Qoynumuzda bəslədiyimiz ilan

Şübhəsiz ki, cənab Çonişvili Azərbaycan qonaqpərvərliyinin şahidi olub
Həqiqətən biz azərbaycanlılar unikalıq. Heç nəyi böyütmədən deyə bilərəm ki, bizim kimi unutqan insanlar dünyanın heç bir yerində yoxdurlar. Biz, başımıza gətirilən müsibətləri unutmağa genetik proqramlaşdırılmışıq.
Xatırlatmaq istərdim ki, əksəriyyətimiz 20-ci əsrin əvvəllərində ermənilərin törətdikləri qətliamdan canını qurtarmağa çalışaraq, doğma torpaqlarından qaçanların törəmələriyik.
O dövrdə nə qədər dinc azərbaycanlının həlak olduğunu xatırlatmağa ehtiyac olduğunu düşünmürəm. Məsələn, elə bizim mənfur qonşularımızın paytaxt elan etdikləri İrəvanda o dövrdə əhalinin 66%-i azərbaycanlılar və yalnız 34%-i o torpaqlara köçürülmüş ermənilər olub. O dövrdə ermənilərin bu torpaqlarda üstünlüyünü təmin etmək üçün azərbaycanlılara qarşı soyqırımı təşkil edilmişdi: ermənilər çar Rusiyası tərəfindən silahlandırılmış, silahlı dəstələr yaradılmışdı.
Azərbaycanlıların Ermənistanın və Dağlıq Qarabağın ərazisindən kütləvi şəkildə qovulması, dinc əhalinin qətlə yetirilməsi, vəhşiliklər əsasən, XX əsrin əvvəlində, xüsusilə də 1905-1907-ci illərdə Rusiya hakimiyyətinin himayədarlığı və yardımı ilə vüsət aldı.
Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, böyükdən kiçiyə bütün əhali məhv edilmişdi.
Biz, həmin qanlı hadisələrin qurbanları olan azərbaycanlıları bir neçə onillikdən sonra tamamən unutduq. Qanımızda olan qonaqpərvərlik və sülhsevərlik bizi qapılarımızı düşmənlərimizə, günahsız insanları vəhşicəsinə qətlə yetirənlərə açmağa vadar etdi.
Növbəti nəsil azərbaycanlılar həmin dəhşətli hadisələr haqqında heç bir şey bilmirdilər, erməniləri qardaş adlandırırdılar, onlarla dostluq edir, ailə qururdular. SSRİ-də doğulanlar ümumiyyətlə, milliyyət anlayışına önəm vermirdilər, Bakı isə o dövrdə hələ də beynəlmiləl əhali tərkibi barədə əfsanələr söylənilən şəhərə çevrildi.
Biz unutduq. Hər bir erməniyə çağa vaxtından bizə və qonşularımız türklərə qarşı nifrət aşılandığı halda, biz unutduq. Bu nifrət onlarda daima olub.
Sanki budəfəki 25 il davam edən qarşıdurmadan, ermənilər öz sifətlərini tamamən göstərdikdən, Xocalı faciəsindən sonra həmvətənlərimizin bu qədər sadəlövh olmasına ümid etmək olardı.
Təəssüf ki, biz düzələn deyilik.
Sirr deyil ki, erməni lobbisi satınalma, saxtalaşdırma və yalan sahəsində ustadır. Erməni diasporları bütün dünyada tarixin təhrif edilməsi sahəsində fəaliyyətləri ilə məşhurdurlar, ermənilərin əllərinə düşəni mənimsəmələri isə artıq lətifələr üçün çoxdan mövzuya çevrilib. Gülərdik, əgər hər şey bu qədər acınacaqlı olmasaydı.
Ermənilərin maliyyə dəstəyi və fəal işi nəticəsində işıq üzü görən növbəti “sənədli film”, “Tarixin saxtalaşdırılması: Azərbaycan” adlanır. Filmin məzmununu açıqlamayacam, çünki hər şey sözsüz də aydındır: komplekslərdən boğularaq öz tarixlərini bizim ayağımıza yazır, ölkəni süni yaradılmış, bizim özümüzü isə haradansa bura köçürülənlər adlandırırlar.
Ermənilər tərəfindən satın alınmış “ekspertlər”in fikirləri ilə hazırlanmış, belə kobud işlənmiş filmlərin sayı çoxdur.
Film məhz onu səsləndirənin Rusiyanın əməkdar artisti Sergey Çonişvilinin olduğunu eşidəndə diqqətimi çəkdi.
Ad mənə çox tanış gəldi və qısa axtarışdan sonra Sergey Çonişvilinin A.P.Çexov adına MBT (Moskva Bədii Teatrı) qastrolu çərçivəsində keçən ilin oktyabrında Bakıda olduğunu və Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində, “İttiham şahidi” tamaşasında baş rollardan birini oynadığını aşkar etdim...
Şübhəsiz ki, cənab Çonişvili Azərbaycan qonaqpərvərliyinin şahidi olub, yerli publikanın alqışlarını eşidib və “tarixi saxtalaşdıran” adlandırdığı insanlarla dəfələrlə süfrə arxasında oturub...
Ehtimal etmək olar ki, ermənilər ona bu filmdə iştirak üçün yaxşı pul veriblər, çünki erməni millətinə təşəkkür onun səsinin hər çalarında hiss edilir. Əslən gürcü olan Çonişvili, torpaqlarının bir hissəsi işğal altında olan bu xalqı anlamalı idi. Gəlin, bunu onun vicdanının mühakiməsinə buraxaq, amma ikiüzlülük, hərislik və məqsədsizlik heç bir zaman hörmətə layiq keyfiyyətlər hesab edilməyib.
Mən başqa bir şeyi anlaya bilmirəm: Azərbaycan Dövlət Musiqili Teatrının, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi qastrollar barədə danışıqlar aparıldıqda hara baxırdılar?! Azərbaycan xalqına ləkə yaxan bir filmin səsləndirilməsində iştirak edən birinin ölkəyə dəvətini nə adlandırmaq olar?! Bunu necə nəzərdən qaçırmaq olar?!
Belə bir hadisənin Ermənistanda baş verməsini təsəvvür etmək belə mümkün deyil – orada cənab Çonişvili sürgünə məruz qalardı, onu ən qədim və əzabkeş bir xalqın virtual soyqırımında ittiham edərdilər, lənətləyib ümumiyyətlə, ölkəyə girişini qadağan edərdilər.
Bəs biz? Anadangəlmə qayğısızlıq yenə bizimlə acı zarafat etdi. Biz dəfələrlə eyni səhvi edirik və əgər nəticələrimiz Qarabağ müharibəsini unutsalar, Xocalı faciəsi isə yalnız tarix kitabında bir sərlövhə kimi qalsa, təəccüblənmərəm.
Biz xeyirxah xalqıq, bu, yaxşıdır. Amma bu xeyirxahlığın bizə dəfələrlə ziyan verdiyini unutmamalıyıq. Bəli, biz sülh istəyirik, amma istənilən millət sağ qalmaq üçün öz düşmənlərini tanımalı və unutmamalıdır, bu məlumatı da nəsildən nəsilə ötürməlidir.
Öz növbəmizdə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sergey Çonişvilinin ölkəmizə gəlişini qadağan etməsinə, onun adının qara siyahıya salınması üçün müraciət edirik. Belə ki, Azərbaycan xalqına qarşı bu qəbildən olan əməllər cəzasız qalmamalıdır.
Aliyə İsmayılzadə
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Dünən, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Dünən, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Dünən, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Dünən, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
22-06-2026, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
22-06-2026, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib