Avropa Şurası təsəllini gizli fəndlərdə tapır
Siyaset
Oxunub: 2 158
3 okt 2014 | 08:55
Avropa Şurası təsəllini gizli fəndlərdə tapır Elxan Süleymanov, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Dünən, sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri Komitəsi olduqca ziddiyyətli məsələ - iddia edilən siyasi məhbuslarla bağlı Azərbaycana kəskin hücum edən estoniyalı xanım Mailis Repsin (ALDE) bəyanatını təsdiqləyib. Bu məsələ gündəlikdə olmadığı üçün bəyanat çox gözlənilməz oldu. Bundan əlavə, məhz bu mövzuya dair memorandum barədə müzakirə hələ bir gün əvvəl Komitə tərəfindən oktyabr ayının sonuna qədər təxirə salınmışdı və bu qərar Komitənin mövqeyini aydın ifadə edirdi.
Bu demokratik və böyük dəstək toplayan qərardan narazı qalan və bu dəfə Komitədə yalnız az sayda üzvün iştirak etdiyini nəzərə alan xanım Reps tamamilə şəxsi bəyanat verməyi və Komitənin onu təsdiqləməsini xahiş edərək, Komitə sədrini nəzərə çarpmadan çaşdırdı. Heç kəsin nə baş verəcəyi barədə azacıq da olsa, anlayışı yox idi. Daha sonra xanım Repsin az sayda deputat qarşısında tələsik etdiyi aqressiv və qərəzli çıxış açıq-aydın Komitə katibliyi tərəfindən hazırlanmışdı, belə ki, mətndə Katibliyin əvvəllər verdiyi və indiyə qədər rəsmi məruzədə Komitənin təsdiqini almamış təkliflər təkrarlanırdı. Azərbaycanla bağlı istənilən məsələyə gəldikdə, AŞPA-nın Hüquq Məsələləri Komitəsinin olduqca mənfi və qərəzli mövqe nümayiş etdirdiyi hamıya məlumdur. Həm Komitə katibliyi, həm də xanım Reps yenidən bu gizli təcrübəyə üz tutmuşdu. Belə ki, bir neçə komitənin düzgün elan edilmiş və gündəlikdə irəli sürülmüş əvvəlki müzakirə və qərarları heç vaxt onların Azərbaycanla mübarizədəki aclığını doyuran nəticə verməyib. Bu zəif fənd onlar üçün son, lakin əbəs ümid idi, çünki belə bəyanatın hüquqi statusu və hər hansı siyasi nəticəsi olmur. Şübhəsiz, Katiblik gözdən pərdə asmaq üçün dərhal bəyanatı AŞPA-nın saytında yerləşdirdi, halbuki bu, heç bir hüquqi münasibliyi olmayan bir sənəddir və sırf təbliğat xarakteri daşıyır.
Lakin bu hiyləgər manevr bir daha göstərir ki, Azərbaycanın müsbət reputasiyasına hücum məsələsinə gəldikdə, məhz hüququn aliliyi və guya müsbət siyasi təcrübə barədə kəskin ritorik deklarativ bəyanatlar verən AŞPA rəsmiləri birinci növbədə təsəllini zəif gizli fəndlərdə tapır.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü