İlham Əliyev: "Düşmən layiqli cavabını aldı"
Prezident Nazirlər Kabinetinin iclasında cəbhədəki son döyüşlərdən danışıbTəmas xəttində iyulun sonu və avqustunda əvvəllərində tərəflərin ciddi itkisi və yaralanması ilə nəticələnən gərgin vəziyyətə bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında toxunub. İlham Əliyev bəyan edib ki, həmin hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verib. Dövlət başçısı çıxışında Nazirlər Kabinetinin toplantısında son 9 ayın hadisələri çərçivəsində "Cənub" qaz layihəsinin təməlinin qoyulmasından tutmuş bu müddət ərzində əldə edilən nəticələr və hədəflərə qədər toxunub.
ANS TV-nin məlumatına görə, Prezident İlham Əliyev bu ilin 9 ayının sosial-iqtisadi inkişafını uğurlu olduğunu deyərək, dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda daxili məhsulun 2,5 faiz, qeyri-neft sektorun isə 6 faiz artığını bildirib. Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən prezident İlham Əliyev, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulduğunu, onun da 11 milyard dollarının daxili investisiyalar təşkil etdiyini bildirib. Prezident İlham Əliyev keçən ay təməli qoyulan "Cənub" qaz dəhlizi layihəsilə bağlı fikirlərini də bölüşərək bunu tarixi hadisə adlandırdı.
"Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik və əminəm ki, yaxın gələcəkdə "Cənub" qaz dəhlizi tikilərək istifadəyə veriləcək. Və ölkəmizin bundan sonra 10 illiklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq. İqtisadi sahədə yeni imakanlar yaranacaq. Kəmərin tikintisi zamanı 10 minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək", - deyə İlham Əliyev bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlət başçısı, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistanın məhəl qoymadığını, bu fikri səsləndirən qüvvələrin isə təsirli addımlar atmadığını bir daha vurğuladı. O, həmçinin, bu ilin üçüncü rübündə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan ordusunun düşmənə layiqli cavabını verdiyini bildirdi.
Daha sonra müşavirədə nazirlər bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər. İclasa yekun vuran prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini dedi.
Dövlət başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini deyərək, texniki baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirdi. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən prezident İlham Əliyev bu oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini bildirdi.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü