Ağ Evin qara siyasəti
Son illərdə dünyada, xüsusilə də Yaxın Şərq və Şimali Afrika ölkələrində gedən son proseslərin hardan qaynaqlandığı, komandanın kimlərdən gəldiyi hər kəsə məlumdur. Neçə illərdir ki, bir neçə ölkədə qan su yerinə axır. Keçən il "Ağ ev" tərəfindən bunların siyahısına daha bir sivil ölkə- Ukrayna da əlavə edildi. Bir sözlə dünya qan içindədir. Şəhərlər xaraba qoyulub, yüz minlərlə günahsız insan öldürülür. Amma "Sem əmi"ni bunlar yox, sözə baxmayan hakimiyyətin dəyişməsi, tabe olmayan ölkənin ələ keçirilərək istismar olunması, Vaşinqtonun siyasi, iqtisadi və digər maraqlarının təmin edilməsi maraqlandlırır.ABŞ-ın bəşər tarixinin ən dəhşətli terror təşkilatı İŞİD-i yaratması, ona fasiləsiz hərbi və maliyyə yardımı göstərməsi heç kimə sirr deyil. Bir şey maraqlıdır- özünü demokratiyanın beşiyi kimi göstərməyə çalışan ABŞ əcəba nədən başqa ölkələrdə hətta təhlükəli hesab etdiyi və terrorçuluqda ittiham etdiyi radikal dini qruplaşmalara yardım edir, onları müdafiə edir? Niyə həmin ölkələrdə heç bir ictimai dayağı olmayan siyasi, dini qüvvələri dəstəkləyir?
Səbəb insan haqları və demokratik yanaşmadırmı? Təbii ki xeyir! Gerçək səbəb budur - ABŞ hər hansı bir ölkəni tam nəzarət altına almaq, orada vətəndaş müharibəsi yaratmaq, hakimiyyəti özünün təsiri altına keçirmək üçün bu texnologiyalardan həmişə istifadə edir.
Misal olaraq, İranda islam inqilabından əvvəl radikal dindarlara verilən dəstəyi, Türkiyədə dini təriqətlərə və camaatlara göstərilən yardımları, Əfqanıstan, Pakistan, Misir, Suriya, Ukrayna və digər ölkələrdə zombi dəstələri yaradaraq vətəndaş müharibəsi törətmək kimi əməlləri göstərmək olar.
Bütün bunların nəticəsində dünyada anti-amerikan əhval-ruhiyyəsi getdikcə güclənir. Belə situasiyada ABŞ-ın qlobal siyasəti ilk baxışda heç də məntiqli və ağıllı görünmür. Amma strateji hədəflərə baxsaq, əsl məqsədləri görsək, məsələ aydın olar. Yəni, "Av Ev"in dərdi demokratiya, insan haqları filan deyil, ölkələri xalqları bir-birinə düşmən edərək, milli, dini ayrı-seçkilik yaradaraq vətəndaş müharibələri törətmək, parçalanmış, zəifləmiş ölkələrə hakim olma və siyasi nüfuzetmə starategiyasıdır. Tanış və tipik ingilis-amerikan xarici siyasət taktikası - "Parçala hökm et" prinsipi!
Müxtəlif ölkələrdə öz planlarını həyata keçirmək üçün ABŞ-ın ixtiyarında əvvəlcədən hazırlanmış qüvvələr olur. Bir çoxları müxtəlif üsullarla ələ alınır. Ştatlara təhsil adı ilə aparılan gənclərin çoxu orada "verbovka" olunub geri göndərilir, ölkədəki "macəra axtaranlar" sinfinə məxsus gənclər isə müxtəlif proqramlar vasitəsilə təşkilatlandırılır, şəbəkələndirilir və ehtiyatda saxlanır.
Bundan başqa, çoxsaylı QHT-lər, mətbuat orqanları yaradılır, ştatdankənar politoloqlar, müxtəlif ekspertlər, ictimai xadimlər ələ alınır. Bir sözlə mütəşəkkil "5-ci kolon" yaradılır. Günlərin bir günü bu qüvvələr "Ağ Ev"in qara niyyətli adamlarına lazım olur.
Hər şey dəqiqliklə ölçülüb-biçilir, plan hazırlanır və düyməyə basılır. Ölkələrdə qarşıdurmalar, müharibələr baş alıb gedir, qan su yerinə axır, şəhər və kəndlər xaraba qalır, ölkə dağılır... və neçə ildən sonra aydın olur ki, bundan qazanan amerikan transmilli korporasiyaları, itirən isə minlərlə qurban vermiş, hər şeyini iitirmiş xalqdır. Al sənə demokratiya, al sənə azadlıq!
Azadlıq demişkən, dünyada bu həngamələrin həyata keçirilməsində özünün heç də şərəfli olmayan tarixi ilə tanınan "Azadlıq" radiosunun da əli var. ABŞ Konqresinin orqanı olan bu radio ictimai şüüru yönləndirmək, dezinformasiyalar yaymaq, qara planların həyata keçirilməsi üçün zəmin hazırlanmaqdan ibarətdir.
Son günlərdə ölkə hakimiyyət orqanlarının bu radionun qara əməllərini ifşa etməsi və Bakı ofisinin bağlanması 2014-cü ilin ən vacib hadisələrindən biri sayılmalıdır. Çünki Azərbaycanı Liviyaya, Suriyaya, Ukraynaya... çevirmək planlarının baş tutmayacağını göstərən əsas məsələlərdən biri də budur. Digər məsələlər haqda növbəti yazılarımızda danışacağıq.
Elçin
http://news.tvpress.az
Bu gün, 16:00
"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Bu gün, 15:30
ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
Bu gün, 14:25
İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
Bu gün, 14:22
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
Bu gün, 14:22
Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
Bu gün, 13:31
Sabah 31° isti olacaq
Bu gün, 13:27
Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
Bu gün, 13:11
Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
Bu gün, 12:34
İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
Bu gün, 12:22
Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Bu gün, 12:19
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır - Fərman
Bu gün, 12:15
AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
Bu gün, 11:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
Bu gün, 11:00
İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
Bu gün, 10:56
Bakıda maşın atla toqquşdu
Bu gün, 10:48
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Bu gün, 10:45
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
Bu gün, 09:54
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı
Bu gün, 09:51
Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:43
Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
Bu gün, 09:38
Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
Bu gün, 09:33
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Bu gün, 09:30
Türkmənistan Prezidenti də Bakıdadır - Foto
Bu gün, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
Dünən, 16:00
Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
Dünən, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Dünən, 14:22
Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"