Lalə Şövkətdən təklif
"Göyçə-Zəngəzurda azərbaycanlıların hüquqları bərpa edilməlidir"
Azərbaycan Liberal Partiyası (ALP) 2015-ci ildə tam gücü ilə parlament seçkilərinə hazırlaşır.
Bu barədə partiya sədri Əvəz Temirxan danışıb. Onun sözlərinə görə, bu günlərdə ALP lideri Lalə Şövkətin iştirakı ilə görüş olub və daxili təşkilatlanma ilə bağlı müzakirələr aparılıb: "Biz partiyada keçirilən müzakirələrin piarını aparmağa ehtiyac duymuruq. Buna görə də görüşün detallarını açıqlamırıq. Digər partiyalarda başqa formadadır, biz onların bu hüququna hörmətlə yanaşırıq".
"Fövqəlgüclərin qarşıdurma poliqonuna çevrilməməliyik"
Ə. Temirxan son dövrlər dünyada baş verən proseslərlə bağlı ALP lideri lalə Şövkətin mövqeyini çatdırıb: "Lalə xanım hesab edir ki, Qərblə Şərq arasında siyasi tektonik qarşıdurmalar 12 ballıq miqyasla 12-ci bala yaxınlaşır. Onun fikrincə, Azərbaycan çalışmalıdır ki, heç bir halda öz maraqları uğrunda mübarizə aparan fövqəlgüclərin qarşıdurma poliqonuna çevrilməsin".
"Hökumətə simmetrik status təklifini vermişik"
Partiya sədri həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. O əlavə edib ki, hələ 1990-cı ilin əvvəllərində ALP münaqişənin çözümü ilə əlaqədar hökumətə təkliflər irəli sürüb: "Biz simmetrik status, hamının hüququ bərpa olunmalıdır prinsipini təklif etmişdik. Ermənistan Dağlıq Qarabağda ermənilər üçün hansı statusu istəyirsə, azərbaycanlıları qovduğu və onların kompakt yaşadığı, şərti olaraq Göyçə-Zəngəzurda həmin statusla azərbaycanlıların hüquqlarını bərpa etməlidir. Bu gün Azərbaycan xalqı müəyyənləşdirməlidir ki, nə istəyir. Torpağımızdan qovulmuşuq, hansı şərtə onu geri qaytarmaq istəyirik, tələbimiz nədir, hansı haqlarımızın pozulduğundan xəbərimiz varmı suallarının cavabını bilməliyik. Biz deməliyik ki, hüquqlarımız pozulması təkcə Qarabağın işğal olunması ilə məhdudlaşmır. Xalq olaraq hüquqlarımızın pozulması özünü həm də Ermənistandan azərbaycanlıların qovulması, etnik təmizləmə siyasətində göstərir. Bunu dərk etməli, həlli yolunda qətiyyətli olmalıyıq. Bu münaqişə təkcə Hayastanın təcavüzkarlığından irəli gəlmir. Dünyanın yenidən düzənlənməsində Ermənistan-Azərbaycan arasındakı münaqişə açar rolunu oynayır. Buna o cür baxmaq lazımdır.
Azərbaycan hansı super dövlətlə müttəfiq olsa, o dövlət Avrasiya və dünyanı idarə edilməsində vacib rol oynayacaq. Azərbaycan strateji baxımdan o qədər əhəmiyyətli yerdədir ki, cənubdan şimala, qərbdən şərqə bütün quru yollar məhz Azərbaycandan keçir".
http://teleqraf.com
Azərbaycan Liberal Partiyası (ALP) 2015-ci ildə tam gücü ilə parlament seçkilərinə hazırlaşır.
Bu barədə partiya sədri Əvəz Temirxan danışıb. Onun sözlərinə görə, bu günlərdə ALP lideri Lalə Şövkətin iştirakı ilə görüş olub və daxili təşkilatlanma ilə bağlı müzakirələr aparılıb: "Biz partiyada keçirilən müzakirələrin piarını aparmağa ehtiyac duymuruq. Buna görə də görüşün detallarını açıqlamırıq. Digər partiyalarda başqa formadadır, biz onların bu hüququna hörmətlə yanaşırıq".
"Fövqəlgüclərin qarşıdurma poliqonuna çevrilməməliyik"Ə. Temirxan son dövrlər dünyada baş verən proseslərlə bağlı ALP lideri lalə Şövkətin mövqeyini çatdırıb: "Lalə xanım hesab edir ki, Qərblə Şərq arasında siyasi tektonik qarşıdurmalar 12 ballıq miqyasla 12-ci bala yaxınlaşır. Onun fikrincə, Azərbaycan çalışmalıdır ki, heç bir halda öz maraqları uğrunda mübarizə aparan fövqəlgüclərin qarşıdurma poliqonuna çevrilməsin".
"Hökumətə simmetrik status təklifini vermişik"
Partiya sədri həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. O əlavə edib ki, hələ 1990-cı ilin əvvəllərində ALP münaqişənin çözümü ilə əlaqədar hökumətə təkliflər irəli sürüb: "Biz simmetrik status, hamının hüququ bərpa olunmalıdır prinsipini təklif etmişdik. Ermənistan Dağlıq Qarabağda ermənilər üçün hansı statusu istəyirsə, azərbaycanlıları qovduğu və onların kompakt yaşadığı, şərti olaraq Göyçə-Zəngəzurda həmin statusla azərbaycanlıların hüquqlarını bərpa etməlidir. Bu gün Azərbaycan xalqı müəyyənləşdirməlidir ki, nə istəyir. Torpağımızdan qovulmuşuq, hansı şərtə onu geri qaytarmaq istəyirik, tələbimiz nədir, hansı haqlarımızın pozulduğundan xəbərimiz varmı suallarının cavabını bilməliyik. Biz deməliyik ki, hüquqlarımız pozulması təkcə Qarabağın işğal olunması ilə məhdudlaşmır. Xalq olaraq hüquqlarımızın pozulması özünü həm də Ermənistandan azərbaycanlıların qovulması, etnik təmizləmə siyasətində göstərir. Bunu dərk etməli, həlli yolunda qətiyyətli olmalıyıq. Bu münaqişə təkcə Hayastanın təcavüzkarlığından irəli gəlmir. Dünyanın yenidən düzənlənməsində Ermənistan-Azərbaycan arasındakı münaqişə açar rolunu oynayır. Buna o cür baxmaq lazımdır.
Azərbaycan hansı super dövlətlə müttəfiq olsa, o dövlət Avrasiya və dünyanı idarə edilməsində vacib rol oynayacaq. Azərbaycan strateji baxımdan o qədər əhəmiyyətli yerdədir ki, cənubdan şimala, qərbdən şərqə bütün quru yollar məhz Azərbaycandan keçir".
http://teleqraf.com
Bu gün, 10:31
Mərdəkanda yataqxana binası yandı
Bu gün, 10:17
Putin: Rusiya rəqəmsal transformasiyanın ön sıralarındadır, Aİ çökür...
Bu gün, 10:02
Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - 2 neft emalı zavodu VURULDU
Bu gün, 09:58
Putin Cinpinlə GÖRÜŞDÜ: İki lider BU MESAJI VERDİ
Bu gün, 09:53
Zelenski tərəfdaşlarından 40 F-16 təyyarəsi və 8 milyard avro istədi
Bu gün, 09:50
“Mançester Siti” Haalandı bu qiymətə sata bilər
Bu gün, 09:42
İran ABŞ-nin Küveytdəki hərbi bazasına PUA-larla zərbə endirib
Bu gün, 09:37
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
Bu gün, 09:00
Bu müavinətlər artırılır - Yeni məbləğ nə qədər olacaq?
Dünən, 16:00
Ermənistanla sülhdə yeni düyün: Anklavların taleyi necə olacaq? Polkovnik danışdı
Dünən, 15:30
Ukraynanı tamamilə məhv etmək lazımdır!– Rusiya televiziyalarında dəhşətli çağırışlar
Dünən, 14:22
Diyarbakır kürdündən etiraf: “50 il əvvələ qədər Azərbaycan türkcəsində danışırdıq”
Dünən, 13:14
Azərbaycanın ən təhlükəli magistralları: Hansında ölüm daha çoxdur? – QORXULU STATİSTİKA
Dünən, 12:46
Kirayə yolu ilə mənzil almaq istəyənlərə şad xəbər
Dünən, 12:36
“Sözcü TV”dəki əməliyyatın səbəbi açıqlandı - Yenilənib
Dünən, 12:31
Sabah hava necə olacaq?
Dünən, 12:03
Türkiyə MN Azərbaycanı təbrik etdi
Dünən, 11:59
Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
Dünən, 11:34
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:30
Dövlətdən xaricə mal satanlara ödəniş - Məbləğ belə hesablanacaq
Dünən, 11:09
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı-Video-Yenilənib
Dünən, 11:05
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
Dünən, 09:54
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Dünən, 09:51
Bu qəsəbə və kəndlərə su çəkiləcək - SİYAHI
Dünən, 09:48
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı
Dünən, 09:42
Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Dünən, 09:39
Türkiyədə polis “Sözcü TV”nin binasında əməliyyat keçirir