Azərbaycanda qiymət artımı açıqlaması: bu risklər var
Iqtisadiyyat
Oxunub: 8
5 okt 2026 | 11:51
Azərbaycanda qiymət artımı açıqlaması: bu risklər var


"Azərbaycanda pul kütləsində kifayət qədər ciddi artım var. Beləki, son bir ildə banklardan kənarda dövriyyədə olan nağd pulun həcmi, yəni M0 13,9% artıb. Nağd pulla yanaşı banklardakı tələbli depozitləri də əhatə edən M1 17,5% artıb. Manatla olan daha geniş pul kütləsini göstərən M2 isə 20,7% artaraq 44,4 mlrd. manata çatıb".

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, bu rəqəmlərin özündə maraqlı bir analitika var:

"M0-ın 13,9%, M2-nin isə 20,7% artması göstərir ki, artım yalnız əhalinin əlindəki nağd pulun çoxalması hesabına olmayıb. Bank hesablarında və manatla yığımlarda olan vəsait daha sürətlə artır. Fiziki şəxslərin bank əmanətlərinin son bir ildə 15,8% artması da bunu göstərir.
Bunun əsas səbəblərindən biri ölkədə xarici valyuta təklifinin yüksək olmasıdır. Valyuta bazarında təklif tələbi üstələyib və Mərkəzi Bank təkcə avqustda bazardan 1,5 mlrd. dollar alıb. Bunun qarşılığında manat dövriyyəyə daxil olur. Digər tərəfdən, əhali və biznes vəsaitlərinin daha böyük hissəsini manatla saxlayır.

Nəticədə bank sistemində də kifayət qədər böyük vəsait formalaşıb. Bank sektorunda struktur likvidlik profisiti ilin əvvəlindən 2,2 dəfə artaraq 6,3 mlrd. manata çatıb".

Ekspert deyiob ki, buraya qədər mənzərə daha çox müsbətdir: "Manata etimad artır, bankların maliyyə imkanları genişlənir, iqtisadiyyatın kreditləşdirilməsi üçün daha böyük resurs yaranır. Nəticədə, iqtisadiyyata kredit qoyuluşları da son bir ildə 12,9% artıb.

Amma məsələnin digər tərəfi də var. Belə ki, pul kütləsi 20,7%, kreditlər 12,9%, əhalinin əmanətləri 15,8% artır, amma eyni dövrdə real iqtisadi artım cəmi 1,2%, qeyri-neft-qaz sektorunda isə 2,1% olub. Qeyri-neft-qaz sektoruna investisiyaların real artımı da cəmi 1,4% təşkil edib.

Əvəzində pərakəndə ticarət real ifadədə 3,9%, əhalinin nominal gəlirləri 9,4% artıb. İnflyasiya isə 5,7% olub".

E. Əmirovun fikrincə, məhz burada əsas sual yaranır:

"Pulun və kreditlərin artım tempi real iqtisadiyyatın və xüsusilə qeyri-neft sektoruna investisiyaların artım tempini xeyli qabaqlayırsa, bu vəsaitin hansı hissəsinin yeni istehsala və biznesin genişlənməsinə, hansı hissəsinin isə istehlaka və aktivlərə getməsi vacibdir. Çünki birinci halda artan pul iqtisadiyyat üçün fürsətdir. Çünki, bu investisiya, istehsal, yeni biznes və iqtisadi artım yaradır.

İkinci halda isə riskdir. Çünki, o halda tələb artır, amma onun qarşılığında mal və xidmət istehsalı eyni sürətlə artmırsa, nəticə qiymət artımı və inflyasiya təzyiqi ola bilər".

"Ona görə də, pul kütləsinin 20,7% artması hazırda nə “sevinc” deyil, nə “kədər”. Bu gün üçün bunu daha çox fürsət hesab edirəm. Amma bu fürsətin sabah riskə çevrilib-çevrilməməsi isə artan pulun nə qədərinin real iqtisadiyyata və istehsala yönələcəyindən asılı olacaq", - deyə ekspert vurğulayıb.
Bu gün, 13:00
Prezident daha bir səfiri qəbul etdi - FOTOLAR
Bu gün, 12:56
Yeni səfir söz verdi: "Azərbaycan dilini daha yaxşı öyrənəcəyəm"
Bu gün, 12:54
7 stomatoloq qanunsuz fəaliyyət göstərirmiş
Bu gün, 12:48
Azərbaycan Prezidenti yeni səfiri qəbul etdi - FOTOLAR
Bu gün, 12:36
Səfərbərlik Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərildi
Bu gün, 12:23
Yeni xidmət haqqları bu qədər olacaq
Bu gün, 12:20
Azərbaycanda yeni qurum yaradılır
Bu gün, 12:16
Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək - YENİ QANUN
Bu gün, 12:12
Azərbaycanda bu şəxslər 2000 manat CƏRİMƏLƏNƏCƏK
Bu gün, 11:51
Azərbaycanda qiymət artımı açıqlaması: bu risklər var
Bu gün, 11:45
İlham Əliyev dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
Bu gün, 11:25
İranda qadınlar hərbi təlimə çağırıldı - FOTOLAR
Bu gün, 11:06
Prezidentin təltif etdiyi deputat kimdir? - DOSYE
Bu gün, 10:51
Qızına qarşı iyrənc hərəkətlər edən şəxsə - 15 il həbs verildi
Bu gün, 10:48
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar
Bu gün, 10:43
Prezidentdən Jalə Əliyeva ilə bağlı - Sərəncam
Bu gün, 10:05
ABŞ hərbçilərinin bir hissəsi Avropadan köçürülür?
Bu gün, 09:39
“Əməyinizin nəticələrindən qürur duymağı arzulayıram” - Nazirdən təbrik
Bu gün, 09:35
Biləsuvarda 26 yaşlı şəxs öldürüldü - Xalası oğlu şübhəlidir - Yenilənib
Bu gün, 09:11
Pensiyalar nə qədər artacaq? Yeni məbləğ AÇIQLANDI – VİDEO
Bu gün, 09:00
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Dünən, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
3-10-2026, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
3-10-2026, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
3-10-2026, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
3-10-2026, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi