Müdafiə Nazirliyi: Ermənistan yenə yalan yaymaqla məşğuldur
Siyaset
Oxunub: 2 050
29 dek 2014 | 20:46
Müdafiə Nazirliyi: Ermənistan yenə yalan yaymaqla məşğuldur


















“Baqdasaryan - məhkəmədən qaçan cinayətkardır”

Ermənistanın hərbi rəhbərliyi həmişə olduğu kimi, yenə də yalanı tirajlamaqla məşğuldur. Bu məsələnin maraqlı məqamlarından biri odur ki, baş verən konkret bir hadisə düşmənin hərbi-informasiya resursları tərəfindən müxtəlif formada yozulur, beləliklə, əsl həqiqət və real situasiya ictimaiyyətdən qəsdən gizlədilir.

Azerinfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlik bəyan edib ki, dekabrın 26-da əsir götürülən Ermənistan Silahlı Qüvvələrinin təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan hadisəsi ilə bağlı erməni tərəfinin məsələyə münasibəti buna bariz nümunədir:

“Düşmən tərəfi baş vermiş hadisə ilə bağlı ilk əvvəl bilərəkdən heç bir məlumat yaymadı. Halbuki Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsir düşmüşdü. Yalnız Azərbaycan tərəfinin bu hadisə ilə bağlı rəsmi məlumatı səsləndirildikdən sonra onlar öncə erməniləri təbliğata uymamağa səsləyən məlumat yaydılar, sonra isə əsir düşən erməni hərbçisi haqqında dövriyyəyə müxtəlif yalan versiyalar buraxaraq ictimai fikri yayındırmağa cəhd göstərdilər. Ermənilərin birinci yalanı:

“A.Baqdasaryan - müqavilə əsasında xidmət etmiş keçmiş hərbi qulluqçudur”. Ermənilərin ikinci yalanı: “A.Baqdasaryan - məhkəmədən qaçan cinayətkardır”.

Erməni tərəfinin yaydığı məlumatları oxuduqda sual doğuran bir çox məsələlər ortaya çıxır. Əvvəl nizam-intizamı “yüksək olan” erməni ordusunda cinayət törədən şəxs və “keçmiş hərbi qulluqçu” A.Baqdasaryan necə və nə üçün ön xətdə - səngərdə olub və qoşunların təmas xəttində fəaliyyət göstərən diversiya qrupunun üzvüdür. Digər bir məsələ isə guya dəfələrlə nizam-intizamı pozmuş A.Baqdasaryanın məhkəməsi olacaqmış və bu səbəbdən də o, Azərbaycan tərəfinə qaçıb. Ermənilər bilmirlər ki, kimliyindən asılı olmayaraq, hələ məhkəmə olmadan istənilən insanın “cinayətkar” adlandırılmasının özü hüquqa ziddir. Digər maraqlı bir məqam isə daim “təriflənən”, “nümunə çəkilən”, “ədalətliliyi” ilə seçilən erməni məhkəməsinin hələ çıxarmadığı qərarın əvvəlcədən qeyri-obyektiv, ədalətsiz olacağını bilən ermənilərin güllə altında və minalanmış sahəni keçməklə ölüm təhlükəsini göz önünə alaraq Azərbaycan tərəfinə pənah gətirməsidir”.

Müdafiə Nazirliyi bildirir ki, ermənilər hər dəfə əsir düşən hərbi qulluqçularını səhvən qarşı tərəfə keçən çoban, həmkəndlisi ilə mübahisə edib evini tərk edən şəxs, əqli cəhətdən zəif insan, dərd-sər ucbatından sərxoş olub yolu azan adam, bu dəfə isə “ədalətli qanundan qaçan cinayətkar” qismində təqdim etməyə cəhd göstərirlər: “Amma ermənilər nə qədər çalışsalar da, həqiqəti gizlətmək mümkün olmur”.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib