"Narkobaron Ermənistan"dünyanın gözünə tüstü üfürür.
Siyaset
Oxunub: 1 745
17 yan 2015 | 00:50
"Narkobaron Ermənistan"dünyanın gözünə tüstü üfürür.Narkotik vasitələrin qanunsuz dövriyyəsi hazırda bütün bəşəriyyətin gələcəyini təhdid edən ən böyük transmilli mütəşəkkil cinayətlərdən biridir. Narkobiznesdən əldə olunan gəlirlərin digər transmilli cinayətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə və radikal meyilli qrupların ideoloji baxımdan formalaşdırılmasına yönəldilməsi isə onun təhlükəlilik dərəcəsindən ağırlığından xəbər verir.Azərbaycan üçün isə bu təhdid əsasən, işğal altında olan ərazilərdən və tranzit daşımaların mövcudluğundan irəli gəlir.25 ilə yaxındır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf ərazilərində - milli və beynəlxalq hüquq normalarından kənar boz zonalarda narkotiklərin becərilməsi, emalı və daşınması həyata keçirilir.Nəzərə alsaq ki,ermənilər tərəfindən işğala məruz qalan ərazilər Azərbaycanın ən münbit torpaqları olan ərazilərdir.O zaman burda yüksək keyfiyyətli narkotik vasitələrin-xaş-xaş, heroin və kokainin yetişdirilməsinin necə asan başa gəldiyini anlamaq elə də çətin olmaz.Hətta, Ağdam,Füzuli,Laçın və Kəlbəcərdə hektarlarla yabanı halda bitən çətənə kolları da var.Deməli,ağır iqtisadi şəraitdə yaşayan Ermənistanın çox asan şəkildə gəlir əldə etməsi üçün kifayət qədər imkanlar mövcuddur və mənfur qonşularımız bir çox ölkələrin dəstəyi ilə bu cinayəti rellaşıdırır.Son illərdə aparılan monitorinqlər və araşdırmalar təsdiq edib ki, bu gün ermənilərin işğalı altında olan Qarabağ dünyada narkotik vasitələrin ən böyük tranzit məkanıdır.Bu bəşəri cinayətin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası tərəfindən dəfələrlə beynəlxalq ictimaiyyəti yerindən tərpədə biləcək bəyanatlar səsləndirilib.Həmçinin,ölkəmizin huquq-mahifəz orqanları və aidiyyatı qurumlar tərəfindən təkzibolunmaz faktlar ortaya qoyulub.Elə BMT-nin Vyana ofisinin də Dağlıq Qarabağ ərazisində narkotiklərlə bağlı monitorinq keçirmək istəməsi bu çirikin əməlin reallığından xəbər verir.Ancaq Ermənistan buna addıma qarşı çıxmaqla,bir daha özünü ifşa etmiş oldu. Bununla da nəzarətsiz qalan Qarabağda və Qarabağətrafı rayonlarda iri narkotika plantasiyalarının olması təsdiqini tapdı. O da faktdır ki,bu zonlar hazırda həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmaların hazırlanması üçün əsas ərazilərdən birinə çevrilib.Xüsusən də, terorçu Ermənistan ordusunun işğalı nəticəsində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin faktiki olaraq nəzarət olunmayan zonaya çevrilməsi də narkoişbazlar üçün əlverişli şərait yaradıb.Bu da öz növbəsində yaxşı gəlir mənbəyinə çevrilməklə yanaşı, beynəlxalq terror təşkilatlarının poliqonu funksiyasını yerinə yetirir.Çünki ASALA, PKK ,Hizbullah və Əl-qaidə terror təşkilatları burada asnalıqla təlimlər keçir və xüsusi terrorist qruplar hazırlayırlar.Bu bəşəri cinayətlərə isə siyasi,ideolliji və iqtisadi maraqları olan həm böyük güclər,həm də digər qonşu ölkələr göz yumurlar.Ermənistana "day-dayılıq"edənin və bu çirkin işlərin başında kimlərin dayandığı da artıq heç kimə sirr deyil.Ən diqqətçəkən faktı isə elə ermənilərin özləri açıqlayıb.İşğalçı ölkənin "Armenia Today" portalının yazdığına görə,Ermənistanın yüksək çinli məmurları, baş prokuror Aqvin Ovsepyan, o cümlədən prezident Serj Sarkisyanın qardaşı bu gəlirli sahənin başında dayanırlar.Məhz onun rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən yüksək keyfiyyətli narkotik maddələr Rusiya bazarlarına, oradan isə Avropaya daşınır. Dağlıq Qarabağdan narkotik vasitələrin daşınmasında Ermənistan hakimiyyətinin, bəzi siyasi xadimlərin və sabiq prezident Köçəryanın da payı var. Hər il daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi eks-prezidentə verilir. Bir sözlə,Ermənistan dövlət səviyyəsində, narkotika ticarəti və insan alveri ilə məşğuldur.Hətta, WikiLeaks saytının açıqladığı məxfi sənədlərdə ABŞ diplomatlarının Qarabağdan narkotik daşındığını etiraf etməsi Azərbaycan tərəfinin real faktlara əsaslandığını və haqlı olduğunu bir daha təsdiq etmiş oldu.Baxmayaraq ki,Azərbaycan tərəfi bu cinayətlərlə bağlı dəfələrlə bəyanatlar səsələndirərək,bu faktları beynəlxalq aləmə çatdırıb. Amma, burada dini həmrəyliyin,o cümlədən ABŞ və Rusiya kimi dövlətlərə çıxışı olan dəstə başçılarının olması bəzi dövlətləri də "sükut"a qərq edib.Bir məqama da diqqət yetirmək yerinə düşər.Bu, Malaziyanın Daxili işlər naziri Abu Seman Yusifin açıqlmasıdır.O,bir müddət öncə ölkəsinə gətirilən narkotik maddələrin Ermənistandan keçdiyini bəyan edərək demişdi ki, İrandan narkotik vasitələr hava yolu ilə Dübay-Ermənistan-Kişi-Doxu-Kolombo marşrutu ilə Malaziyaya gətirilir.Marqlıdır ki,bütün bu faktların qarşısında hələ də,nə ABŞ,nə də Rusiya konkret mövqe sərgiləməyib. 2013-cü il iyunun 14-də Amerika Birləşmiş Şatatlarının ölkəmizdəki sabiq səfiri Riçard Morninqstarının Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin becərilməsi və tranziti barədə jurnalistlərə açıqlaması bəzi mətləblərə əslində aydınlıq gətirib.Səfir o zaman deyib ki, ABŞ narkotiklərin becərilməsi və tranzitinə qarşıdır: "Amma biz bu cür xəbərlərin həqiqəti nə dərəcədə əks etdirdiyini bilmirik". Amerikalı diplomatın ölkəsi adından səsləndirdiyi bu ikibaşlı fikrləri şərh etməyə ehtiyac qalmır.Rusiya və İran isə hələ də biganədir.Görünən odur ki,Ermənistanın işğalı altında saxladığı və beynəlxalq səviyyədə "nəzarətsiz zona" hesab olunan Azərbaycanın Qarabağ ərazisi narkotrafik və narkotik bitkilərin becərilməsi və emalı baxımından "çiçəklənən" əraziyə çevrilməkdədir.Haqdan,ədalətdən,insan hüquqlarından və demokratiyadan ağız dolusu danışan və dünyaya "dərs"keçən böyük güclərin,o cümlədən Qərb ölkələrinin gözü önündə baş verən bu bəşəri cinayətlərin sayı hər ötən gün durmadan artır.Əgər bizə qonşu olan bəzi ölkələrin narkoticarət və narkotik bitkilərin becərilməsi üzrə "ixtisaslaşdığını" nəzərə alsaq, nəzarətsiz qalan və işğal altındakı ərazilərə artan marağının arxasında təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və dünya üçün təhlükənin gizləndiyini açıq şəkildə görmək mümkündür.Hər halda Azərbaycan de-yure olaraq Dağlıq Qarabağ və ətraf rayonların sahibi olsa da, de-fakto olaraq həmin ərazilərə nəzarət edə bilmir.Bu nöqteyi-nəzərdən bütün dünya ictimaiyyəti Azərbaycanın səsini eşitməli,həmçinin işğalçı Ermənistana və onun havadarlarına qarşı beynəlxalq hüquq normaları çərçivəsində birgə mübarizə aparmalıdır.Ən əsası isə Avropa və Azərbaycanın qonşu dövlətləri bu qeyri-qanuni fəaliyyətə seyrçi mövqedən baxmamalıdır. Çünki Dağlıq Qarabağda və işğal olunan digər ətraf rayonlarda becərilən,həmçinin emal edilən narkotiklər sonradan qonşu ölkələrin "bazar"ına çıxarılır.Nəticədə isə bu ölkələrin günahsız insanları "ağ ölüm"ün qurbanına çevirilir.Deməli,hər gecikən addım bu günün məsum körpələrini,sabahın gənclərini ölümə və faciəyə bir addım da yaxınlaşıdırır.Narkotik vasitələrin təsirindən "beyini dumanlanan ölkələr" isə insan hüquqlarını və bəşəri dəyərləri ayaqlar altına atmaqla öz "peşka"larından istədikləri kimi yararlanırlar.[/b]

[b]İnqilab Şirinbəyli--Siyasi şərhçi, EL tv-nin əməkdaşı,AJB-nin üzvü[/b]

[/b]
Bu gün, 16:00
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar
Bu gün, 15:33
Prezident onları "Tərəqqi" medalı ilə təltif edib
Bu gün, 15:30
Zəngəzur dəhlizinə TƏHLÜKƏ var? - ABŞ-dan KRİTİK reaksiya
Bu gün, 14:22
Paşinyana “50%-lik baryer” təhlükəsi ciddiləşir
Bu gün, 13:34
Səudiyyə Ərəbistanına ağır zərbə – "Şərq-Qərb" kəməri vuruldu, neft hasilatı çökür
Bu gün, 13:30
Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb
Bu gün, 13:26
MM-də təklif: Bu əmələ görə cərimə 1000-dək qaldırılsın
Bu gün, 12:48
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
Bu gün, 12:45
Azərbaycanda bu əməli törədənlər həbs ediləcək
Bu gün, 11:40
Bu şəxslər məcburi işdən çıxarılacaq
Bu gün, 11:34
Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR
Bu gün, 11:30
Azərbaycanın sürücülük vəsiqələri bu ölkədə tanınacaq
Bu gün, 11:04
Azərbaycanda gömrüklə bağlı daha bir yenilik
Bu gün, 10:48
Kirayə bazarında qiymətlər kəskin qalxdı
Bu gün, 09:44
Dünya mediası yazdı: Tramp müharibəni uduzdu
Bu gün, 09:41
Müctəba Xamenei: İran müharibədə qalib gəlib
Bu gün, 09:31
Yaponiya neft ehtiyaclarını təmin etmək üçün Azərbaycandan əlavə həcmlər alır
Bu gün, 09:26
Ərdoğanla Pezeşkianla danışdı
Bu gün, 09:21
"The Guardian": Trampın komandasının Ukraynaya qarşı səbri tükənir
Bu gün, 09:18
Bakının bir sıra yollarında tıxac yaranıb
Bu gün, 09:00
Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycanın nəzarətinə keçdi?
Dünən, 16:00
DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər
Dünən, 15:30
Tehrandan Ankara, İslamabad, Pekin, Moskva açıqlaması
Dünən, 14:22
Amerikalılar təşviş içində: İrana rüsum ödəmək məcburiyyətində qalacaqlar
Dünən, 13:00
Separatçılar Bakıya qarşı TOTAL kampaniyaya başladı
Dünən, 12:37
Şirkətin əməkdaşı DÖYÜLDÜ: Restoran rəhbəri HƏBS EDİLDİ
Dünən, 12:33
Prezident qəbul keçirdi - Fotolar