Azərbaycan prezidenti: "Bir münaqişə həll edilmirsə və uzanırsa, başqa münaqişələrə səbəb olur"
"Hesab edirəm ki, post-sovet regionundakı bütün münaqişələr, o cümlədən dünyadakı münaqişələr eyni bucaqdan, eyni yanaşmadan həll edilməli, eyni beynəlxalq hüquq normaları tətbiq olunmalıdır".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş "Transformasiya prosesində regionlar: Avrasiya" panelində çıxışı zamanı deyib.
Prezident bildirib ki, Azərbaycan üçün ən böyük problem Dağlıq Qarabağ münaqişəsi və onun həllidir: "Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən törədilmiş işğaldan əziyyət çəkir. 20 ildən çoxdur ki, danışıqlar prosesi heç bir nəticə verməyib. Əgər bir münaqişə həll olunmursa və uzanırsa, o, başqa münaqişələrə səbəb olur. Görürük ki, Orta Asiyanı çıxmaqla, post-sovet ərazisində vəziyyət acınacaqlıdır. Son 1 ildə çox şey dəyişib. Yeni təhdidlərlə qarşılaşmışıq ki, biz bunu heç vaxt təsəvvür belə də bilməzdik. Bunlar tək regional deyil, qlobal təhdidlərdir".
Dövlət başçısının sözlərinə görə, Avropadakı dəhşətli terror hücumları qeyri-sabitlikdən və ola bilər ki, lokal və ya regional məsələlərə doğru zamanda doğru reaksiya verilməməsi nəticəsində meydana gəlib: "Azərbaycan və Ermənistan arasında münaqişə əlbəttə ki, regional münaqişədir. Lakin onun metodologiya və coğrafiya nöqteyi-nəzərindən geniş miqyasda təsirləri var. Bu münaqişənin beynəlxalq hüquqa söykənən həllinə nail olunmazsa, eyni hadisələrə dünyanın başqa yerlərində də hazır olmaq lazımdır. Bir məsələ də ondan ibarətdir ki, beynəlxalq hüquq normalarına müxtəlif ölkələr tərəfindən öz maraqlarına uyğun şəklində istinad olunmamalıdır. Beynəlxalq hüquq necə var, elə tətbiq edilməlidir. BMT Xartiyasında, ATƏT sənədlərində və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq prinsiplərinin prioritetləri çox aydın şəkildə izah edilir. Onlar hamısı diqqətə alınmalıdır. O zaman biz ikili standartlardan və regionda yeni münaqişələrin yaranmasından yan keçə bilərik".
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Dünən, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Dünən, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Dünən, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Dünən, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
22-06-2026, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
22-06-2026, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib