Arif Hacılı: "Müsavat Partiyasının hər hansı təşkilatlarla seçki bloku yaratması məsələsi müzakirə olunmur"
Siyaset
Oxunub: 1 603
24 yan 2015 | 18:07
Arif Hacılı: "Müsavat Partiyasının hər hansı təşkilatlarla seçki bloku yaratması məsələsi müzakirə olunmur"Bəzi siyasi partiyalar parlament seçkiləri ilə bağlı blok yaratmaq istiqamətində müzakirələri Demokratiya və İnsan Haqları Mərkəzində mövcud olan funksional əməkdaşlıq çərçivəsindən kənarda aparır. Bu prosesin Demokratiya və İnsan Haqları Mərkəzində olan mövcud əməkdaşlıq münasibətlərinə heç bir aidiyyatı yoxdur və Müsavat Partiyası bu prosesdə iştirak etmir".
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A. Hacılı bildirib ki, Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) funksional əməkdaşlıq konkret olaraq siyasi məhbuslar və müəyyən demokratik islahatların aparılması ilə əlaqədardır: "Bu mərkəzə daxil olan siyasi partiyalar arasında müttəfiqlik münasibətləri yox, yalnız funksional əməkdaşlıq münasibətləri mövcuddur. Hazırda həmin mərkəzə daxil olan bəzi partiyalar arasında seçki blokunun yaradılması ilə bağlı gedən prosesin həmin əməkdaşlıq məsələlərinə heç bir aidiyyatı yoxdur və Müsavat Partiyası bu prosesdə iştirak etmir".
Müsavat başqanı qeyd edib ki, hazırda partiya tərəfindən ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində və digər sahələrdə islahatların aparılması istiqamətində siyasi təşkilatlarla funksional əməkdaşlıq perspektivləri haqda müzakirələr aparılır: "Müsavat Partiyasının hər hansı siyasi təşkilatlarla seçki bloku yaratması məsələsi müzakirə olunmur. Biz yalnız seçkilər yaxınlaşdıqca, real siyasi qüvvələrlə seçki blokunun yaradılmasına səy göstərmək niyyətindəyik. Əgər bu niyyətimiz baş tutmasa, Müsavat Partiyası seçkidə təkbaşına iştirak edəcək".
Qeyd edək ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc SPDİHM-də 11 partiyadan 6-nın - KXCP, Xalq Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azad Demokratlar Partiyası və Liberal Demokrat Partiyasının seçki bloku yaratmaq qərarına gəldiyini və blokun yaxın vaxtlarda rəsmən elan olunacağını açıqlayıb. SPDİM-də təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə APA-y a açıqlamasına bildirib ki, SPDİHM Müsavat Partiyasının təşəbbüsü ilə yaradılıb və bir qrup partiyanın Müsavat Partiyasının kənara qoymaqla siyasi blok yaratmağa cəhd etməsi siyasi etika baxımından düzgün deyil.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib