Siyasi qoturları qaşımaq mövsümü başladı Əli Kərimlinin şər dəstəsi yenə..
Hakimiyyətlə gizli anlaşma içərisində olan Fuad Qəhrəmanlı missiyasına uyğun olaraq, qəzetimizə böhtanlarını davam etdirir.AXCP sıralarında başlamış istefalar, gedənlərin Əli Kərimlini və partiya rəhbərlərini ifşa edən açıqlamaları təşkilatın şər makinasını yenidən işə salıb. Bu cür hallarda AXCP rəhbərliyi diqqəti özlərindən yayındırmaq üçün adətən, Müsavatın, ya da Yeni Müsavat qəzetinin üstünə gəlirlər. Ssenari də məlumdur - sən demə, bunların əslində siyasi iflası olan çöküşləri hakimiyyətin yüksək miqdarda pul xərcləyərək, bizlərə də sifariş verərək, təşkil etdiyi sui-qəsddir. Sıralarından gedənləri də dərhal xain adlandırırlar.
Arsenal kasad olduğu kimi, bunu icra edənlər də azsaylıdırlar. AXCP ilə Müsavatın arasını vurmaq, ana müxalifət təşkilatı olan Müsavatı gözdən salmaq, ləkələmək kimi hakimiyyət qarşısında öhdəlik götürmüş Fuad Qəhrəmanlı bəzən aylarla susur. Danışanda da, bir qayda olaraq, yalnız Müsavat Partiyasına və Yeni Müsavat qəzetinə qarşı danışır. İddialara görə, görə onu məhz bu fəaliyyəti və gələcək öhdəçiliyinə görə, hakimiyyət bir vaxtlar həbs etmədi. Arif Hacılı və başqa müxalifət funksionerləri uzun zaman həbsdə qaldı; eyni ittiham üzrə yalnız bir nəfər azadlıqda saxlandı - Fuad Qəhrəmanlı.
O zamandan bu yana, Fuad Qəhrəmanlının "həyat və yaradıcılığı" ancaq və ancaq Müsavat Partiyasına və "Yeni Müsavat" qəzetinə həsr olunub. Bu adam intriqa yayır, ağ yalanlar danışır, müsavatçılara şər atır, müxalifət mühitini bulandırır. Buna görə də bütün təminatları həll olub: Hətta o dərəcədə ki, artıq kənarda "başqalarını da təmin edir..."
Əli Kərimlinin şər makinası kimi virtual məkanda böhtan ifraz edən F. Qəhrəmanlı bu dəfə də şakərinə uyğun olaraq, "Yeni Müsavat" qəzetinin üstünə gəlib. Nəyə görə? Bəyin hücum bəhanəsinə nə səbəb olub? Qəzetimiz AXCP-dən istefalar barədə xəbərlər dərc edib! Bu qədər bəsit. Buna görə də yenidən hədəfə götürülmüşük. Qəhrəmanlı üçün də meydan açılıb, üzərinə götürdüyü təəhhüdü icra etmək üçün bundan gözəl fürsət ola bilərmi.
Deməli, Əli Kərimlinin yayın orqanı olan "Azadlıq" qəzeti Müsavat Partiyası haqqında, oradan istefalar, bəyanatlar barədə səhifə-səhifə yazılar yazar, qurultaya görə bu təşkilatdan narazı qalanların hətta sosial şəbəkələrdəki statuslarından məqalələr düzəldə bilər, Müsavatı guya artıq iflas olan təşkilat kimi təqdim edər, amma biz Əli Kərimlinin müşaviri Şakir Abbasovun, Qarabağ qazisi İslam Mahmudovun istefa və bəyanatlarını, (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvünun istefa xəbərlərini verə bilmərik. Sonuncu barədə xəbərlər isə, Fuad Qəhrəmanlının iddia etdiyi kimi, Yeni Müsavatın deyil, agentliklərindir.
Əslində Əli Kərimli başda olmaqla, bu siyasət cüvəllağılarına baş qoşmamaq da olar. Bunları zatən zaman zaman yanlarından gedən dostları özləri ifşa edirlər. Siyasi və insani iflasın son mərhələsini yaşayan bu uğursuzlara fikir verməmək də olardı. Kimdi ki, bunları ciddiyə alan. Ciddiyə alanlar olsaydı, ətrafındakılar niyə gedib dağılırdı.
Sadəcə, bu Əli Kərimlinin bir şakəri var. Hər mövsümdə bir dəfə adamın qaşınması tutur. Tərs kimi, hərə dəfə də özünü gəlib, bizlərə sürtür.
İndi yenə, həmin sezondu. Qaşınması başlayıb. Amma bizim işimiz siyasi qoturları qaşımaq deyil axı... Bizim işimiz, xəbər yazmaq, müəssisəmizi qorumaq, işimizi böyütməkdir. Bu işə görə kimlərin bizdən xoşu gəlmirsə, cəhənnəmə gəlməsin.
İçi də Fuad Qəhrəmanlı qarışıq. Onun hakimiyyətlə gizli anlaşmasına yem vermək nə dərəcədə doğrudur , deyə, özümüzdən sormaqdayıq.
Musavat.com
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü