparılmalıdır".

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.
Q. İbadoğlu bildirib ki, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçiriləcək anım tədbirindən sonra Müsavat Partiyasının qərargahında partiyadakı vəziyyəti müzakirə etmək üçün təkliflə çıxış edib. O, təkliflə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatına müraciət etdiyini söyləyib: "Əsas məsələlərdən biri Ənvər Əhmədin partiyadan çıxarılmasıdır. Təkcə, bu yox, partiyadaxili demokratiya məsələsi ətrafında da fikir mübadiləsi aparılmasının tərəfdarıyam. Tədbirə sosial şəbəkə vasitəsilə Arif Hacılını, İsa Qəmbəri və digər müsavatçıları da dəvət etmişəm. Mən istənilən halda müzakirələrin bağlı qapılar arxasında deyil, açıq və geniş formada aparılmasının tərəfdarıyam. Hesab edirəm ki, istənilən problemin həlli müzakirələrdən keçir. Hər iki tərəf öz arqumentləri ilə çıxış edə bilər. Bu müzakirə partiyadaxili demokratiya üçün çox əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, təklif normal qiymətləndirilməlidir".
Q. İbadoğlunun sözlərinə görə, birgə müzakirələrə qarşı çıxanlar açıq debatları arzulamayan və eyni zamanda arqumenti olmayan şəxslərdir: "Çünki istənilən halda müzakirələrə hazırdırlarsa, arqumentləri varsa, bu təklifi dəstəkləməlidirlər".
Q. İbadoğlu tərəfdarlarının partiyadan çıxarılmasında Müsavat başqanı Arif Hacılının rolunun olub-olmamasını belə şərh edib: "Arif Hacılının rolu barədə məlumatım yoxdur. Bunu kənarlaşdırılan şəxslərdən soruşmaq lazımdır. Hər halda partiya rəhbərliyi bu qərarlardan məlumatsız olmamış deyil. Ancaq hansı səviyyədə, bunu deyə bilmərəm. Hazırda partiyada tənqidlərə, təkliflərə, fərqli fikrə dözümsüzlük var və fikir, söz azadlığı təmin olunmur".
Bu gün, 10:06
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
Bu gün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bu gün, 09:47
Bilik gününə belə başladılar - FOTOLAR
Bu gün, 09:38
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Bu gün, 09:33
"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
Bu gün, 09:27
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu gün, 09:21
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Bu gün, 09:13
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
Bu gün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Bu gün, 09:00
Azərbaycanda Bilik Günüdür
Dünən, 18:42
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Dünən, 18:37
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
Dünən, 16:00
ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
Dünən, 15:30
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
Dünən, 13:42
Əli Nağıyev Çinə getdi - Foto
Dünən, 13:36
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
Dünən, 12:39
Bulvarda suyun səthi təmizlənir
Dünən, 12:35
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
Dünən, 12:30
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
Dünən, 12:00
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
Dünən, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Dünən, 10:49
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
Dünən, 10:37
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Dünən, 10:28
Rusiya Ermənistana qaz idxalını dayandırır
Dünən, 09:58
Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
Dünən, 09:51
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Dünən, 09:38
Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu