İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.
Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.
Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası”, Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.
“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş.” şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin “SİA Pharmaceuticals” şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.
Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.
Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.
Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Burada 178 nəfər daimi işlə təmin ediləcək.
Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.






Bu gün, 13:00
Prezident daha bir səfiri qəbul etdi - FOTOLAR
Bu gün, 12:56
Yeni səfir söz verdi: "Azərbaycan dilini daha yaxşı öyrənəcəyəm"
Bu gün, 12:54
7 stomatoloq qanunsuz fəaliyyət göstərirmiş
Bu gün, 12:48
Azərbaycan Prezidenti yeni səfiri qəbul etdi - FOTOLAR
Bu gün, 12:36
Səfərbərlik Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərildi
Bu gün, 12:23
Yeni xidmət haqqları bu qədər olacaq
Bu gün, 12:20
Azərbaycanda yeni qurum yaradılır
Bu gün, 12:16
Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək - YENİ QANUN
Bu gün, 12:12
Azərbaycanda bu şəxslər 2000 manat CƏRİMƏLƏNƏCƏK
Bu gün, 11:51
Azərbaycanda qiymət artımı açıqlaması: bu risklər var
Bu gün, 11:45
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
Bu gün, 11:25
İranda qadınlar hərbi təlimə çağırıldı - FOTOLAR
Bu gün, 11:06
Prezidentin təltif etdiyi deputat kimdir? - DOSYE
Bu gün, 10:51
Qızına qarşı iyrənc hərəkətlər edən şəxsə - 15 il həbs verildi
Bu gün, 10:48
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar
Bu gün, 10:43
Prezidentdən Jalə Əliyeva ilə bağlı - Sərəncam
Bu gün, 10:05
ABŞ hərbçilərinin bir hissəsi Avropadan köçürülür?
Bu gün, 09:39
“Əməyinizin nəticələrindən qürur duymağı arzulayıram” - Nazirdən təbrik
Bu gün, 09:35
Biləsuvarda 26 yaşlı şəxs öldürüldü - Xalası oğlu şübhəlidir - Yenilənib
Bu gün, 09:11
Pensiyalar nə qədər artacaq? Yeni məbləğ AÇIQLANDI – VİDEO
Bu gün, 09:00
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Dünən, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
3-10-2026, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
3-10-2026, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
3-10-2026, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
3-10-2026, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi