Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb

Bu gün Mətbuat Şurasının IX qurultayı keçirilir.
Qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqlənib.
Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.
Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.
Jurnalistlərin IX qurultayında iştirakçılar adından ölkə Prezidenti İlham Əliyevə müraciət olunub.
Müraciəti jurnalist Seyfəddin Hüseynli səsləndirib.
Müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident!
Sizi Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları olaraq dərin hörmətlə salamlayırıq.
Azərbaycan jurnalistikası ilk gündən xalqımızın maariflənməsinə, milli özünüdərkin, vətənpərvərlik şüurunun, müstəqillik amalının formalaşmasına və möhkəmlənməsinə xidmət edib. Böyük fədakar maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat cəmiyyətimizin tərəqqisi, xalqımızın ali dəyərlər ətrafında birləşərək aydın gələcək inşa etməsi naminə yorulmadan çalışıb.
Ümummilli liderimiz Heydər Əliyev azad sözü demokratik dövlət quruculuğunun mühüm dayağı hesab edərək, medianın ictimai rolunu yüksək qiymətləndirib və onun inkişafına xüsusi diqqət göstərib. Sizin rəhbərliyinizlə bu müdrik siyasi xətt yeni parlaq məzmun və daha çevik inkişaf ahəngi qazanıb. Medianın imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi yolundakı irəliləyişlər də bu inkişafın bariz göstəricisidir. İnanırıq ki, bu istiqamətdə həyata keçirilən davamlı islahatlar Azərbaycan mediasının peşəkarlıq səviyyəsini və beynəlxalq nüfuzunu daha da yüksəldəcək. Möhtərəm cənab Prezident! Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsi və müstəqil mövqeyinin bütün platformalarda uğurla ifadə olunması müasir mərhələdə jurnalistlərimizin də qarşısına mühüm vəzifələr qoyur. Dövlətimizin uğurlu siyasətini, müstəqil inkişaf yolumuzu, müasir qüdrətli Azərbaycana dair həqiqətləri düzgün təqdim etməyi biz həm ümdə peşə borcumuz, həm də vətəndaşlıq məsuliyyətimizin tələbi sayırıq. Bütün çıxışlarınız kimi, Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilmiş VIII Qurultayındakı nitqiniz Azərbaycanın tarixi yolunu, bugünkü hədəflərini və gələcək prioritetlərini vahid mövqedə birləşdirdi və jurnalistikamız üçün də yeni hədəflər müəyyənləşdirdi. İnternetin, kiberhücumların və süni intellektin təsir imkanlarının genişləndiyi dövrdə ideoloji risklərə və informasiya təxribatlarına qarşı mübarizə barədə fikirləriniz media üçün mühüm yenilənməyə və daha məqsədyönlü fəaliyyətə çağırışdır.
Azərbaycan jurnalistləri doğru məlumatları hər cür manipulyasiya cəhdindən ayırmağın, ictimai fikirdə çaşqınlığa yol verməməyin və informasiya təhlükəsizliyinə xidmət göstərməyin məsuliyyətini aydın şəkildə dərk edirlər.
Möhtərəm cənab Prezident!
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları bəyan edirlər ki, dövlət müstəqilliyimizin qorunması, milli birliyimizin möhkəmləndirilməsi və həqiqətlərimizin dünyaya obyektiv çatdırılması üçün bundan sonra da peşəkarlıqla çalışacaqlar. Jurnalistlərimiz dünyəvilik prinsiplərinin cəmiyyətdə möhkəmlənməsi, ictimai mühitimizə yad təsirlərin qarşısının alınması, tolerantlığın və vətəndaş həmrəyliyinin təşviqi işinə bütün təcrübə və bacarıqları ilə yeni töhfələr verməyə hazırdırlar. Sizi əmin edirik ki, media mənsubları olaraq Azərbaycan dövlətinin əsaslarının qorunması və gücləndirilməsi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və qətiyyətli səylər göstərəcəyik.
Sizə Azərbaycanın milli-dövlətçilik maraqlarını daim uca tutduğunuza, xalqa təmənnasız xidmət nümunəsi göstərdiyinizə, o cümlədən jurnalistlərə olan yüksək diqqət və qayğınıza görə minnətdarlığımızı bildirir, Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Uca Tanrı yardımçınız olsun!"
Dünən, 16:00
Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi
Dünən, 15:30
Şuşada "Qarabağ Azərbaycandır!" demişdi - Dövlət Dumasındakı vəzifəsindən çıxardılar
Dünən, 14:22
Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay...
Dünən, 13:13
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ - Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
Dünən, 13:08
Prezident onları təltif etdi - Adlar
Dünən, 12:15
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Dünən, 11:40
Evlənənlər də, boşananlar da azalıb
Dünən, 11:37
Hərbçilərin pensiya təyinatında - Yenilik!
Dünən, 11:34
Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Dünən, 11:22
Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto
Dünən, 11:18
15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyindən öldürübmüş
Dünən, 11:12
“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
Dünən, 11:01
Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?
Dünən, 10:58
Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
Dünən, 10:54
Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
Dünən, 10:38
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Dünən, 10:34
Hesablama Palatasının strukturu dəyişir
Dünən, 09:57
Məsud Pezeşkian İrəvanda səfərdədir
Dünən, 09:53
Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama
Dünən, 09:50
Mətbuat Şurasının IX qurultayı keçirilir
Dünən, 09:47
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Dünən, 09:42
ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
Dünən, 09:39
Pedro Sançezə qarşı istintaq başladı
Dünən, 09:35
Milli Məclisin komissiyası bəyanat yaydı
Dünən, 09:32
Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
Dünən, 09:12
İstanbulda 84 ilin rekordu alt-üst oldu – 55 minlik qüvvə səfərbər edildi
Dünən, 09:00
Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?