Azərbaycan və Rusiyanın müdafiə nazirləri KİV nümayəndələri üçün brifinq keçirib
Siyaset
Oxunub: 1 767
13 okt 2014 | 17:45
Azərbaycan və Rusiyanın müdafiə nazirləri KİV nümayəndələri üçün brifinq keçiribOktyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında danışıqlar başa çatdıqdan sonra brifinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, brifinqdə çıxış edən general-polkovnik Zakir Həsənov görüşdə səmərəli danışıqlar aparıldığını, beynəlxalq və regional təhlükəsizlik, habelə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib. Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunulduğunu da vurğulayan nazir bununla əlaqədar qeyd edib ki, Rusiyanın və Azərbaycanın Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub. Xəzərdə birgə komanda-qərargah təlimlərinin və taktiki təlimlərin, hərbi dəniz qüvvələri arasında əməkdaşlıqla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın müdafiə naziri bildirib ki, danışıqlarda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. Bu istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin Rusiyada istehsal edilən müasir silahlar və texnika ilə təchiz olunması proqramı, habelə hərbi təhsil məsələləri uğurla həyata keçirilir. Plana uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Rusiya Müdafiə Nazirliyinin müxtəlif təhsil müəssisələrində və tədris mərkəzlərində təlimlər, Rusiyanın nümayəndələri isə Azərbaycanın hərbi profilli tədris müəssisələrində hazırlıq keçəcəklər. General-polkovnik Z.Həsənov bildirib ki, regional təhlükəsizlik məsələlərinə də diqqət yetirilib, hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsi zamanı tərəflərin bütün bu məsələlərə baxışlarının eyni olması təsdiqlənib.

Ordu generalı S.Şoyqu diqqətə çatdırıb ki, 2013-2016-cı illərdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi proqramının həyata keçirilməsi prioritet fəaliyyət istiqaməti sayılır. Rusiyalı nazir deyib: "Biz Hərbi Dəniz qüvvələri xətti ilə Xəzərdə əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Burada biz Həştərxanda keçirilmiş Dördüncü Xəzər Sammitinin yekunlarına əsasən dövlətlərimizin başçılarının tapşırıqlarına ciddi əməl edir və onları yerinə yetiririk. Bu sahədə görüləsi işlər hələ çoxdur. Biz növbəti addımlar, əməkdaşlığın tənzimlənməsi, Ali Baş komandanlarımızın bizə verdikləri tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün məsələləri müzakirə etdik".
Ordu generalı S.Şoyqu daha sonra bildirib ki, həm regionda, həm də başqa ölkələrdə sabitliklə bağlı təhlükəsizlik məsələləri müzakirə edilib. Bütün bu işlər müxtəlif məsələlər və istiqamətlər üzrə qarşılıqlı fikir mübadiləsi çərçivəsində həyata keçirilir. Lakin başlıca məsələ bu regionda bizim hərbi-texniki əməkdaşlığımız və strateji tərəfdaşlığımızdır. Rusiya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, nazirliklər arasında əməkdaşlıq planının layihəsi artıq hazırdır. Layihəyə əsasən, birgə əməliyyat və döyüş hazırlığı, həmçinin donanmanın iştirakı, hərbi-texniki əməkdaşlıq, hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması nəzərdə tutulur.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü